Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

ABŞ-da “məxməri inqilab” ehtimalı

Tarix:1-02-2017, 08:26 Baxış Sayı:129

ABŞ-da “məxməri inqilab” ehtimalı

Siyasi ekspertlər yeni biznesmen- prezidentin Ağ Evə sahiblənməsi ilə yaranan həssas durumu şərh edirlər; “Trampa başa salacaqlar ki...” 

 

ABŞ-ın yeni prezidenti Donald Trampın verdiyi qərarların əksəriyyəti həm ölkəsində, həm də dünyada ciddi etirazlara səbəb olub. Ölkənin demək olar ki, hər yerində etiraz aksiyaları keçirilir. Böyük şirkətlər, dünyaca məşhur olan hollivud ulduzları, milyarder Corc Soros, hətta bəzi respublikaçı senatorlar belə, Trampa qarşı çıxır. Ağ Evin yeni rəhbərinin fərmanına qarşı Almaniya və Böyük Britaniya liderləri də etiraz edirlər. Onlar Trampın qərarlarını Qərb dəyərlərinə böyük təhlükə hesab edirlər.
 
Bir sözlə, Amerikada xaotik və inqilabi prosesin başlanğıcını xatırladan durum yaşanır, prezident isə geri çəkilmək fikrində deyil. D.Tramp baş prokuror və ədliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yeytsi vəzifəsindən kənarlaşdırıb. Trampın qərarlarının qanuniliyini şübhə altına alan Salli Yeyts Ədliyyə Nazirliyinin prezidentin miqrasiya ilə bağlı son fərmanlarını məhkəmədə müdafiə etməyəcəyini bildirmişdi.
Bəs proseslərin gedişi ABŞ-da anti-Tramp inqilabına gətirib çıxara və Trampın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnə bilərmi? Siyasi ekspert Şahin Cəfərli bildirib ki, Tramp bu şəkildə davranmağa davam etsə, impiçment məsələsi gec-tez gündəmə gələ bilər: “ABŞ-ın 16 ştatının baş prokuroru Trampa qarşı birgə bəyanat imzalayıb. Bəyanatda bu 2 cümlə önəmlidir: ”130 milyondan çox amerikalının və ştatlarımızdakı əcnəbilərin baş prokurorları olaraq, prezident Trampın konstitusiyaya və Amerika dəyərlərinə zidd, qanunsuz qərarını qınayırıq. Din azadlığı Amerika Birləşmiş Ştatlarının təməl prinsipidir, hər zaman belə olacaq və heç bir prezident bunu dəyişdirə bilməz". Bəyanatla tanış olanda ağlıma ilk gələn fikir bu oldu ki, prokurorların bu rəyi gələcəkdə hazırlanması ehtimal olunan impiçment qərarının mətnində yer ala bilər. İmpiçment dosyesinə daxil edilə biləcək başqa məsələlər də var. Məsələn, Trampın hələ də öz gəlir deklarasiyasını elan etməməsi, şirkətlərinin idarəçiliyindən faktiki olaraq vaz keçməməsi; komandasındakı bəzi şəxslərin Rusiya ilə gizli əlaqələri və s. (Sonuncu məsələ ilə bağlı ABŞ xüsusi xidmət orqanlarının araşdırmaları davam edir). Hazırda Trampla Amerikan sistemi və cəmiyyətinin mübarizəsi immun sisteminin orqanizmə daxil olmuş virusla mübarizəsinə oxşayır. Məncə, Tramp bu şəkildə davranmağa davam etsə, impiçment məsələsi gec-tez gündəmə gələ bilər".
Image result for KXCP sədri Mirmahmud Mirəlioğlu
 
