Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

“Milli Şura, AXCP olaraq mübarizəyə öncüllük etmək qürurvericidir”

Tarix:15-02-2017, 08:02 Baxış Sayı:218

“Milli Şura, AXCP olaraq mübarizəyə öncüllük etmək qürurvericidir”

Gözəl Bayramlı: ” İllərdir aparılan yarıtmaz idarəçilik, talançılıq siyasəti ölkəni çox ciddi sosial-iqtisadi böhranla üz-üzə qoyub”

Son zamanlar toplumun fəal kəsiminə, xüsusilə AXCP-yə qarşı olan repressiya siyasəti daha geniş vüsət alıb. Bu cür hücumların hazırkı dönəmdə  baş verməsi təsadüfi syılmır. Çünki hakimiyyət iqtisadiyyatı tam formada bürüyən böhrandan çıxış yolları aramaq, gözlənilən addımları atmaq əvəzinə imitasiya ilə məşğul olur. Müsahibimiz AXCP sədrinin müavini Gözəl Bayramlıya bu və digər sualları ünvanladıq:

– Mövcud rejim cəmiyyətin fəal kəsimini daimi təzyiqlər altında saxlamağa çalışıb və bu gün də həmin siyasəti davam etdirir. İllərdir aparılan yarıtmaz idarəçilik, talançılıq siyasəti ölkəni çox ciddi sosial-iqtisadi böhranla üz-üzə qoyub. Narazılıq getdikcə artır, hətta bu narazılıq rejimə qarşı böyük nifrətə çevrilib. İşsizlik, sosial-iqtisadi böhran, devalvasiya, bahalaşma ən ağır mərhələyə qədəm qoyub və demək olar ki, hökumət bütün bunların qarşısını ala bilmir. Korrupsiyanın, rüşvətin, məmur özbaşınalığının hakim olduğu sistemdə bunun qarşısını almaq da mümkün deyil. Təbii ki, hakimiyyət də bu durumdan narahatdır və təəssüflər olsun ki,  çıxış yolları axtarmaq, böhranın qarşısını almaq əvəzinə cəmiyyətiin fəal kəsimini basqı altında saxlamaq, repressiya siyasətini daha da genişləndirməklə rejimin ömrünü uzatmağa çalışır. Azərbaycan cəmiyyəti  bunun fərqindədir və belə davam edə bilməz düşüncəsi ilə vəziyyətdən çıxış yolları axtararkən siyasi proseslərə qoşulub, sivil mübarizə aparmağın vacibliyi barədə düşünür. Hökumət dərk edir ki, günün birində cəmiyyətin narazı potensialı səfərbər olarsa, kütləvi etirazların qarşısını almaq mümkünsüz olacaq. Təbii ki, bu prosesə Milli Şura öncüllük edəcək. 2016-cı ilin sentyabr ayının 11 və 17-də Milli Şuranın keçirdiyi kütləvi mitinqlər,  Nardaran işini rejimin  ifşasına çevirməyimizin də bu məsələdə rolu var. Ona görə də təzyiqlərin və repressiyaların əsas hədəfi kimi həmişə olduğu kimi AXCP seçilib, cəbhəçi fəallar seçilib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL