29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs olunan 12 nəfərdən ibarət 3-cü qrup hakimlərin önünə çıxarılıb. Bu məhkəmədə hələ hazırlıq mərhələsidir.
Cinayət işinə Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Fevralın 2-də keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslər yalançı ittihamlardan, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (el arasında “bandotdel” deyilir) işgəncələrə məruz qalmalarından danışıblar. Onların vəkilləri bir sıra sənədlərin sübutlar siyahısından çıxarılması barədə vəsatətlər qaldırıblar.
Təqsirləndirilən Elxan Həsənovun vəkili Ramiz Məmmədov deyir ki, Nardaranda 26 noyabr əməliyyatı keçirilərkən, müdafiə etdiyi şəxs ölkədə olmayıb. Dekabrın 11-də ölkəyə qayıdanda onu gömrük-keçid məntəqəsində saxlayıblar: “Bir gün saxlayandan sonra guya onda silah-sursat olması haqda məlumat daxil olub, Lənkəranda evinə gedib axtarış aparıblar və guya evdən silah-sursat və “Taleh Bağırzadənin müraciəti” kitabçası çıxıb. Əvvəla, yalandır. İkincisi, axtarış aparmaq üçün məhkəmə qərarı olmalıdır, amma belə bir qərar olmayıb. Xahiş edirəm, axtarış-götürmə haqqında protokol qanunsuz tərtib edildiyi üçün sübutlar siyahısından çıxarılsın”.
“İcra başçısı məhkəməyə gəlsin”
Ramiz Məmmədov müdafiə etdiyi şəxs haqqında xasiyyətnamədən də danışıb. Müdafiəçi deyir ki, xasiyyətnamədə Elxan Həsənovu Ben Laden kimi tanıdıblar. Bu xasiyyətnaməni Lənkəranın icra başçısı Taleh Qaraşovun imzaladığı üzə çıxıb. Ona görə də vəkil icra başçısının məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb.
Təqsirləndirilən Elman Ağayevin vəkili Akif Əliyev müdafiə etdiyi şəxsin Lənkərandakı mənzilində axtarışda Lənkəranın keçmiş polis rəisi Möhübbət Hüseynovun, onun müavininin və digər əməkdaşların iştirak etdiyini deyib. Amma iş materiallarında axtarışı BMCMİ-nin əməliyyat müvəkkili Elman Bayramovun keçirdiyi yazılıb: “Elman Ağayevi tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Orada polkovnik Moşu Paşayevin iştirakı ilə ona işgəncə verilib. Hələ də bədənində işgəncə izləri var. Elə işgəncələr verilib ki, burada danışmaq olmur. İşgəncə verib, guya evdən silah və “Taleh Bağırzadənin müraciəti” kitabçaları tapılması barədə etirafedici ifadə almaq istəyiblər. Elman Ağayev onlara deyib ki, dindar adamdır, silah ittihamını qəbul etmək istəmir. Bundan sonra məcbur olub, “Taleh Bağırzadənin müraciəti” kitabçası ilə bağlı ittihamı qəbul edib”.
Müdafiəçi bildirib ki, Elman Ağayevi 19 gün BMCMİ-də saxlayıblar, amma bu haqda ailəsinə, vəkilinə məlumat verməyiblər: “Onun öz vəkili ola-ola, təyinatla vəkil təqdim edib, sənədləri saxtalaşdırıblar”.
Vəkil çıxışının sonunda Elman Ağayev haqqında cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırıb.
“Videodan da görünür ki, silahları polislər özləri gətirib”
“Adamı “bandotdel”də elə həddə çatdırırlar ki, intihar etmək istəyirsən. Əgər mən dindar olmasaydım, intihar edərdim. Həbs qərarı verəndə, məni sürüyüb məhkəməyə apardılar. Hakim də gördü ki, ayaq üstə dura bilmirəm. İşgəncə izləri hələ də qalır. Məndən sonra qardaşımı həbs etdilər, məni ailəmlə hədələdilər. Siz heç düşməninizə də bunu arzu etməzsiniz. Mənə təyinatla təqdim edilən vəkil Rəhim Qurbanov idi. O da gəlib ifadə versin”, – təqsirləndirilən Elman Ağayevin sözləridir.
O, Lənkəranın icra başçısı Taleh Qaraşovun verdiyi rəydə onu “separatçı”, “təhlükəli ünsür” adlandırdıını söyləyib: “Halbuki, Lənkəranda məmurların özbaşınalığına görə sabitlik pozulanda icra başçısı bizdən kömək istəyirdi. Hamı bilir ki, Lənkəranda narkomaniya, “SPİD” (AIDS – red.) xəstəliyi yayılıb. Biz çıxışımızda pis nə demişik? Narkomaniya və pis vərdişlərlə, radikal təriqətlərlə mübarizə aparmışıq. Əgər bizi çıxışımıza görə həbs ediblərsə, buna uyğun da maddə versinlər. Bu ittihamlar bizə yaraşmaz”.
Zülfüqar Mikayılovun vəkili Rüstəm Zülfüqarov da müdafiə etdiyi şəxsin “bandotdel”də işgəncələrə məruz qaldığını deyib: “İşgəncəylə də kifayətlənməyiblər. Zülfüqar Mikayılova deyiblər ki, əgər tələb olunan ifadəni imzalamasa, soyundurub lüt videosunu çəkib, internetdə yayacaqlar”.
Vəkilin sözlərinə görə, Zülfüqar Mikayılovun evindəki axtarışın videosundan da görünür ki, tapıldığı iddia olunan əşyaları gələnlər özləri gətiriblər: “Videodan görünür ki, polislər qara torbalarda evə nəsə daşıyırlar. Buradan aydındır ki, onlar axtarışdan əvvəl evə silah qoyub, sonra da onu çıxarıblar”.
Zülfüqar Mikayılovun özü də hazırlıq iclasında bildirib ki, haqqı deməkdən başqa heç bir günahları yoxdur: “Bu gün məhkəmələrin müstəqil olmaması şəhidlərin qanına hörmətsizlikdir. Mən evimin qarşısında həbs olunmuşam. Ömrümü Quran öyrənməyə sərf etmişəm ki, terrorçu olum?”.
Məhkəmənin vəsatətlərlə bağlı qərarı fevralın 6-da keçiriləcək növbəti iclasda məlum olacaq.