KXCP sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, hazırda Trampın hakimiyyətdən uzaqlaşdırılacağı, ABŞ-da inqilab baş verəcəyindən danışmaq üçün ciddi əsaslar yoxdur: “Trampın atdığı addımlar Amerika tarixində olmuş addımlardır. Tramp ABŞ-ın dünya üçün görəcəyi əsas işlərdən, problemlərdən diqqəti yayındırmaq və diqqəti özünə cəlb eləmək istəyir. Onun qərarları haqlı olaraq qınanılır. Amma hələ ki onun vaxtından tez hakimiyyətdən uzaqlaşdırılacağı, inqilab olacağı barədə danışmaq tezdir. Çünki bunun əlamətləri görünmür. Gedən kampaniya daha böyük miqyas alsa, etiraz dalğası böyük miqyas alsa, o halda Trampın uzaqlaşdırılacağından danışmaq mümkündür”.
Image result for ADP sədri Sərdar Cəlaloğlu
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, böyük ehtimalla Trampı yanlış yoldan döndərəcəklər: “Əks halda, təkcə ABŞ üçün yox, bütün dünya üçün təhlükə yaranacaq. Ona görə də ya Tramp normal məcraya salınacaq, ya hakimiyyətdən getməsi məsələsi gündəmə gələcək. ABŞ bütün dünyanın sülh və əməkdaşlığı üçün qarant ölkəsi olduğu baxımından orada baş verən hadisələrə Amerikanın daxili işi yox, dünyadakı hər bir insanın işi kimi baxılmalıdır. Ona görə də biz də ABŞ-da gedən prosesi çox həssaslıqla izləyirik. Dünya iqtisadiyyatının 70 faizi ABŞ-ın nəzarətindədir. Dünyada kosmik və digər qlobal təhlükələrin qarşısını yalnız ABŞ-ın almaq imkanı var. Bir çox beynəlxalq təşkilatların, dünya nizamının saxlanmasında əsas sponsor ölkə ABŞ-dır. Bu və digər faktlar onu göstərir ki, Amerika dünyanın təhlükəsizliyinin qarantıdır. Ona görə də ABŞ-da baş verən hadisələr bütün insanlığa bu və ya başqa şəkildə təsir edir. İndi ABŞ prezidenti insan hüquq və azadlıqlarına, ABŞ-ın Konstitusiyasında və Beynəlxalq İnsan Hüquqları Xartiyasında əks olunan müddəalara zidd addımlar atırsa, o deməkdir ki, artıq dünyada demokratiyanın qarantiyası yoxdur. Bu isə son nəticədə təkcə dünyada deyil, ABŞ-ın öz daxilində də insan hüquq və azadlıqlarının, demokratiyanın ayaqlar altına atılmasına gətirəcək. ABŞ ictimaiyyəti də bundan narahatdır. ABŞ-da müstəqil düşüncəli, Amerika dəyərlərini qoruyan insanlar, güclər var. Onlar qısa müddət ərzində Trampı toparlayacaqlar. Tramp texnokratdır, siyasəti və hüququ dərindən bilmir. Ona görə də elə bilir ki, dövlət başçısının vəzifəsi yalnız elə iqtisadi məsələləri yoluna qoymaqdır. Ona başa salacaqlar ki, ABŞ şirkət deyil, dünyanın təhlükəsizliyinin qarantı olan dövlətdir. Əgər heç olmasa komandası Trampı normal, düzgün məcraya salmayacaqsa, mən Barak Obama ilə razıyam ki, ABŞ dəyərləri və bütövlükdə dünyada sülh və əməkdaşlıq çox real bir təhlükədədir. Tramp impiçment də elan oluna bilər. ABŞ tarixində prezidentin özünün istefaya getməsi təcrübəsi də var. Amma hansısa prezidentə impiçment olmayıb. Əgər Tramp ABŞ qanunlarını açıq-aşkar pozsa, Konqresə təzyiqlər etsə, o zaman cinayətkar kimi hakimiyyətdən uzaqlaşdırıla bilər”.      
Image result for VİP sədri Əli Əliyev
VİP sədri Əli Əliyev isə bildirdi ki, belə davam etsə, ABŞ-da proqnozlaşdırılmayan hərəkətlər, o cümlədən hüquqi müstəvidə yeni prezidentə qarşı prosedurlara başlana bilər: “Trampın atdığı addımlara 2 cür yanaşılır. Birinci tərəf qeyri-populyar qərarları seçkiöncəsi götürülmüş öhdəliklərin icrası kimi qavrayır. 2 -ci tərəf isə bunun yeni düzənin başlanğıcı olduğunu deyir. Əvvəlki sorğulara görə Tramp ABŞ tarixinin ən aşağı reytinqli prezidentidir. Fəaliyyətinin 8-ci günündə keçirilmiş sorğularda onu istəməyənlərin sayı 51%-dir. Verilən ilk qərarlar Amerikanın təməl prinsiplərini laxlatdığından müqavimət güclüdür. Rusiya əlaqələri də Trampın personasına mənfilik gətirən ciddi amildir. Bütün dünya, xüsusən də Avropa Trampa qarşı təşkilatlanır. Əlbəttə ki, belə davam etsə, ABŞ-da proqnozlaşdırılmayan hərəkətlər, o cümlədən hüquqi müstəvidə yeni prezidentə qarşı prosedurlara başlana bilər. Əgər Tramp 100 gün ərzində sistemli olaraq vədlərini icra etməyə davam etsə, bu, dünya düzəninin yeni şəkillənməsi demək olacaq. 
Tramp ”ABŞ amerikalılarındır" tezisinə əməli təcil versə, bu, dünyanın fraqmentar parçalanması, 2-ci cahan savaşından sonra formalaşmış dizaynın dağılması, dünyanın institutsional olaraq yenidən təşkilinə gətirə bilər. Belə miqyaslı proseslər çox təhlükəli perspektiv vəd edir. Dünyanın əsas quruluşlarının hərbi, siyasi, hüquqi, maliyyə təşkilatlarının əsas donoru ABŞ bu missiyadan imtina etsə, ciddi kataklizmlərlə müşayiət edilən hadisələrə şahidlik edəcəyik. Bir sözlə, dünyanın superdövlətində baş verənlər hər birimizin şəxsi, ümumilikdə isə bəşəriyyətin taleyinə həlledici təsir göstərəcək".
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL