29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Ailəmizdən 12 nəfəri tutub polis idarəsinə aparmışdılar. Bizi idarənin dəhlizində üç gün ayaq üstə saxladılar”, – Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın qardaşı Xanlar Dadaşovun sözləridir.
Həbsdə olan 64 yaşlı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalov fevralın 23-də Bakı Apellyasiya Məhkəməsində hakim önünə çıxarılıblar. Burada onların hər birinin 30 sutka inzibati həbsi haqda Suraxanı Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.
Hakim Mirpaşa Hüseynov Səbuhi Zeynalovun, Camal Ramazanovsa Xanlar Dadaşovun şikayətinə baxıb. Hər iki şikayətçinin hüquqlarını vəkillər Aqil Layıcovla Elçin Sadıqov müdafiə edib.
Elçin Sadıqov hər iki məhkəmədə eyni vəsatətləri qaldırıb. Müdafiəçi fevralın 18-dən 20-dək olan dövr üçün Suraxanı Rayon Polis İdarəsinin kameralarına baxış keçirilməsini, həmin müddətdə Səbuhi Zeynalov və Xanlar Dadaşovun mobil telefonlarının hansı ərazidə olmasının müəyyənləşdirilməsini, bloqqerin polis idarəsinə aparılmış yaxınlarının, o cümlədən bacılarının məhkəmədə şahid qismində dindirilməsini istəyib. Vəsatətlərin heç biri təmin olunmayıb.
Məhkəmədə hakimə toy dəvətnaməsi verildi
Vəkil Aqil Layıcov deyib ki, məhkəmə vəsatətləri təmin etsəydi, fevralın 19-da polisə dirəndikləri iddia olunan vaxtda Zeynalovla Dadaşovun, əslində, Suraxanı Rayon Polis İdarəsində saxlandığı təsdiqini tapardı: “Bu adamlar fevralın 18-dən idarədə saxlanılıbsa, ayın 19-da evlərinin yaxınlığında polislərə necə müqavimət göstərə bilərdilər?! Onların inzibati xəta törətməsi haqda protokolun özü də qanunsuzdur. İddia olunur ki, guya polislər “pasport rejimi həyata keçirən zaman”, bu adamlar onlara müqavimət göstəriblər. “Pasport rejimi” nədir? Ölkə daxilində pasport rejimi tətbiq oluna bilməz. “Pasport” ölkədən gediş-gəlişlə bağlı anlayışdır”.
Aqil Layıcov istər Səbuhi Zeynalovun, istərsə Xanlar Dadaşovun Azərbaycan hökumətini sərt tənqid edən Orduxan Teymurxanın yaxın qohumları olduğuna görə cəzalandırıldığını vurğulayıb. Bəraətverici əsaslarla onların haqqındakı inzibati işə xitam verilməsini istəyən vəkil, Səbuhi Zeynalovun işinə baxılarkən, məhkəməyə toy dəvətnaməsi təqdim edib:
“Qərarı ləğv edib, Səbuhi Zeynalova bəraət verməyə gücünüz çatmasa, heç olmasa, onun həbs müddətini azaldın. Çünki martın 12-nə Səbuhi Zeynalovun toy mərasimi təyin olunub. Qərar dəyişməsə, toy planı alt-üst olacaq. Bu da şəxsin qanunsuz, əsassız həbsi ilə yanaşı, həm də onun şəxsi həyatına müdaxilə, evlənmək hüququnun pozuntusu kimi qiymətləndiriləcək”.
“Bizi polis idarəsində üç gün ayaq üstə saxladılar”
Təcili Tibbi Yardım Stansiyasının həkimi olan və işə gedərkən saxlanılıb polis idarəsinə aparıldığını deyən Xanlar Dadaşov onun üzünə duran Taleh adlı polis əməkdaşı ilə yaxşı münasibətləri olduğunu bildirib. Həmin polis məhkəmədə ona müqavimət göstərməsi haqda ifadə verəndən sonra ağlayıb:
“Mən üç il Ali Məhkəmədə katib işləmişəm, uzun müddət Şüvəlan təcridxanasında tibb xidmətinin rəhbəri olmuşam. Mən o qədər şərəfsiz adam deyiləm ki, hüquq-mühafizə orqanı əməkdaşına müqavimət göstərim. Ailəmdən 12 nəfəri aparıb polis idarəsinə saldılar. Bizi üç gün dəhlizdə ayaq üstə saxladılar. Biz Taleh müəllimlə həmişə öpüşüb-görüşən adamlar olmuşuq. Bizi məhkəməyə aparanda dedilər ki, yazılanları təsdiqləyin, 200 manat cərimə ilə bitsin. Biz də məsələni uzatmamaq üçün deyiləni elədik. Mən insanlara inanıram. Taleh məhkəmə bitəndən sonra məndən üzr istədi, gözündən yaş gəldi…”.
Hakimlər qısa müşavirədən sonra apellyasiya şikayətlərinin təmin olunmadığını açıqlayıblar.
Vəkil Aqil Layıcov AzadlıqRadiosu-na bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxslərin razılığı olsa, qərarları alandan sonra Avropa Məhkəməsinə üz tutulacaq.
Suraxanı Rayon Məhkəməsində Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılıb. Qərarda iddia olunur ki, S. Zeynalov və X. Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar.
Bloqqer Orduxan Teymurxan baş verənləri özünün ictimai fəallığına təzyiq kimi qiymətləndirir.