Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

“İdarədə Polislər şalvarımı aşağı çəkib dedilər ki, gəlin, bunun başına pis oyun açaq…”

Tarix:14-03-2017, 11:24 Baxış Sayı:220

“İdarədə Polislər şalvarımı aşağı çəkib dedilər ki, gəlin, bunun başına pis oyun açaq…”

Nardaran işi üzrə məhkəmədə yenə də tükürpədici işgəncələrdən danışıldı…

“Adamın bir tükünü dartanda ağrıdan gözündən yaş gəlir. Mənim bütün üzümün tükünü əlləri ilə bir-bir dartdılar, tük komasını qoydular qabağıma…”

Müsəlman Birliyi Hərəkatının sədr müavini Taleh Bağırzadə və daha 17 nəfərin məhkəməsi başa çatsa da, Nardaran hadisələrinə görə həbs olunan daha iki qrupun məhkəməsi davam edir. Hər biri 12 nəfərdən ibarət bu qrupların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Martın 13-də ilahiyyatçı Hacı Zülfüqar Mikayılov və daha 11 nəfərin – Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin işi məhkəmə prosesi davam edib. Onların işinə hakim Zeynal Ağayevin sədrliyi ilə baxılır.

“Həbsxanada ermənini kökəldirdilər, bizə zülm eləyirdilər”

Bugünkü məhkəmədə əvvəlcə təqsirləndirilən şəxslərdən Mübariz İbrahimov ifadə verib. Gəncə sakini olan Mübariz İbrahimov bildirib ki, 17 yaşından namaz qılır. 2015-ci ilin noyabrında Nardarandakı qətliamdan 4 gün sonra – ayın 30-da Gəncədəki Şah Abbas məscidində günorta namaz qılıb çıxandan sonra təqib olunduğunu hiss eləyib: “Ondan qabaq dövlət adamlarından bir nəfər mənə demişdi ki, “tuthatutdur, Rusi İsmayılovu tutublar, sənin adın da qara siyahıdadır, çalış aradan çıx”. Dedim, neyləmişəm bəyəm aradan çıxım?! Noyabrın 30-da saat 4-də maşını yanacaqdoldurma məntəqəsində saxlamışdım, bir nəfər mənə yaxınlaşdı, düşürtdülər maşından məni. Elə bil Ben Ladeni aparırdılar. Sürüyə-sürüyə, döyə-döyə qoluma qandal vurub camaatın gözü qabağında saldılar məni başqa maşına. Mənim maşınımı özləri sürdülər. Məni və hörmət etdiyim şəxsləri təhqir etdilər, sürüyə-sürüyə Gəncə Şəhər Baş Polis İdarəsinə aparıb, pilləkənlərlə qaldırırdılar. 2-3 saat dizi üstə əli qandallı saxladılar. Su da vermədilər, namaz qılmağa da qoymadılar. Deyirdilər “boynuna al”, amma bilmirdim ki, nəyi boynuma alım. Məni idarənin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə bölməsinin rəisi Rasim Qurbanovun otağına apardılar. İlk dəfə qumbaranı da, narkotiki də orada gördüm. Dedilər ki, “birini seç”. Elə bil bazarda kartof seçirdim. Razılaşmayanda Rasim Qurbanov məni dördü, təhqir etdi, ağzının suyunu axıtdı üstümə. Dedi ki, “boynuna almasan, çox pis təhqir edib, videonu yayacağıq”. Özümü erməni əsirliyində hiss edirdim”.

Mübariz İbrahimovun sözlərinə görə, polislər özləri onun maşınına qumbara və “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabçalar qoyublar, sonra elə özləri də götürüblər: “Mən heç siqaret çəkmirəm. Mənə dedilər ki, elə eləmə, qardaşını, qaynını, yeznəni gətirək bura”. Dedilər ki, bu iş dövlət tədbiridir. Dedim, bəyəm dövlət günahsız insanları tutmağı tapşırıb? Qardaşlarım kasıbçılıqla dolanan adamlardı, mənə görə onlara əziyyət verməsinlər deyə, dediklərini imzaladım. Allah oradakı vəziyyəti heç kimə göstərməsin. Mənə dedilər ki, yaz, qumbaranı zibillikdən tapmısan. Gəncə zibilliyində narkotik, qumbara qurtarmadı?

