Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

“Azərbaycanda müstəqil jurnalistikaya qarşı təqiblər davam edir”

Tarix:23-02-2017, 13:40 Baxış Sayı:194

“Azərbaycanda müstəqil jurnalistikaya qarşı təqiblər davam edir”

Sərhədsiz Reportyorlar İlham Əliyevin ailə hakimiyyətinə də toxundu

Sərhədsiz Reportyorlar Təşkilatı yerli xəbər saytının redaktoru Elçin İsmayıllının saxta cinayət işləri ilə  həbsə atılan azərbaycanlı  jurnalistlərin uzun siyahısına qatılmasından narahatlıq keçirir. Bu Qafqaz respublikasında indi ən azı 12 jurnalist və bloqçu həbsxanadadı.

Bu sətirlər “Sərhədsiz Reportyorlar”ın Azərbaycandakı son vəziyyətlə bağlı yaydığı bəyanatdandır.

Bəyanatda deyilir ki, fevralın 17- də İsmayıllı rayonunda yerli saytın redaktoru olan Elçin İsmayıllıya qarşı «tələb etmə» və «vəzifəsindən sui-istifadə etmə» maddələri irəli sürülərək, ilkin olaraq 24 günlük həbs edilib və istintaq təcridxanasına aparılıb. Prokurorluq onu yerli məmurlardan birini şantaj etməkdə ittiham edir.

“Elçin  İsmayıllı təkidlə bildirir ki, bu ittiham onu jurnalist olaraq susdurmaq üçün uydurulub. Əvvəllər Azadlıq qəzetində, eləcə də Azadlıq radiosunda şalışan Elçin İsmayıllı yerli korrupsiya və insan haqları pozuntularını işıqlandıran “kent.info” adlı saytın qurucusu və baş redaktorudur. O dəfələrlə təqib və təzyiqlərə, o cümlədən fiziki təzyiqlərə məruz qalıb, həbs edilib və diffamasiya iddiaları ilə üzləşib”, – deyə bəyanatda qeyd olunur.

“Sərhədsiz Reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Yohan Bihr bildirib ki, Azərbaycan həbsxanalarında bu qədər jurnalistin saxlanıldığı halda Bakının beynəlxalq tərəfdaşları bu məsələlərə laqeyd qala bilməzlər.

“Fevralın 17-dən 20-ə qədər  yeganə müxalif qəzet olan “Azadlıq”ın 8 əməkdaşı onun maliyyə direktoru Faiq Əmirlinin istintaqı üzrə prokurorluğa çağırılaraq dindirilib. Keçən ilin avqust ayından başlayaraq çoxlu sayda adamlar Faiq Əmirlinin işi ilə bağlı istintaqa cəlb edilib. Səhhətində ciddi problemlərin olmasına baxmayaraq, Faiq Əmirlinin haqqında həbs qəti imkan tədbirinin ləğv edilməsi və ev dustaqlığına buraxılması ilə bağlı apellyasiya şikayəti isə fevralın 16-da təmin edilməyib. Onun həbsi “Azadlıq” qəzetinin fəaliyyətini iflic edib və qəzetin çap versiyası ötən ilin sentyabrından dərc edilmir”, – deyə bəyanatda qeyd olunur.

Sənəddə həmçinin bildirilir ki, İngiltərə PEN klubunun məlumatına görə, 2013- cü ildən həbsdə olan bloqçu Rəşad Ramazanovun səhhəti son 15 gündə cəza kamerasında saxlanıldığı üçün xüsusilə ağırlaşıb. Ailəsinin bildirdiyinə görə, Rəşad Ramazanov vərəm xəstəsidir və ciddi müalicəyə ehtiyacı var.

Sosial şəbəkələrdə hakimiyyəti tənqid edən Rəşad Ramazanov 2013-cü ildə uydurma cinayət işi ilə narkotik alverində ittiham edilərək 9 il azadlıqdan məhrum edilib.

Bəyanatda o da qeyd edilir ki, fevralın 16-da Ali Məhkəmə jurnalist Xədicə İsmayılovaya qarşı irəli sürülmüş «qanunsuz sahibkarlıq» ittihamını qüvvədə saxlayıb. Yüksək hakimiyyət və dövlət orqanlarında korrupsiya araşdırmaları ilə tanınan Xədicə İsmayılova 2014-ün dekabr ayından 2016-cı ilin may ayına qədər – 18 ay həbsxanada keçirib.

“Azərbaycan Dünya Mətbuat Azadlığı indeksinə görə, 180 ölkə arasında 163- cü yerdə dayanır. 2016- cı ilin sentyabrında keçirilən referendumda “Sərhədsiz Reportyorlar”ın «mətbuatın yırtıcı düşmənləri» siyahısında yerləşən İlham Əliyevin səlahiyyətləri artırılıb. Dünən (fevralın 21-də – red.) isə o öz həyat yoldaşını ölkədə ikinci böyük post olan birinci vitse-prezident vəzifəsinə təyin edib”, – deyə bəyanatda bildirilir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL