19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Bu gün, fevralın 27-si Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və bu partiyanın hazırkı başqan Arif Hacılı da prokurorluqda dindiriliblər.
İsa Qəmbər saat 12.30 radələrində prokurorluqdan çıxıb. O, jurnalistlərə dindirilməsi ilə bağlı bunları deyib: «Əgər, prokurorluqda dedikləri kimi, saxta sənədləri hazırlayanları ifşa edəcəklərsə, çox gözəl. Amma bəzi sualların qoyuluşundan, bəzi yanaşmalardan hiss olunur ki, məsələnin mahiyyətini qoyub Müsavat Partiyasına müəyyən təzyiqlər etmək istəyirlər. Görünür, hakimiyyət Müsavat Partiyasının ölkədə və dünyada fəallaşmasından narahat olub».
İsa Qəmbər deyib ki, hər şeyi zaman göstərəcək: «Suallar elədir ki, onun ardınca saxta sənədləri verənlərin ifşası da mümkündür, Müsavata təzyiqlər də. Hansı olacaq, bunu zaman göstərəcək».
İsa Qəmbərin deməsinə görə, dindirilmə protokolunda tərcümeyi-halına aid qeyd edilib ki, o, 1988-ci ildən siyasətlə məşğuldur: «Mən müstəntiqə də dedim. 88-ci ildən ifadə verirəm. Yəni, heç bir problemi yoxdur».

Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilməsini onlara təzyiq kimi dəyərləndirir: «Partiyanın keçmiş və indiki rəhbərliyini bu dindirməyə cəlb etməklə bu təzyiqləri cəmiyyətə nümayiş etdirirlər».
A.Hacılı hesab edir ki, təzyiqlərə bu il fevralın 18-i Almaniyada keçirilən aksiya səbəb olub. O qeyd edib ki, dindirmədə konkret kimlərin necə mühacir statusu alması və bu kimi sualları cavablandırıb.
Partiya rəhbəri bu dindirmələrin həm də vətəndaş fəallığına yönəldiyini bildirib.

Gülağa Aslanlı
Fevralın 25-də isə Müsavat Partiyası Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı prokurorluqda ifadə vermişdi.
«Prokurorluq iddia edir ki, kimlərsə saxta sənədlərlə mühacir statusu alır və buna görə Müsavat Partiyasını da təqsirləndirmək istəyirlər»,- ifadə verdikdən sonra o, qeyd etmişdi.
Gülağa Aslanlı deyirdi ki, dindirilməsi prokurorluqda «saxta sənədlərlə mühacir statusu almaq istəyənlərin işi» adlanan məsələ ilə bağlıdır: «Biz hələ 2015-ci ildə bu məsələ qaldırılanda, bizə qarşı ittihamlar olanda, məhkəməyə müraciət etdik və məhkəmə də bizim xeyrimizə qərar çıxardı. Amma buna baxmayaraq, prokurorluq bu işi davam etdirir».
Müsavat Avropa Koordinasiya Mərkəzi bu il fevralın 18-də Almaniyada «Siyasi məhbuslara azadlıq!» şüarı ilə aksiya keçirib.
Müsavat rəhbərliyinin prokurorluğa çağırılmasını bununla izah edənlər var.
Ancaq Müsavat rəhbərliyi bildirib ki, bu qurum müstəqil fəaliyyət göstərir.
Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.