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olmuş, Rasim Musayev, artıq ölüb, bizi çağırıb təhqir edirdi, vururdu. Biz İmam Hüseynə təziyə saxlayırdıq, düşdük qara siyahıya. Yaraşmaz öz millətimizə qarşı ocür hərəkətlər etmək. Sabah Qarabağda döyüşə çağırsalar, bütün dindarlar canla başla gedər. Biz heç vaxt dövlət əleyhinə çağırışlar etməmişik. 4 nəfərlə, 4 qumbara ilə də dövlət çevrilişi edərlər? Ayıb olsun bunlara ki, bu maddələri qoyublar bizə. Maddələrin heç biri ilə özümü təqsirli bilmirəm. Gəncə həbsxanasında bir nəfər də erməni var idi, dedilər, bu, nə yaman kökəlib, ağarıb. Ona elə baxırdılar, bizə bu cür zülm eləyirdilər”.

Mübariz İbrahimov sualları cavablandırarkən bildirib ki, Taleh Bağırzadəni heç üzdən də görməyib, Nardaranda heç vaxt olmayıb, Müsəlman Birliyi Hərəkatı barədə isə yalnız həbs ediləndən sonra eşidib. O həmçinin dövlət hesabına təyin edilmiş vəkildən gileylənib. Deyib ki, onun polislərdən heç bir fərqi yox idi. İbrahimov tutulandan sonra aylarla ailəsi ilə görüşməsinə və telefon vasitəsilə əlaqə saxlamasına imkan verilmədiyini də deyib.

Təqsirləndirilən şəxs onu da əlavə edib ki, həbindən sonra dörd ay ailə üzvlərilə nəinki görüşməyə, hətta telefonla danışmağa da imkan verilməyib.

“Əllərimə qandal vurub, dizüstə çökdürdülər, ağzımın qanı paltarıma tökülürdü…”

Daha sonra təqsirləndirilən Cabir Əliyev ifadə verib. O da Gəncə şəhər Baş Polis İdarəsində başına gətirilən dəhşətli işgəncələrdən danışıb.

Cabir Əliyev deyir ki, Gəncədə atası ilə birlikdə bərbər işləyir. Axşamüstü saat 5-6 radələrində iş yerinə gəlib, onu tutub aparıblar. Cabir Əliyev daha çox idarədə Rəşid Piriyevin otağında qeyri-insani münasibətlə üzləşdiyini söyləyir: “Onun otağında üstümə tökülüb döyməyə başladılar. Heç nə soruşmadılar da. Əllərimə arxadan qandal vurub, dizüstə çökdürdülər, vurub dişimi sındırdılar, qan töküldü paltarıma. Mənə qarşı qeyri-insani rəftar etdilər. Mənə gecə 4-ə qədər işgəncə verdilər. Üzümün tüklərini əlləri ilə yoldular. Adamın bir tükünü dartanda ağrıdan gözündən yaş gəlir. Mənim bütün üzümün tükünü əlləri ilə bir-bir dartdılar, tük komasını qoydular qabağıma. Mənə dedilər ki, “elə eləmə, tapançanın evindən çıxdığını yazaq, ailə üzvlərini də bura gətirək”. Ailə üzvlərimə görə dediklərinə imza atdım. Mənə əsas işgəncə verən Rəşid Piriyev idi. Üstəlik, götürüb narkotik satışı ittihamı da veriblər. Maddələrin heç biri ilə özümü təqsirli saymıram. O maddələrin mənə aidiyyəti yoxdur”.

Cabir Əliyev də Taleh Bağırzadə ilə şəxsi tanışlığının olmadığını, onu yalnız internetdəki çıxışlarından tanıdığını, Müsəlman Birliyi Hərəkatı haqda həbsindən sonra xəbər tutub.

“Dedilər, başına pis oyun açaq, çəkib, vatsapdakı nömrələrə göndərək…”

Daha sonra Ruzi İsmayılov ifadə verib. O da ittihamların saxta olduğunu, işgəncələr altında yalan ifadələrə imza atmaq məcburiyyətində qaldığını bildirib:

“Bizə zülm olunub. Üzərimizə ağır ittihamların qoyulması bizə və dinimizə edilən zülmdür. Döyülən, söyülən, öldürülən də bizik, “terrorçu” damğası vurulan da. İslam barış, sülh, qardaşlıq dinidir. Bizə İŞİD deyirdilər. Bunlar İŞİD ilə şiəni ayırd edə bilmirlər, amma yüksək vəzifədə oturublar. Biz həmişə dövləti dəstəkləmişik. 3-4 il əvvəl Aşura bazar gününə düşmüşdü, amma Gəncədə bazar gününə dərs saldılar ki, adamlar Aşurada iştirak etməsin. Bu, dinlə düşmənçilikdir.

Bizim namusumuza və qeyrətimizə təcavüz olunur. Şükür ki, xalq bizi terrorçu kimi tanımır. Xərc çəkib bizi “terrorçu” kimi qələmə vermək istədilər, amma istəklərinə nail ola bilmədilər. Bizi bura salanlar cəzalanacaqlar. Allah gec edər, amma güc edər”.

İsmayılov necə həbs olunmasından da danışıb: “2015-ci ilin noyabrında məsciddən çıxdıqdan sonra evə gedəndə gördüm evimin qarşısında iki maşın var. Bir nəfər maşından düşdü, Rasim Qurbanov idi, əl-qolumu bağlayıb, başıma qara torba keçirib saldılar maşına. Rasim Qurbanov çıxdı üstümə, başladı məni yumruqlamağa. Əlini cibimə salıb, narkotik və qumbaranı qoydu. Məni idarəyə apardılar, döyə-döyə yuxarı çıxartdılar. Uzatdılar arxası üstə, döydülər. İfadəyə qol çəkməliydim ki, guya məndə qumbara və narkotik olub, Oqtay adlı polisi qumbara ilə gözünün altından vurmuşam. Mən o adamı ümumiyyətlə, tanımıram. Əvvəlcə ailə üzvlərimlə hədələdilər. Sonra mənəvi təzyiqə keçdilər, şalvarımı aşağı çəkdilər, bir-birinə dedilər ki, gəlin, bunun başına pis oyun açaq, vatsapdakı nömrələrə paylayaq, rüsvay olsun. Biri dedi ki, “ruhanidir, adına xələl gəlməsini istəməz, qol çəkər”. Məcbur olub oxumadığım, mahiyyətini bilmədiyim və dərk etmədiyim vərəqlərə qol çəkdim. Yazdılar ki, guya körpünün yanındakı mağazaya ütü almaq üçün gedəndə yoldakı ayaqyoluna girib qumbaranı oradan tapmışam. Mən evimi qoyub kiminsə tualetinə niyə giridim?!”

Ruzi İsmayılov həbs olunarkən ona dövlət hesabına təyin olunmuş Cəfər adlı vəkildən də şikayətlənib. Bildirib ki, vəkil də ona sənədlərdə yazılanların mahiyyətini izah etmədən qol çəkməsini istəyib.

Ruzi İsmayılov deyir ki, İranın Qum şəhərində təhsil alıb. Elə Taleh Bağırzadəni də bir də orada görüb, salam verib, vəssalam: “Mən özüm də bilmək istəyirəm ki, niyə məni həbs etdilər. Yəqin ki, mən Allaha iman gətirdiyim üçün indi burdayam”.

Məhkəmə prosesi martın 27-nə qədər təxirə salınıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL