29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
“İşğal altındakı ərazilərin status haqqında qanun qəbul edilməlidr”
Belaruslu blogger Aleksandr Lapşinin Bakıya ekstradisiyasından sonra Dağlıq Qarabağa səfər edən bloggerlərin sayı artıb. Son olaraq, martın 20-də bir qrup blogger Xankəndində qanunsuz tədbir keçiriblər.
Görünən odur ki, Azərbaycan diplomatiyasının Lapşin qələbəsindən sonra ermənilər bunu heç cür həzm edə bilmirlər. Bu cür qanunsuz tədbirlərlə yəhudi bloggerin Azərbaycana ekstradisiyasının əhəmiyyətini azaltmaq və həbsin guya onlara təsir etmədiyini göstərmək istəyirlər.
Heç şübhəsiz ki, son tədbirlə bağlı rəsmi Bakı lazımi addımlarını atacaq. Artıq bununla bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev ilkin anons verib.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, bloggerlərin Dağlıq Qarabağa qanunsuz səfərlərinin artması Ermənistandakı 2 aprel seçkiləri ilə bağlıdır: “Qarabağa səfər edən bloggerlərin sayının artması ilk növbədə aprelin 2-də Ermənistanda keçiriləcək seçki ilə bağlıdır. Sirr deyil ki, Lapşinin Azərbaycana ekstradisiya edilməsi Sərkisyan rejiminə ciddi zərbə vurmuşdu və Ermənistanda rezonansa səbəb olmuşdu. Belə səfərləri təşkil etməklə Sərkisyan və tərəfdarları Lapşinlə bağlı aldıqları zərbəni kompensasiya etməyə çalışırlar. Bu prosesə şübhəsiz Ermənistan prezidentinin Rusiyadakı havadarları da dəstək verirlər. Qanunsuz səfərlərin təşkilində digər məqsəd Azərbaycanın ictimai rəyinə təsir göstərmək, Lapşinlə bağlı məsələnin qarşılığını verməkdir. Digər tərəfdən Ermənistan separatçı rejimin təbliği ilə bağlı məsələlərdə geri çəkilmədiyini nümayiş etdirmək istəyir. İkinci Lapşin presidentinin olması mümkündür. Amma bunun üçün geniş miqyaslı iş aparmaq, Qarabağa səfər edən bloggerlərin digər ölkələrə səfərlərini izləmək lazımdır. Mən əmin deyiləm ki, Belarusun nümayiş etdirdiyi mövqeyi bütün dövlətlər etdirə biləcək, yaxud bunu istəyəcək. Lakin Azərbaycan sərhədlərini pozmuş başqa şəxslərin də ölkəmizə verilə biləcəyi də istisna deyil. Hətta belə şəxslər Azərbaycana təhvil verilməsələr belə, onların dünyanın hər yerində izlənilməsi, sərbəst hərəkət etmələrinə maneə yaradılması da çəkindirici amil kimi mühüm əhəmiyyət daşıyır”.
Politoloq Azərbaycan tərəfin bu istiqamətdə səylərini artırmasının vacibliyini vurğuladı: “Azərbaycan diplomatiyası, təhlükəsizlik və hüquq-mühafizə orqanları nəticədən asılı olmayaraq səylərini davam etdirməlidir. İlk növbədə işğal altında olan Azərbaycan ərazilərinin statusu haqqında qanunun qəbul edilməsi gündəmə gətirilməlidir. Belə qanun layihələri artıq Gürcüstanda da, Ukrayna və Moldovada da qəbul edilib. İndiki halda söhbət bu qanunların nə qədər işlək olub-olmadığından getmir. Bu qəbildən olan qanunlar dövlətlərin qırmızı cizgilərini göstərirlər. Xarici İşlər Nazirliyinin ”qara siyahı"sı isə hüquqi sənəd deyil. Mətbuat Şurasının “qara siyahısı” XİN-in qara siyahısından daha effektiv nəticə verir. Amma Lapşinlə bağlı president davam etdirilməlidir. Bu məsələlərə “kampaniya xarakterli tədbirlər” çərçivəsindən yanaşmaq olmaz. Lapşinlə bağlı fakt presedent yaratsa da, ilk və yeganə fakt kimi çəkindirici gücə malik deyil. Buna görə də belə faktların sayını artırmaq lazımdır. Digər tərəfdən, bildiyiniz kimi. Qarabağa səfər edən bloggerlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır. Burada həm Rusiyanın Lapşin məsələsində sərgilədiyi mövqe, həm də təəssübkeşlik amili, imperialist təfəkkür müəyyən rol oynayır. Rusiyanın aşırı millətçi dairələri, həmçinin onların internet mediadakı rupor-bloggerləri nəinki Cənubi Qafqaza, postsovet məkanına, hətta Şərqi Avropaya da öz “arxa bağça”ları kimi baxırlar. Bu təfəkkür dəyişməyəcək, təəssüf ki".