Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Rusiya indi də Fransa seçkisinə müdaxilədə ittiham olunur

Tarix:14-02-2017, 12:38 Baxış Sayı:202

Rusiya indi də Fransa seçkisinə müdaxilədə ittiham olunur

Fransalı siyasətçi Emmanuel Macronun tərəfdarları Rusiyanı Fransa prezident seçkilərində potensial baxımdan qalib ola biləcək namizədə qarşı haker və saxta xəbər hücumunda ittiham edib. “Financial Times” qəzetinin məlumatına görə, Macronun seçki komandasının rəhbəri Richard Ferrand onların namizədinə qarşı Rusiyadan qaynaqlanan “yüzlərlə, hətta minlərlə haker hücumu” olduğunu deyib.

“Bu faktlara diqqət yetirməliyik: Rusiyanın iki əsas media qurumu – Rusiya dövlətinin mülkiyyətində olan “Russia Today” və “Sputnik” saxta xəbərlərin tirajlanması ilə məşğuldur” – Ferrand bildirib.

Bu bəyanat Avropa kəşfiyyatının son zamanlar Rusiyanın Fransada, Hollandiyada və Almaniyada keçiriləcək prezident və parlament seçkilərinə müdaxiləsi təhlükəsi olduğu barədə məlumatları ilə səsləşir.

Emmanuel Macron

Bundan əvvəl ABŞ kəşfiyyatı ötən il bu ölkədə keçirilmiş seçkilərdə Rusiyanın Demokratik Partiyaya haker hücumu barədə məlumat vermişdi.

“Financial Times” yazır ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov qəzetin müraciətinə cavab verməyib. Lakin Rusiya rəsmiləri və təhlilçilərin Ferrandın iddialarını Qərb siyasi elitasının düşdüyü panika əlaməti kimi rədd ediblər. Kremlə qarşı bundan əvvəl də ittihamların səsləndiyini qeyd edən bir Rusiya rəsmisi deyib ki, “Rusiyanın xortdan kimi təqdim olunması cəhdləri davam edir.” Həmin rəsmi şəxs bildirib ki, “bu bizi kədərləndirir, lakin biz o iddiaların tamamilə əsassız olduğunu deyə bilərik.”  “Russia Today” televiziyası da Fransadan səslənən ittihamların əsassız olduğunu bildirib.

Xatırladaq ki, seçkiyə müstəqil namizəd kimi qatılan Macron öz siyasi partiyasını bir ildir ki, yaradıb və dərhal da rəy sorğularının liderinə çevrilib. Rəy sorğuları göstərir ki, o artıq populyarlığına görə sağ-mərkəzçi namizəd Francois Fillonu geridə qoyub və may ayında keçiriləcək ikinci seçki raundunda iki namizəddən biri ola bilər.

Macron meydana çıxmazdan əvvəl Moskva Fransadakı seçki kampaniyasına arxayınçılıqla baxırdı. Moskva seçkidə ifrat sağçı Marine Le Penin uğurunu istəsə də, onu Fillon da qane edirdi, çünki bu siyasətçi Rusiya üçün daha məqbul namizəd idi. Rusiya Elmlər Akademiyasından Fransa üzrə ekspert Sergey Fyodorv deyir ki, əslində cənab Hamondan başqa bütün prezidentliyə namizədlər keçmişdən fərqli olaraq bu kampaniyada Rusiyaya münasibətdə çox praqmatik və dost mövqe tuturdular. Lakin cənab Macron Rusiya ilə daha yaxşı münasibətlərə və sanksiyaların yumşaldılmasına çağıran Fillondan fərqli olaraq Moskvanın kəskin tənqidçisidir. Cənab Ferrand bildirib ki, “Macron məhz bu səbəbə görə Rusiya tərəfindən hədəfə alınıb, çünki o daha güclü Avropanın tərəfdarıdır.”

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL