Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Vaşinqton Post: “Vitse-prezidentlik Əliyevanın evlilik ildönümü hədiyyəsidir”

Tarix:27-02-2017, 08:26 Baxış Sayı:196

Vaşinqton Post: “Vitse-prezidentlik Əliyevanın evlilik ildönümü hədiyyəsidir”

Amanda Erikson, Vaşinqton Post qəzeti

Azərbaycan prezidenti İlham Əliyev öz arvadına evlilik ildönümü hədiyyəsi edib – onu vitse-prezident təyin edib.

İlham Əliyev çərşənbə axşamı elan etdi ki, keçən payız keçirilən konstitusiya referendumu nəticəsində yaradılan vitse-prezidentlik postuna 52 yaşlı Mehriban Əliyevanı təyin edib. Əgər prezident öz vəzifəsindən çəkilsə, Əliyeva onun yerinə keçəcək. Böyük ehtimal o, nazirlər kabinetinə də nəzarət edəcək. Referendumda qəbul edilən konstitusiya düzəlişləri həm də prezidentlik müddətini 5 ildən 7 ilə uzadıb. 2009 referendumundan sonra keçmiş Sovet respublikasında prezidentliyə seçilmə sayına limit ləğv edilmişdi. Onlar Əliyevin 19 yaşlı oğlunun yolunu açmaqdan ötrü prezidentliyə yaş tələbindən də qurtulublar.

Əliyeva tibb məktəbini bitirib, ancaq onun həmişə siyasətə marağı olub. O, ölkənin parlamentinin və ərinin siyasi partiyası, YAP-ın idarə heyətinin üzvüdür. O, Azərbaycanın Olimpiya təşəbbüsü, Heydər Əliyev Fondunun xeyriyyəçiliyi də daxil olmaqla bir neçə proyektə rəhbərlik edib. Əliyeva incəsənət sahəsində səxavətli ianələri ilə tanınan ölkənin ən varlı ailəsi, Paşayevlər ailəsində dünyaya göz açıb. Paşayevlər klanı bir neçə bank, sığorta, tikinti, səyahət şirkətləri, Azərbaycandakı yeganə Bentli dilerinə sahibdir. Onlardan bir neçəsi hökumətdə yuxarı vəzifələr tutur.

O, cah-cəlal sevgisi, qüsursuz görünüşü və dəbli geyimi ilə məşhurdur. Amerika diplomatlarından sızdırılan Vikiliks sənədlərində diplomatlar qeyd etmişdi ki, üzünə edilən kosmetik cərrahiyyə əməliyyatlarından dolayı Əliyeva üz cizgilərini tam göstərə bilmir. Onlar həmçinin yazıblar ki, o, siyasi məsələlər barədə az məlumatlıdır.

Əliyev bəyanatında Mehribanın özəlliklərini sadalayarkən yazıb ki, “Təsadüfi deyildir ki, bu il keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da Mehriban Əliyevaya tapşırılıb.“

Müxalifət liderləri həmfikirdirlər ki, bu, təsadüfi deyil. Ancaq onlar elə fikirləşmir ki, bu, onun qabiliyyətliliyi ilə əlaqədardır. Onlar deyir ki, Əliyevlər ölkəni ailə mülkiyyəti kimi idarə edərək Azərbaycanın enerji resurslarından varlanır. Əliyevlər sülalə hakimiyyətini bərkitmək istəyir, tənqidçilər deyir. “Bu təyinat xalqa qarşı hörmətsizlikdir. Bu, mütləq monarxiya quruculuğuna ilk addımdır”, – Azərbaycanın müxalifət liderlərindən Əli Kərimli Rötersə deyib.

Azərbaycanın idarəçiliyi uzun müddətdir bir ailənin əlindədir. Hakimiyyət İlham Əliyevə atası Heydər Əliyevdən miras qalıb. Heydər Əliyev Kommunist Partiyası liderliyi və post-Sovet prezidentliyi dövründə 30 ilə yaxın Azərbaycanı idarə edib. 2003-cü ildə isə idarəçiliyi oğlu təhvil alıb. O, balaca ölkəni regional güc oyunçusuna və Qərbin müttəfiqinə çevirməyə fokuslanıb. O, bundan başqa əsasən ailəsinin dövlət müəssisələri ilə bağları sayəsində on milyonlarla dollar şəxsi sərvət toplayıb. Əliyevlər ailəsi ölkənin ən azı 8 əsas bankına sahibdir. Onlar ölkənin neft-qaz sənayesi, əsas telekommunikasiya qrupları və tikinti şirkətlərindən də gəlir götürürlər.

Onların pulunun çoxu ofşor hesablarda gizlədilib. 2013-cü ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) İlham Əliyevi “ilin korrupsioneri” adına layiq görüb.

Repressiv siyasi taktikalar, ifadə azadlığının məhdudlaşdırılması və ədalətli seçkilərin qarşısının alınması səbəbindən ölkə mənfi reputasiyaya sahibdir. Əliyevanın təyinatından bir neçə gün qabaq müxalifət partiyasının aktivistləri saxlanılıb və ya həbs edilib. Ən azı 10 siyasi aktivist və jurnalist bu ay saxlanılıb; 30-dan çoxuna inzibati həbs cəzası verilib. Araşdırmaçı jurnalist Xədicə İsmayılova bildirib ki, hökumətin bu addımları təyinata etiraz etmək cəsarətində olan siyasi opponentləri əngəlləmək məqsədi güdür.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL