Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

“Azərbaycan hökuməti islahat tələbinə məhəl qoymur, üzvlükdən çıxarılsın”

Tarix:2-03-2017, 14:18 Baxış Sayı:203

“Azərbaycan hökuməti islahat tələbinə məhəl qoymur, üzvlükdən çıxarılsın”

21 beynəlxalqMədən Sənayesində Şəffaflıq Təşəbbüsü koalisiyasına müraciət edib

təşkilat Azərbaycanda islahatlar aparılmır, proqres yoxdur və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) beynəlxalq koalisiyası Azərbaycanı quruma üzvlükdən kənarlaşdırmalıdır. 21 beynəlxalq təşkilatın, o cümlədən, «Human Rights Watch», «ARTICLE 19», «International Media Support»un birgə bəyanatında belə deyilir.

Bu ay – martın 8-i və 9-da EITI-nin İdarə Heyətinin Kolumbiyada keçiriləcək toplantısında Azərbaycanın məsələsinə baxılmalıdır. Toplantıda Azərbaycanın qurumun tələblərinə hansı səviyyədə əməl etdiyi – vətəndaş cəmiyyətinə basqıları azaltmaq yönündə cəhdləri müzakirə ediləcək.

«İSLAHAT TƏLƏBLƏRİNƏ MƏHƏL QOYULMUR»

Amma «Azərbaycan hökuməti EITI-nin islahat tələblərinə məhəl qoymur, vətəndaş cəmiyyəti ardıcıl şəkildə məhv edilməkdədir. EITI bütün hesabatları və xəbərdarlıqları nəzərə alaraq, Azərbaycanın koalisiyada iştirakını dayandırmalı, hökumət ciddi və davamlı addımlar atana kimi, qeyri-hökumət təşkilatlarının azad fəaliyyətini təmin edənə qədər bərpa etməməlidir». Bunu «Human Rights Watch»un Qafqaz üzrə direktoru Giorgi Gogia deyib.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) beynəlxalq koalisiyası hökumət, vətəndaş cəmiyyəti və mədən şirkətlərini bir araya gətirərək neft ölkələrinin daha yaxşı idarə olunmasını, bunun üçün neft, qaz və digər yataqlardan istifadəylə bağlı açıq müzakirələri təbliğ edir. Təşkilata üzv ölkələrin vətəndaş cəmiyyətinin inkişafına şərait yaratması, ictimai müzakirələri önləyə biləcək fəaliyyətlərdən çəkinməsi tələb edilir.

«BU QƏRARLAR SƏTHİ XARAKTERLİDİR»

Azərbaycan EITI-yə 2003-cü ildən qoşulub. 2015-ci ildə, Azərbaycanda vətəndaş cəmiyyətinin durumuyla bağlı hesabat və çağırışlardan sonra ölkənin qurumdakı statusu tam üzvlükdən namizədliyə qədər azaldılıb. 2016-cı ildə də EITI Azərbaycanın statusunu dəyişməkdən imtina edib və ölkədə insan haqlarıyla bağlı durumu inkişaf etdirmək, QHT-lərin fəaliyyətinə şərait yaratmaq, onların qeydiyyat qaydalarını asanlaşdırmaq, bürokratik əngəlləri aradan qaldırmaq, xarici donorlardan yardım almasına imkan verəcək islahatlar aparılmasını istəyib. Bu tələblərin yerinə yetirilməsi üçün təşkilat Azərbaycana 4 ay, yəni martadək vaxt verib.

EITI-nin toplantısı

EITI-nin toplantısı

Yanvarda Azərbaycanın Nazirlər Kabineti donor təşkilatları və qrantların qeydiyyatına dəyişiklikləri nəzərdə tutan iki qərar qəbul edib. «Amma bu qərarlar səthi xarakter daşıyır, qanunun yaratdığı əngəlləri aradan qaldırmır və EITI-nin tələblərini yerinə yetirmir», – beynəlxalq insan haqları təşkilatlarının EITI-yə birgə məktubunda belə deyilir.

İmza müəlliflərindən biri, «ARTICLE 19»un Avropa və Mərkəzi Asiya üzrə direktoru Katie Morris deyib ki, EITI-yə olan etimad öhdəliklərinə əməl etməyən Azərbaycanın qurumdan kənarlaşdırılmasını tələb edir.

QURUM PRİNSİPLƏRİNƏ SADİQ QALACAQMI?

«Azərbaycandakı qruplar EITI-nin öz prinsiplərinə sadiq qalacağına, belə qrupların ictimai məsuliyyətə və şəffaflığa göstərdiyi xidmətlərə dayaq duracağına ümid edirlər». Bunu isə «International Media Support» təşkilatından Gülnarə Axundova söyləyib.

«Human Rights Watch» EITI-də iştirak edən yerli vətəndaş koalisiyasının 2 üzvünün Azərbaycanda qondarma ittihamlarla həbsdə saxlandığını, çoxlarının ya ölkəni tərk etməyə, ya da fəaliyyətini dayandırmağa məcbur olduğunu qeyd edib.

Beynəlxalq insan haqları təşkilatları Azərbaycanda söz azadlığının pozulduğunu, hökumətdən şəffaflıq tələb edən siyasi fəalların basqı və nəzarət altında saxlandığını, vətəndaş cəmiyyətlərinin ictimai müzakirələrdən uzaq tutulduğunu deyirlər. Hökumət bütün bu ittihamları rədd edir, ölkədə təməl hüquq və azadlıqların tam təmin olduğunu bildirir.

Beynəlxalq təşkilatların imzaladığı məktub fevralın 10-da EITI-yə göndərilib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL