Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

CHP-li deputat: “Azərbaycana alqış deyək, bizə gələcəyimizi göstərdi”

Tarix:6-03-2017, 11:32 Baxış Sayı:200

CHP-li deputat: “Azərbaycana alqış deyək, bizə gələcəyimizi göstərdi”

CHP-nin məşhur simalarından biri, millət vəkili Məhərrəm İncə Anayasa dəyişikliyi referendumu ilə bağlı Balıkəsirdə keçirdiyi görüşdə vətəndaşlardan “xeyr” səsi istəyib. O, Azərbaycana da Türkiyədə gələcəkdə olacaqları göstərdiyi üçün təşəkkür edib.

Universiteti Balıkəsirdə oxuduğu və Balıkəsirdən evləndiyi üçün “Balıkesir övladı” və “kürəkən” deyə qarşılanan İncə “bu gün burada niyə “xeyr” deyəcəyimizi qısaca izah edim” söyləyib:

“Birincisi, adından utandılar. “Başkanlıq” dedilər, anket sorğusu keçirdilər, baxdılar ki, millət istəmir, o zaman adını dəyişdirərək “prezident sistemi” dedilər. İkincisi, biz dedik ki, “rejim dəyişir”, dedilər “yox, sistem dəyişir”. “Rejim” və “sistem” fransız sözləridir. İkisi də eynidir. Türk Dil Qurumunun lüğətinə baxın, rejim ilə sistem eynidir.

Məhərrəm İncə çıxışına bu sözlərlə davam edib:

“Referendumda “bəli” deyənlər kimdir? “Bəli” deyənlər eynilə bizim kimi bu məmləkətin övladıdır. “Xeyr” deyənlər kimdir? Bu məmləkətin övladlarıdır. Meydanlara çıxıb “’xeyr” deyənlərə “terrorist” deyirlər, eləmi? İndi sizdən soruşuram, siz PKK-lımısınız? Siz FETÖ-çumusunuz? Siz İŞİD-çimisiniz? Siz terrorçumusunuz? “Bəli” deyənlər də terrorçu deyil, “xeyr” deyənlər də terrorçu deyil. Amma “xeyr” deyənlərə “terrorçu”’ deyənlər tərbiyəsizdir.”

Dəyişikliklə gətirilmək istənən sistemə diqqət çəkən Məhərrəm İncə sözlərinə belə davam edib:

“Sandığa getdiyinizdə ağlınıza nə gəlsin, bilirsinizmi? Azərbaycan gəlsin. Azərbaycanda nə oldu? Söz vermiş gəlinbacıya, yazdı sərəncamı, “prezidentin birinci müavini etdim səni” dedi. Qısqananlar çatlasın. Eynisi Türkiyədə bizim başımıza da gələ bilər. Azərbaycan bizim gerçək dostumuz, nə zaman başımız dara düşsə, bizə yardımçı olur. Qurtuluş savaşında da elə idi, indi də bizə gələcəyimizi göstərdi. Azərbaycana böyük bir alqış göndərək. ”

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL