Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Dünya və ölkə ictimaiyyətinə bu “təam”ı yedizdirmək mümkün olmadı
Azərbaycan hakimiyyəti uzun illərdi etirazçı səsləri boğmaqla məşğuldu. Ölkədəki hüquqsuzluğa, korrupsiyaya, saxtakarlığa etiraz edənlər rejimin “qara siyahı”sına düşüb və belə adamları ovlamaq üçün saysız-hesabsız tələlər qurulur. Amma bir qayda olaraq hökumətin bütün addımları bumeranq effekti verir və maskalar cırılır. Uzun illər müxtəlif manevrlərlə dünya və ölkə ictimaiyyətini aldatmaq cəhdləri artıq bəhrə vermir. İndi Azərbaycandakı repressiya, korrupsiya, seçki saxtakarlığı beynəlxalq hesabatlarda öz əksini tapır. Azərbaycanın adı “qeyri-azad ölkələr” siyahısına salınıb.
Amma mövcud hakimiyyət hələ də ümid edir ki, rüsvayçı ssenarilərlə dünya və ölkə ictimaiyyətini çaşdırmaq olar. Ona görə də növbəti “plan”ı həyata keçirdilər və “Nardaran əməliyyatı”nı hazırladılar. Günün 24 saatı rejim telekanalları, hökumətyönlü media, hökumət sözçüləri Nardaranda baş verənləri dövlətə xəyanət kimi dəyərləndirdilər, həbs olunanlara terrorçu damğası vurdular və Azərbaycanda dini təhlükənin olduğunu sübut etməyə çalışdılar. Üstəlik, ümid etdilər ki, mötədil dindarların “soyqırım”ı prosesinə demokratik qüvvələri də calamaq nəticə verəcək. Ona görə də “Nardaran əməliyyatı”nın tərkibinə AXCP sədrinin müavini Fuad Qəhrəmanlını da qatdılar. Heç bir tutarqa tapmayan hökumət, Fuad Qəhrəmanlının “facebook” statuslarından yapışdı. Amma hökumətin bütün planları bir məhəkmə prosesilə darmadağın oldu. Şahid ifadələri, ittiham olunan şəxslərin ortaya qoyduğu faktlar, vəkillərin daşdan keçən arqumentləri Nardaranda baş verənlərin əvvəlcədən yazılmış ssenari olduğunu təsdiqlədi. Üstəlik, mövcud rejimin nə qədər qəddar olduğunu, ölkədə hüquqsuzluğun nə qədər boy atdığını göstərdi.
Son olaraq isə nüfuzlu “Amnesty İnternational” təşkilatının bəyanatı yayıldı və Nardaran məhbuslarının azad edilməsi tələb olundu. Buna qədər isə – həbsindən az sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlını dünyanın bu mötəbər təşkilatını “Vicdan məhbusu” adlandırmışdı. “Amnesty İnternational” təşkilatının bu yaxınlarda yayılan bəyanatı da göstərdi ki, hökumətin ortaya qoyduğu məhsul qəbul edilmədi. Tale Bağırzadədən terrorçu, Fuad Qəhrəmanlıdan dövlət çevrilişinə çağırış edən şəxs obrazı düzəldə bilmədilər.
Azərbaycan hökumətinin mərifətinə bələd olduqlarına görə, ölkəmizdəki Qərb səfirlikləri, beynəlxalq hüquq müdafiə təşkilatları Nardaran məhkəməsini diqqətlə izləyirdilər. Bir-iki məhkəmə prosesini izləmək kifayət etdi ki, ittihmaların qondarma olduğu təsdiqlənsin. Bəli, hökumətin “qabiliyyət”indən dünya xəbərdar idi. Məsəələn, AXCP sədrinin köməkçisini “Gülənçi”, müavinini “İrançı” ittihamıyla tutmaq yalnız Azərbaycan hökumətinin ağlına gələ bilərdi. Bu ağıl onu da kəsdirə bilmədi ki, 100-dən artıq siyasi məhbusun olduğu ölkədə “Nardaran əməliyyatı”nı asan həzm etdirmək mümkün olmayacaq. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının birbaşa “facebook” statuslarına görə həbs edilməsi isə təkcə bu əməliyyat üzrə özünüifşa deyildi, həm də ölkə başçısının “Azərbaycanda söz azadlığı qorunur, internet azadlığı var” kimi bəyanatlarını götürüb yerə çırpmaq idi.
Beləliklə, hökumət hazırladığı “Nardaran təamı”nı nə ölkə əhalisinə, nə də beynəlxalq aləmə yedizdirə bildi. Hamı aydın şəkildə gördü ki, bu “təam”a zəhər qatılıb. Hakimiyyətin tolerantlıq təbliğatının yalan olduğu, məhkəmə sisteminin kəndirlə idarə edildiyi, rejimin demokratiyaya nifrəti bir daha təsdiqini tapdı.
“Amnesty İnternational” təşkilatının məlum bəyanatı isə hakimiyyətin dünyaya inadırmaq istədiyi “Azərbaycnada demokratiya olsa, şəriət dövləti qurulacaq” tezisini qüvvədən saldı. Aydın şəkildə göründü ki, “terrorçu”, “İranın agenti” kimi təqdim edilən adamlar mötədil dindarlardı, Azərbaycanın Konstitusiyasını ana qanun kimi qəbul edirlər və dünyəvi dövləti dağıtmaq missiyası daşımırlar. Aydın oldu ki, onların həbsinə səbəb mövcud rejimin yaratdığı eybəcərliklərə etiraz etmələridi. Və demokratik dünya da bütün bunları məhz, belə qəbul edir.
Dünya terrorçu və terroru dəstəkləyənlər kimi tanıtmaq istədikləri adamlar indi ölkənin daxilində də, xaricində də bütün demokratik ictimaiyyət tərəfindən qəhrəman kimi tanıyır.
Müxtəsər, böyük ssenarini “ekranlaşdırmaq” mümkün olmadı və “Nardaran əməliyyatı” iflas etdi.