Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Qarabağa görə siyasətə gələnlər uğur qazandılarmı...

Tarix:26-01-2017, 14:06 Baxış Sayı:215

Qarabağa görə siyasətə gələnlər uğur qazandılarmı...

Fərəc Quliyev: “Uğurlarımız da az deyil”

 

 
Üzümüzə gələn ay Dağlıq Qarabağın işğalına yönəlik proseslərin başlamasından 29 il ötəcək. Məhz bu hadisələrin təsiri ilə Azərbaycanda milli azadlıq hərəkatı daha da dərinləşib və nəticədə hərəkatın içərisindən bir sıra siyasətçilər meydana çıxıb. 
 
Həmin siyasətçilər müəyyən zaman kəsiyində iqtidarda da olublar, sonradan ölkənin müxalif düşərgəsinin əsas simalarına çevriliblər. Hazırda onların əksəriyyəti demokratik düşərgənin  öndə olan nümayəndələridir. Onların içərisində ötənlərdə və indinin özündə də deputat olanlar var. 
Belə siyasətçilərin uğurlu siyasətçilər olduqlarını da demək bir qədər çətindir. Məsələn, Dağlıq Qarabağ probleminin başlanması ilə parlayan bu şəxslər zamanın axarında öz məqsədlərini həyata keçirə bilmədilər. 1992-93-cü illərdə cəmi bir il hakimiyyətdə qaldılar və bu şansı dəyərləndirə bilmədilər. Bundan əlavə, bir problemə etiraz edərək siyasətə gəldilər, amma Dağlıq Qarabağın işğalının qarşısını almağa nail olmadılar. Eyni zamanda, 23 ildir müxalifətdirlər, nəinki hakimiyyətə gəlmək şansları var, hətta bu şansı çoxdan itiriblər. Lakin həmin siyasətçilər uğursuz olduqlarını heç bir vəchlə qəbul etmirlər. 
 
Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Azərbaycan Xalq Cəbhəsinin idarə heyətinin sabiq sədri, deputat Fərəc Quliyev deyilən fikirlərlə razılaşmır: “Bizim savaşdığımız Ermənistan deyildi, Rusiya idi. İndinin özündə də elədir. Qarabağ məsələsini o zaman onlar yaratdı, indi də idarə edirlər. Bu gün də Rusiya regionda mövqelərini saxlamaq üçün bizim bu ərazidən istifadə edir. Qarabağ probleminin başlanmasına qədər də siyasətə gələnlər var idi. 80-ci illərin əvvəllərində bir çox dərnəklər var idi, sizin dediyiniz siyasətçilərin bir çox artıq siyasətlə məşğul olurdular. Bütöv Azərbaycan sevdası ilə fəaliyyətə başlamışdıq, eyni zamanda, Azərbaycanın müstəqillik savaşı aparırdıq. Həmin vaxt Qarabağ probleminin ortaya atılması bu məqsədlərimizə çatmaq üçün yaradılan süni əngəllər idi. Onu demək istəyirəm ki, siyasətçilər təkcə bu problemə görə meydana çıxmadılar. Həmin münaqişənin başlanmasından sonra çoxsaylı siyasətçilər siyasətə gəliblər. Həmin vaxt siyasətə gələn yoldaşlarımın əksəriyyəti təmənnalı deyildilər, bizim üçün hakimiyyət olmaq hədəfi yox idi. Sadəcə hakimiyyət olmaq bizim üçün vasitə idi. Marağımız o idi ki, həmin vasitədən istifadə edib, hədəflərə çataq. Onların bəziləri sonradan hakimiyyəti hədəf götürdülər. Bu baxımdan istədiyimiz nəticəni almadıq, amma uğurlarımız da az deyil. Özümü də o sıraya aid edirəm ki, nə qədər Azərbaycanın milli mənafeyinə uyğun nəticə əldə etməmişik, ciddi uğurdan danışa bilmərik”.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL