Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

BMT: Dağlıq Qarabağ münaqişəsində xüsusi irəliləyiş görünmür

Tarix:1-02-2017, 10:22 Baxış Sayı:209

BMT: Dağlıq Qarabağ münaqişəsində xüsusi irəliləyiş görünmür

Yelçenko: Avropada təhlükəsizlik və münaqişələr mövzusu və BMT-nin onların həllində rolu və iştirakı artıq neçə illərdir nəzərdən keçirilmir

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xüsusi irəliləyiş görünmür. "Report" Birləşmiş Millətlər Təşkilatının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının sədri Vladimir Yelçenko bildirib.

Qeyd edək ki, fevralın 1-dən etibarən Ukrayna bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
V.Yelçenkonun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Şurasında sədrliyi çərçivəsində fevralın 21-də Avropada münaqişələr ilə bağlı nazirlər səviyyəsində görüşün keçirilməsini təşkil etmək niyyətindədir.

O bildirib ki, nə qədər təəccüblü olsa da, Avropada təhlükəsizlik və münaqişələr mövzusu və BMT-nin onların həllində rolu və iştirakı artıq neçə illərdir nəzərdən keçirilmir: "Sonuncu dəfə bbu məsələyə Yuqoslaviya böhranından sonra Balkanlardakı gərgin vəziyyət zamanı baxılıb. Başqa sözlə, hardasa ötən əsrin 90-cı illərinin ortalarında".
"Bütövlükdə Avropaya baxsaq, bir sıra dondurulmuş münaqişələr var. Onların bəzilərində - Gürcüstanda və ayrıca Abxaziyada ötən əsrin 90-cı illərində BMT nümayəndəliyi və ya BMT missiyası olub. İndi isə bu təsisatlar fəaliyyət göstərmir, bu işlə daa çox ATƏT məşğul olur, bəzən isə ümumiyyətlə, heç kim məşğul olmur. Dondurulmuş Dnestryanı münaqişə var və bu məsələdə uzun illərdir heç bir irəliləyiş yoxdur. ATƏT Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi var. O məsələdə də xüsusi irəliləyiş görünmür. Və nəhayət, Donbass problemi var", - deyə V.Yelçenko bildirib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL