Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Davos Forumunda iştirakın önəmi

Tarix:23-01-2017, 10:30 Baxış Sayı:242

Davos Forumunda iştirakın önəmi

Əli Məsimli: “Bu, yeni perspektivli layihələrin təməlinin qoyulması, ölkəmizə sərmayə cəlbi ilə bağlı yeni kanalların açılması baxımdan mühüm əhəmiyyət kəsb edir”

 

 
“Davos Forumunda hazırlanan yekun sənədlər tövsiyə xarakteri daşısa da, qlobal iqtisadi proseslərə yetərincə təsir edir. Orada müzakirə olunan çox aktual qlobal və regional məsələlər və yekun sənədlərin dünya iqtisadiyyatının yönümünə də müəyyən təsirləri olur”. 
Deputat, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bu fikirləri ənənəvi Davos Forumunun yekunlarını “Yeni Müsavat”a şərh edərkən söylədi. İqtisadçının sözlərinə görə, Davos Forumunu əsasən 3 səviyyədə şərh etmək olar: qlobal, regional və ayrıca ölkəyə təsiri. Deputatın fikrincə, hazırda dünyanı iki ciddi problem daha çox narahat edir: “Qlobal təhlükələrin və qeyri-müəyyənliklərin getdikcə artması. 
Ona görə də builki Davos Forumunun əsas şüarı ”Liderliyin cavabdehliyi" olmaqla “qlobal təhlükələr cavab axtarışı” məsələləri geniş müzakirə obyekti oldu. Forum ərəfəsində Dünya İqtisadi Forumu “qlobal risklər” barədə raport hazırlayıb və ekoloji, sosial-iqtisadi, texnoloji və s. istiqamətlərdə əsas risk və təhlükələri araşdırıb. Dünya İqtisadi Forumunun mütəxəssisləri tərəfindən hazırlanan həmin məruzədə ekstremal hava təzahürləri, məcburi kütləvi miqrasiya və terror hücumları 2017-ci ildə bəşəriyyət üçün əsas təhlükələr kimi önə çəkilib. Yeni siyahıda kiberhücumlar, qanunsuz ticarət, dövlətlərarası münaqişələr və hökumət uğursuzluqları da əsas yer tutur". 
Ə.Məsimli dedi ki, bundan əlavə, təbii fəlakətlər, su və qida böhranları, eləcə də işsizlik ciddi təhlükələr hesab olunur: “Hər il ənənəvi olaraq yanvarın ikinci yarısında İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu tərəfindən düzənlənən tədbirin keçirilməsində əsas məqsəd ydövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, yiqtisadçıların, biznesmenlərin iştirakı ilə dünya iqtisadiyyatının aktual problemlərini və perspektivlərini müzakirə etmək və ümumi strategiya, tövsiyələr hazırlamaq, eləcə də yeni beynəlxalq iqtisadi layihələri müzakirə etməkdir”. 
Bu Forumun Azərbaycan üçün önəminə gəldikdə, Ə.Məsimli qeyd etdi ki, Davos Forumu həm də çox önəmli bir tribunadır: “Azərbaycan Davos İqtisadi Forumunda prezident səviyyəsində iştirak edir. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun yüksək tribunasından səmərəli istifadə etməklə qlobal, regional və Azərbaycanın aktual məsələrinə dair çıxışlar edir. Bu baxımdan Azərbaycan prezidentinin bu tədbirdə aktiv iştirakı və həmin yüksək tribunanın imkanlarından səmərəli istifadə edilməsi ilə xarakterik olan çıxışları ölkəmiz üçün çox önəmlidir. Eyni zamanda prezident həm də bu forumda iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşüb danışıqlar apardı. Bu da Azərbaycanın əməkdaşlıq imkanlarının genişləndirilməsi və dərinləşdirilməsi, ölkəmiz üçün yeni perspektivli layihələrin təməlinin qoyulması, ölkəyə sərmayə cəlb olunması ilə bağlı yeni kanalların açılması və sair baxımdan mühüm əhəmiyyət kəsb edir”. 
Ancaq iqtisadçı deputat hesab edir ki, biz mövcud durumda böhrandan cəmiyyət həyatının bütün sahələrində köklü, sitemli və davamlı islahatlar vasitəsilə həm daxili, həm də xarici imkanlardan müştərək və səmərəli istifadə etməklə sürətlə çıxa bilərik.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL