Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Xankəndi qumarbazını Kreml üçün vazkeçilməz edən səbəb

Tarix:17-03-2017, 08:47 Baxış Sayı:197

Xankəndi qumarbazını Kreml üçün vazkeçilməz edən səbəb

Sərkisyana Rusiyadan 2 aprel dəstəyinin sirri; Elçin Mirzəbəyli: “Moskva Dağlıq Qarabağı “kökə” kimi əlində saxlayıb”


Rusiya hökumətinin Ermənistanda keçiriləcək 2 aprel parlament seçkiləri öncəsi hazırkı prezident Serj Sərkisyana açıq dəstəyi bir daha özünü büruzə verdi. Erməni rəhbərin Rusiya səfəri bir çox suallara aydınlıq gətirdi. O, şimal qonşumuz olan ölkədə prezident Vladimir Putin və baş nazir Dmitri Medvedyev tərəfindən ən yüksək səviyyədə qarşılandı.


Ermənistan prezidentinin Rusiya səfərinin əsl səbəbləri gizlədilsə də, ziyarətin dövlətlərarası əməkdaşlıqla bağlı olduğu deyilsə də, əksəriyyəti əsl niyyətin parlament seçkiləri olduğunu düşünür. Əgər bu səfərə qədər Kremlin sabiq prezident Levon Ter-Petrosyana da dəstək verə biləcəyi ilə bağlı fikirlər dolaşırdısa, artıq Sərkisyanın havadarının köməyi ilə 2 aprel seçkilərinin indidən müqəddəratını həll etdiyi deyilir.


Sərkisyan hökumətinə Putin Rusiyasının etimadının azalmaması ilə bağlı bir sıra fikirlər var. Onun Dağlıq Qarabağla bağlı siyasətinin rəsmi Moskvanı qane etdiyi üçün rəqibi Levon Ter-Petrosyan üzərində indidən ciddi üstünlük əldə etdiyi vurğulanır. Səbəb kimi də vaxtilə Ter-Petrosyanın məhz Qarabağla bağlı atdığı bəzi addımların hakimiyyətdən gedişi ilə nəticələnməsi göstərilir.


Digər tərəfdən, sabiq prezidentin uğur qazanacağı halda Ermənistanda Qərb meyllərinin artma ehtimalı önə çəkilir. Çünki zamanında hakimiyyətdən gedişinə səbəbin Kreml olduğunu Ter-Petrosyan bilməmiş deyil və bu sarıdan Rusiyaya indidən arxalanmayacağı ehtimalı yüksəkdir.


Rəsmi Moskva isə heç şübhəsiz himayəsində bəslədiyi bir ölkənin bu siyasəti ilə heç zaman barışa bilməz. Bu baxımdan, Putinin indidən ehtiyatı əldən vermədiyi və 2 aprellə bağlı tədbirli tərpəndiyi qeyd olunur.


Politoloq Elçin Mirzəbəyli Sərkisyanı Rusiya üçün vazkeçilməz edən amilləri bu cür sadaladı: “Kremlin Sərkisyana dəstək verəcəyi gözlənilən idi. Çünki indikindən daha ağır şərtlər altında hakimiyyətdə qalmaq, yaxud hakimiyyəti bir formadan başqa formaya transformasiya etmək istəyən və bunun üçün yalvaran 2-ci bir adam yox idi. Amma bununla yanaşı, Moskva Sərkisyanı nəzarətdə saxlamaq və şərtlərini diktə etmək üçün alternativ variantlar yaratmağı da unutmadı. Öncə əks düşərgədən Ter-Petrosyan xətti işə salındı. Sonra isə Sərkisyanın bütün manevr imkanlarının məhdudlaşdırılması üçün onun öz komandasının içindən Ohanyan xətti işə düşdü. Bütün bunlar Rusiyanın postsovet məkanında tətbiq etdiyi ənənəvi ssenarilərə tamamilə uyğundur. Sərkisyanı vazkeçilməz edən isə onun cinayətləri, ona qarşı təzyiq və təhdid mexanizmlərinin say çoxluğudur. O, Kremlin Cənubi Qafqazı nəzarətdə saxlamaq üçün gerçəkləşdirdiyi qanlı layihələrin icraçılarından biridir. Bu, onun idarə olunmasını asanlaşdırır. Ola bilsin ki, bu amil də Moskvanın seçimində rol oynayıb. Rusiyanın Ter-Petrosyanı seçə biləcəyi bir o qədər də inandırıcı deyildi. Moskva ən pis halda Sərkisyanla Ohanyan arasında seçim edə bilərdi. Çünki Dağlıq Qarabağ amili Moskva üçün Ermənistanın nəzarətdə saxlanılmasında prioritet təşkil edir. Əks təqdirdə, heç bir resursu olmayan ac-yalavac ölkənin ”kökə"sini artırmaq lazım gələcək. İndiki halda isə Moskva Dağlıq Qarabağı “kökə” kimi əlində saxlayıb. Ermənistana göstərir, ümid verir, müharibə təhlükəsi isə daim zopa kimi Ermənistanın başının üstündə dayanıb. Bu, həm iqtisadi, həm də siyasi baxımdan Rusiya üçün daha sərfəlidir".

Image result for Kreml Elçin Mirzəbəyli


Politoloq Ermənistanda Rusiya əleyhinə olacaq bir qüvvənin olmadığını da qeyd etdi: “Ermənistanda indiki halda Rusiyaya başağrısı ola biləcək siyasi qüvvə yoxdur. Bu ölkənin müxalifəti də, iqtidarı da Rusiyanın işarəsi ilə hərəkət edir. Heç şübhəsiz ki, əsas amil seçkilər olub. Danışıqların nəticəsi isə aprelin 2-dən sonra bəlli olacaq. Əslində Sərkisyan Moskva ilə şərtlərlə danışa biləcək gücə malik siyasi fiqur da deyil. Dəstək almaq üçün danışıqlar aparmalı və məqbul şərtlər irəli sürməlisən. Sərkisyan ən yaxşı halda nədənsə gileylənə, incidiyini büruzə verə bilər. Qənaətimə görə, o, Moskvaya hakimiyyət üçün hər şeyə hazır olduğunu bir daha bəyan etmək üçün getmişdi. Müzakirə predmeti olduğu bildirilən digər məsələlər isə sadəcə görüntü xarakteri daşıyırdı. Çünki Rusiya-Ermənistan münasibətlərində ”müzakirə" adlanan prosesin adı əslində təlimatdır. Sərkisyan da təlimatını aldı, nəticəsini aprelin 2-dən sonra görəcəyik".

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL