Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Müxalifət liderləri bahalığa görə...xalqı suçladı

Tarix:20-01-2017, 08:11 Baxış Sayı:273

Müxalifət liderləri bahalığa görə...xalqı suçladı

Sərdar Cəlaloğlu: “Cəmiyyətdə fikir formalaşıb ki, qiymətlərin artımı, yoxsulluq və digər problemləri həll etmək müxalifətin işidir” 

 

 
Son illərdə ölkədə cərəyan edən iqtisadi böhran və qiymət artımı ilə bağlı diqqətçəkən məqamlardan biri də müxalifət liderlərinin  mövqeləridir. Müxalif siyasətçilər mövcud vəziyyətdə daha çox xalqı günahkar görürlər. Onların mətbuat və sosial şəbəkələrdəki fikirləri bunu deməyə əsas verir. 
Son olaraq AXCP sədri Əli Kərimli SOCAR-ın qiymətləri qaldıracağı ilə bağlı verdiyi anonsa münasibət bildirərkən  deyib ki, “dözümlü xalq qiymət artımı anonsuna etiraz etməsə, qiymətlər qalxacaq”. Əslində dözümlü xalq ifadəsi işlətməklə, Ə.Kərimli xalqın hazırkı susqunluğuna eyham vurub. 
 
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, müxalifətin vəzifəsi xalq tərəfindən doğru qəbul edilməyib: “Siyasi partiyalar xalqın hüquqlarını müdafiə etmək, onu həyata keçirmək üçün dövlət qeydiyyatından keçmiş təşkilatlardır. ”Siyasi partiyalar haqqında" Qanun var, siyasi partiyaların fəaliyyəti ilə bağlı beynəlxalq hüquq təcrübəsi mövcuddur. Beynəlxalq hüquq normalarına baxsanız görərsiniz ki, vətəndaşların sosial problemləri ilə məşğul olmaq siyasi qurumların səlahiyyətinə aid deyil. O yerdə ki siyasi hakimiyyət məsələsi yoxdur, orada siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılır. Uzun illərdir müxalifət liderləri yanlış olaraq, ölkədəki sosial problemləri öz üzərinə götürərək, siyasi partiyaların fəaliyyətinə zidd olaraq, bu istiqamətdə mübarizə aparırlar. Nəticədə cəmiyyətdə belə fikir formalaşıb ki, qiymətlərin artımı, yoxsulluq və digər bu kimi problemləri həll etmək həm də müxalifətin işidir. Siyasi partiyalar belə problemlərdən istifadə edib sadəcə hakimiyyət uğrunda mübarizə apara bilərlər. Əli Kərimli bu tərzdə fikir səsləndiribsə, buna çox sevinirəm. Ən azından mənimlə fikirlərini müxalifət daxilində bölüşən bir şəxs də var".
Partiya sədri qiymət artımının müxalifətə aid olmadığı düşüncəsindədir: “Qiymətlərin artması siyasi partiyaların səlahiyyətinə aid deyil. Partiyalar belə vəziyyətlərdə hakimiyyəti tənqid edə, xalqın gözünü aça bilər. Amma digər mübarizə növlərindən istifadə edə bilməz. Burada siyasi partiyalar iqtidarla xalq arasında rol oynamır ki... Əks halda, niyə də bu cür problemlərin həlli istiqamətində müxalifət çalışmalıdır, əksinə, belə problemlər olanda, hakimiyyət təklənəndə müxalifətin iqtidara yolu daha da açılır. Bu baxımdan, Azərbaycanda istər jurnalistlər, istərsə də başqa təbəqələr olsun, müxalifətin işini düzgün anlamırlar. Parlament seçkilərində təbliğat kampaniyasında vətəndaş deyir ki, kanalizasiyamı düzəltdir, yaxud biri də deyir ki, həyətimin qarşısında zibillik var, onu təmizlətdir, səs verim. Bu onu göstərir ki, siyasi maariflənmə çox aşağıdır. Problemi yaradan hökumətə xalq etiraz etməlidir. Xalq bilməlidir ki, müxalifət sosial-iqtisadi problemlərin həllində beynəlxalq hüquq normaları, qanunla iştirak etmir. Siyasi partiyalara, adından göründüyü kimi, tələb gərək siyasi olsun. Sən yaxşı yaşamaq istəyirsən, iş yeri tələb edirsən, bunlar siyasi deyil ki... Əgər hakimiyyətlə bağlı iradın varsa, o zaman mən sənin önünə çıxacam. Bəzən müxalifət liderləri yanlış vəzifələri öz üzərlərinə götürürlər. Bunları həll etmədikdə isə müxalifət gözdən düşür. Qiymət artımı ilə bağlı aksiya keçirmişik, nəticə qazana bilməmişik. Xalq deyib ki, əşi, bunların əlindən bir iş gəlmir. Amma nəzərə alan yoxdur ki, bu iş mənlik  deyil. 
Sadəcə, başqasının işini üzərimə götürmüşən. Azərbaycan müxalifətinin zəifləməsinə səbəb özünə aid olmayan işləri üzərinə götürməsidir. Taksiçilərlə bağlı AXCP vaxtilə aksiya keçirdi, evləri sökülənlərə müxalifət dəstək verdi, amma nəticə olmadı və müxalifət nüfuzdan düşdü. Müxalifət əgər iqtidarın yanlışlıqlarını düzəltməyə çalışacaqsa, o zaman xalq heç vaxt hakimiyyətin dəyişməsini istəməz. Nəticədə müxalifət özünü siyasi proseslərdən kənarlaşdırmış olur. Sizin dediyiniz problemlərin həllinin müxalifətə heç bir dəxli yoxdur. Çünki xalq əmək haqqının qaldırılmasını istəyir, iqtidarın getməsini yox. Əgər xalq nə vaxtsa problemlərin həlli üçün yeni hökumətin yaranmasını istəyəcəksə, o zaman müxalifət meydanlara çıxacaq. İndiki halda bizimlə xalqın maraqları üst-üstə düşmür. Yanlış düşünən xalqın önünə keçək? Bu xalq iqtidarın qalmasını istəyir. Belə halda müxalifətin proseslərə qoşulması nə xalqın, nə də dövlətin maraqlarına uyğun olmaz”.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL