Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Fərəc Quliyev: “Artıq Nazirlər Kabineti ilə bağlı qərar verməyin zamanı çatıb”

Tarix:28-03-2017, 10:48 Baxış Sayı:189

Fərəc Quliyev: “Artıq Nazirlər Kabineti ilə bağlı qərar verməyin zamanı çatıb”

Vahid Əhmədov: “Dövlət başçısı bu barədə öz qərarlarını verəcək”; Mehman Əliyev: “İslahatlar hələ başlamayıb”


Hazırda siyasi sferada müzakirə olunan məsələlərdən biri də Azərbaycan hakimiyyətinin iqtisadi və siyasi sahələrdə həyata keçirəcəyi islahatlardır. Novruzdan öncə bayram istirahəti bitdikdən sonra iqtidarın sürətlə islahatlara başlayacağı deyilirdi... 
Əsas diqqətlər vitse-prezidentlik institutunun formalaşmasına yönəlib. I vitse-prezident təyinatı olsa da, vitse-prezident postları boş qalıb. Bu postlara yaxın günlərdə təyinatlar olacağı ilə bağlı fikirlər dolaşır. İqtisadi böhranın səngimək bilmədiyi bir zamanda hökumətin əsas diqqəti islahatlara yönəldəcəyi deyilir. Büdcəyə qənaət üçün bir çox paralel qurumların birləşdiriləcəyi vurğulanır. Vəzifə təyinatlarında isə gənc kadrlara ciddi önəm veriləcəyi ilə bağlı fikirlər təkcə ölkə ictimaiyyəti daxilində deyil, hakimiyyət dəhlizlərində də dolaşır. Nazirlər Kabinetinin taleyinin necə olacağı isə hələ bilinmir. Vitse-prezidentlik institutunun yaradılmasından sonra formal quruma çevrilən Nazirlər Kabinetinin ləğvi ilə bağlı da anonslar verilir. Bayramqabağı parlamentin son iclasında bununla bağlı səslənən fikirlər bir çox mətləblərdən xəbər verir.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, islahatları bayramla bağlamaq doğru deyil: “Əsas olan odur ki, Strateji Yol Xəritəsi bütün istiqamətlərdə müəyyənləşib. Doğrudan çox sanballı, yaxşı işlənən sənəddir. İslahatlarla bağlı gecikmək olmaz. Dövrün də tələbi odur ki, islahatlara gedilməlidir. Neftin qiyməti ilə bağlı yaranmış vəziyyət, müharibə şəraitində yaşadığımızdan yaranan situasiya, bölgədəki mövcud vəziyyət onu deyir ki, biz təcili şəkildə iqtisadi sferada, eləcə də idarəetmə sistemində islahatlara getməliyik, paralelliyi aradan qaldırmalıyıq. Artıq Nazirlər Kabineti ilə bağlı qərar verməyin zamanı çatıb. Daim demişəm ki, idarəetmədə mərkəzləşmə ona görə vacibdir ki, paralellik olmasın, yəni Nazirlər Kabineti və Prezident Administrasiyası bir-birini tamamlamasın. Yerlərdə olan idarəetmədə də iş bölgüsü aparılmalıdır. İcra hakimiyyətləri ilə bələdiyyələr arasındakı paralellik aradan qaldırılmalıdır. Son parlament iclasında da bildirdim ki, bəzi məmurlar işlərinə məsuliyyətsiz, israfçı yanaşırlar, islahatlarla ayaqlaşa bilmirlər. Məncə, kadr islahatlarına çox ciddi şəkildə ehtiyac var. Bir daha deyirəm ki, bu məsələlərin bayrama aidiyyəti yoxdur, bu, dövrün tələbidir. Buna adekvat olaraq, müəyyən addımların atılması vacibdir”.

Image result for Vahid Əhmədov


İqtisadçı deputat Vahid Əhmədov bu təyinatlarda səlahiyyətlər prezidentə məxsus olduğuna görə qərarları da onun verdiyini söylədi: “Qərarların nə vaxt veriləcəyi cənab prezidentin səlahiyyətindədir. Amma əlbəttə, müəyyən gözləntilər var. Bunu mətbuatdan da oxuyuruq. Əsas məqsəd hazırlanan Strateji Yol Xəritəsinin həyata keçirilməsidir. Bununla 2018-19-cu illərdə Azərbaycanda ciddi inkişafa nail olmağa çalışmalıyıq. Bunu da həyata keçirmək üçün islahatlar aparmaq lazımdır. Yəqin ki, dövlət başçısı bu barədə öz qərarlarını verəcək”.

Image result for Mehman Əliyev


“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev aprel ayından başlayaraq, vitse-prezidentlər institutunun formalaşması və digər proseslərin gedəcəyini qeyd etdi: “İslahatların olacağını gözləyirəm. Burada təkcə söhbət vitse-prezidentlər institutunun formalaşmasından getmir. Digər sahələrdə də dəyişikliklər olmalıdır. Siyasi məhbusların bir çoxunun həbsdə qalmasını islahatlara mane olmaq kimi qələmə vermək düzgün deyil. Çünki islahatlar hələ başlamayıb”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL