Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Yaxud, mən səni sevəcəm, sən sevməsən də
Hökumət məğlubiyyəti, tənəzzülü inkişaf kimi təqdim etməyə çalışsa da, zaman bu təbliğatın başına daş salmaqdadır. Hər ötən gün üzə çıxan əlahəzrət faktlar göstərir ki, hökumətin xarici siyasəti də, daxili siyasətləri kimi böhranlıdır.
Son vaxtlar Rusiya böyük səmimilik nümayiş etdirir. Əvvəlcə Rusiyanın xarici işlər naziri Sergey Lovrov bəyan etdi ki, Qarabağ Azərbaycanın daxili məsələsi deyil. Yəni, məsləhət gördü ki, gedin öz işinizlə məşğul olun. Bu bəyanatın qoxusu burnumuzdan getməmiş, Rusiyanın müdafiə nazirinin müavini Ruslan Tsalikov dilə gəldi. Ruslan Tsalikov deyib ki, Rusiyanın Cənubi-Qafqazdakı əsas müttəfiqi Ermənistandır.
Bəli, Rusiya açıq şəkildə oynayır və kimə “stavka” etdiyini hər fürsətdə nümayiş etdirir. Əslində, Rusiya uzun illər öncədən bu mövqeyini ortaya qoyub və “Ermənistan mənim sevimli balamdır” mesajı verib.
Sadəcə olaraq son bəyanatlar Azərbaycan hökumətinin manevr imkanlarını tam sıradan çıxardı. Bundan sonra “Rusiya bizim dostumuzdur” təbliğatını aparmaq, qürursuzluğun, milli mənliyin yoxluğunun göstəricisi olacaq.
Rusiyadan ard-arda “mən Ermənistanı sevirəm” mesajı gəlsə də, Azərbaycan hökumətindən səs çıxmayıb. Hökumətimzin başbilənləri Kremldən aldıqları “Dostluq” ordenlərini qucaqlayıb, görünməz yerə sığınıblar.
Məsələ burasındadır ki, Lovrovun və Tsalikovun açıqlamaları bu günə qədər danışıqların niyə nəticə verməməsinə də aydınlıq gətirdi. Aydın oldu ki, ikitərəfli və üçtərəfli danışıqlar yalnız Ermənistanın maraqlarına hesablanıb. Bəli, 20 faiz ərazini işğal ediblər və 23 illik atəşkəs rejimiylə işğal etdikləri ərazini qoruyub saxlayıblar. Azərbaycan hökuməti isə bu rüsvayçı gedişata tamaşa etməklə məşğul olub. Rusiya nə qədər anti-Azərbaycan siyasəti yürütsə də, Azərbaycan hökuməti sevgisini əsirgəməyib. Bəli, Azərbaycan hakimiyyətinin Rusiyaya münasibəti “mən səni sevəcəm, sən sevməsən də” formasındadır.
20 faiz ərazi geri qaytarılmasa da, soydaşlarımız əsirlikdən azad edilməsə də, şəhidimizin nəşi geri qaytarılmasa da, Azərbaycan hakimiyyəti düşmənin müttəfiqiylə dost olmağa davam edəcək.
Acından öldüyünü iddia etdikləri Ermənistan bütün dünyanın tələbinə baxmayaraq şəhidimizin nəşini geri qaytarmır. Azərbaycan hökuməti isə düşmənin bir xahişi ilə zəfərə doğru addımlayan orduya “dur” əmri verir.
Putin bizim məmurlara “Dostluq” ordeni , Ermənistana isə dost əlini uzadır.
Bir sözlə, 3 ölkənin hökuməti birləşib işğal tarixinin müddətini uzatmaqla məşğuldular. Və bu 3 ölkədən ikisi açıq şəkildə öz sözünü deyir. Ermənistan hökuməti bir qarış torpağı geri qaytarmayacağını, Rusiya hökuməti Ermənistanı sona qədər dəstəkləyəcəyini bəyan edir. Azərbaycan hökuməti isə “uzaqgörən siyasət”, “uğurlu diplomatiya”, “analoqsuz inkişaf” nağılları danışmağa davam edir.