Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Ağ Ev “ağ yalan” danışır?

Tarix:23-01-2017, 14:56 Baxış Sayı:246

Ağ Ev “ağ yalan” danışır?

“The Guardian” qəzetində Jon Swaine yazır ki, Donald Trump-ın prezidentliyinin ilk günündən o və onun Ağ Ev administrasiyası ictimaiyyətə “həyasızcasına” ağ yalan danışmaqda ittiham ediliblər.

Məqalədə deyilir ki, Amerikada Vyetnam müharibəsindən bəri ən böyük etiraz aksiyasından silkələnmiş Trump administrasiyası ilk iş həftəsinə bu etirazların miqyasını danmaqla başlayıb.

Trump-ın mətbuat katibi Sean Spicer Ağ Evdə keçirilən ilk mətbuat konfransında jurnalistlərin üstünə qışqıraraq onları inaqurasiyanı “bilərəkdən saxtakarlıqla işıqlandırmaqda” ittiham edib.

Amerika prezidentlərinin tarixində ən az adamın gəldiyi inaqurasiya mərasimi barədə Spicer deyib ki, “bu ən böyük izdiham idi”.

Mətbuat katibi bu bəyanatı verərkən bütün rəsmi statistika rəqəmlərini və havadan çəkilən fotoları inkar edib.

Ağ Evin vəzifəli katiblərindən Kellyanne Conway NBC-yə deyib ki, Spicer “alternativ faktlardan” danışıb. “The Guardian” yazır ki, ictimaiyyət “alternativ faktlar” ifadəsini böyük təəccüblə qarşılayıb.

Halbuki bütün ABŞ boyunca Trump-a etiraz edən “qadın yürüşlərində” 2, 6 milyon insan iştirak edib, “The Guardian” yazır.

Təkcə Washington-un küçələrində həmin gün milyon nəfər olub. Yüz minlərlə insan isə Trump-a New York, Los Angeles, Chicago və Boston-un küçələrində etiraz edib.

Washington şəhər metro sisteminin verdiyi məlumata görə şənbə günü yeraltı nəqliyyatdan 1 milyondan artıq insan istifadə edib, halbuki inaqurasiyanın keçirildiyi cümə günü üçün bu rəqəm 570 min idi və bunların heç də hamısı inaqurasiyaya tələsmirdi.

Amma bazar günü, Trump etiraz aksiyalarının əhəmiyyətini azaltmağa çalışıb və deyib ki, “görəsən bunlar səsvermədə niyə iştirak etməyiblər?”

“The Guardian” yazır ki, Trump-ın belə davranışı bir sıra siyasətçilər tərəfindən tənqid edilir.

Demokrat konqresmen Adam Schiff deyib ki, hələ administrasiya aksiya iştirakçılarının sayı ilə bağlı bu cür həccətləşir, görün indi onun iqtisadi siyasəti ilə bağlı tənqidlər səslənəndə nə olacaq?

“O öz xeyrinə olmayan hər bir şeyi “yalan” adlandıracaq” – deyib konqresmen.

Bəziləri isə düşünürlər ki, tənqidlər çoxaldıqca Trump bir qədər özünü ələ alacaq.

Trump həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin binasında etdiyi çıxışında media təmsilçilərini “dünyanın ən yalançı adamları” adlandırıb.

Halbuki onca gün əvvəl onun özü yazdığı tvitdə ABŞ kəşfiyyatını nasist Almaniyasına bənzətmişdi.

Konqresdə Trump-ı dəstəkləyən millət vəkilləri isə deyirlər ki, bu hələ bir müddət belə olacaq.

Respublikaçı konqresmen Devin Nunes deyib ki, “prezidentin sadəcə olaraq kefi kökdür”.

“The Guardian” yazır ki, Trump həm də onun əsas tənqidçiləri olan senatorlar McCain və Lindsey Graham-ın fikirlərini dəyişməsindən ruhlanıb.

Hər iki senator bildiriblər ki, Trump-ın dövlət katibliyinə namizədi Rex Tillerson-un Senatda təsdiq olunmasına maneçilik yaratmayacaqlar.

Lakin buna baxmayaraq Ağ Ev bir sıra başqa istiqamətlərdən də təzyiq altındadır.

Trump bundan əvvəl bütün biznesini oğlanlarına ötürdüyünü desə də, bunu təsdiq edən sənədləri hələ də təqdim etməyib.

Obama və George W Bush-un etika üzrə hüquqşünasları deyirlər ki, Trump və onun komandası artıq indidən konstitusiyanı kobud şəkildə pozurlar.

Ağ Evə ünvanlanmış petisiyanı artıq 200 min nəfər imzalayıb. Petisiyada Trump-dan özünün biznes üzrə vergi ödənişləri sənədlərini açıqlaması tələb olunur. Qanunla petisyalar 100 min imzanı keçəndən sonra Ağ Ev onlara rəsmi reaksiya verməlidir.

Lakin onun müşavirləri ABC-yə deyiblər ki, Trump bu sənədləri heç vaxt açıqlamayacaq.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL