Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Oqtay Əsədov Rusiyaya gedib

Tarix:27-03-2017, 11:44 Baxış Sayı:180

Oqtay Əsədov Rusiyaya gedib

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının 25 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə, təşkilatın şura, 46-cı plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək üçün martın 27-də Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.
 
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Kamilə Əliyeva, Rüfət Quliyev, Malik Həsənov, Mirkazım Kazımov, İqbal Məmmədov, Rüstəm Xəlilov, Elmira Axundova, Azay Quliyev, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
 
MDB PA-nın şura iclasında təşkilatın 25 illiyi ilə əlaqədar Bəyanat qəbul olunacağı gözlənilir. Şura üzvlərinin təşəbbüsü ilə “Beynəlxalq Parlamentarizm Günü”nün təsis edilməsi, təşkilata üzv ölkələrdə keçirilmiş referendum və seçkilərin nəticələri, Parlament Assambleyasının ötən ilki fəaliyyətinin qiymətləndirilməsi və digər məsələlər müzakirə olunacaqdır.
 
MDB PA-nın 25 illiyinə həsr olunmuş təntənəli iclasda nümayəndə heyəti rəhbərlərinin, qurumla əməkdaşlıq edən beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.
 
Plenar iclasda 10-dan çox model qanunlar nəzərdən keçiriləcək. Qurumun daimi komissiyalarında müzakirə olunaraq təsdiq olunmuş məsələlərə münasibət bildiriləcək.
 
Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun nümayəndə heyəti rəhbərlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsi, MDB PA-nın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılacaqdır.
 
Səfər martın 28-də başa çatacaq.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL