Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Azərbaycanlı tələbəni Türkiyədə müəllimi əvvəl təhqir etdi sonra isə döydürdü

Tarix:28-03-2017, 15:39 Baxış Sayı:219

Azərbaycanlı tələbəni Türkiyədə müəllimi əvvəl təhqir etdi sonra isə döydürdü

Sakarya Universitetinin tələbəsi olan 27 yaşlı Azərbaycan vətəndaşı Orxan İbrahimov müəllimi ilə mübahisədən sonra universitetin təhlükəsizlik əməkdaşlarının otağında əli qandallı halda döyülüb.
 
Sakarya Universiteti Siyasi Elmlər Fakültəsinin Əmək İqtisadiyyatı şöbəsinin 3-cü kurs tələbəsi Orxan İbrahimov bildirib ki, dərs zamanı ekonometrika kafedrasının müəllimi F.S. tərəfindən təhqirə məruz qalıb. O daha sonra bununla bağlı universitetin katibliyinə şikayət ərizəsi verib və bu barədə Sakarya Respublika Baş Prokurorluğunda da hüququnun müdafiəsi üçün iddia qaldırb.
 
Orxan İbrahimov hadisə barədə bunları deyib:
 
"İqtisadiyyat dərsində müəllim F.S. məni və ölkəmi təhqir etdi. Bu barədə universitet rəhbərliyinə müəllim barədə şikayət etdim. Amma müəllim mənim dəli olduğumu iddia etdi. Daha sonra isə, "bu şəxs bizi narahat edir", - deyərək, təhlükəsizlik əməkdaşlarını işə qoşdular. İki həftə əvvəl məni mühakiməsiz edam edəcək şəkildə qandalladılar və otqalarında döydülər. Məni müxtəlif formada təhqir etdilər. Şikayət etdim, haqqımı müdafiə edəcəyəm."
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL