Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Rusiya hakimiyyəti müxalifətçiləri zindana doldurdu

Tarix:29-03-2017, 09:41 Baxış Sayı:102

Rusiya hakimiyyəti müxalifətçiləri zindana doldurdu

Ölkə rəsmilərindən aksiyalara reaksiyalar; Medvedyevi müdafiə edən tapılmır

Martın 26 və 27-də paytaxt Moskva da daxil olmaqla, Rusiyanın iri şəhərlərində keçirilən anti-hökumət aksiyalarda həbs edilənlərə məhkəmələr cəzalar kəsib.


Moskvanın Tver məhkəməsi Aleksey Navalnının qeydiyyata alınmamış “Tərəqqi Partiyasının” Moskva şöbəsinin rəhbəri Nikolay Lyaskinə 25 sutkalıq həbs cəzası verib. Lyaskin martın 26-da Moskvada Tver küçəsində kütləvi etiraz aksiyası zamanı saxlanılıb. Onun həmkarlarının verdiyi məlumata görə, Lyaskin müəyyən edilmiş qaydanın yenidən pozulması və ya nümayişin keçirilməsi maddəsinə görə təqsirli sayılıb. Saxlanıldıqdan sonra Lyaskin Botkinskaya xəstəxanasına yerləşdirilib. Müxalifətçinin sözlərinə görə, polis işçisi onun başına zərbə endirib. Laskin deyib ki, bu hadisə onunla bir yerdə polis avtobusunda olan 11 nəfərin gözü qarşısında baş verib. Lyaskin onu da bildirib ki, polis işçiləri onun “həkimlərlə ünsiyyətinə maneələr yaradıb”.


Aksiya zamanı həbs edilən müxalifət lideri və aksiyaların təşkilatçısı Aleksey Navalnıya isə Moskvanın Tver məhkəməsi polis əməkdaşlarına müqavimətə görə 15 sutka həbs cəzası kəsib. Navalnının cəza müddəti martın 26-dan hesablanacaq. Müxalifətçi bundan əvvəl də qanunsuz mitinq təşkilinə görə 20 min rubl cərimələnmişdi.

Image result for Navalnıy


Bundan başqa, Korrupsiyaya Qarşı Mübarizə Fondunun ofisində olanların hamısı həbs olunub. Qurumun əməkdaşları həmin vaxt Rusiyanın digər şəhərlərində keçirilən mitinqlərdən birbaşa canlı görüntülər yayımlayıb.


Hüquq-mühafizə orqanları onları binanı tərk etmək barədə polis əməkdaşlarının tələblərinə tabe olmaqdan imtina etməkdə ittiham edib. Onların əksəriyyəti məhkəmə qərarı ilə 7 sutkalıq həbs edilib. Həbs edilənlər arasında fonda aid olmayan yayım aparmağa kömək etmiş texniki şirkət işçiləri də var.


Fondun ofisində olan Navalnının seçki qərargahının rəhbəri Leonid Volkov da 10 sutka həbs cəzası alıb.

Image result for Leonid Volkov

Leonid Volkov


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aksiyanın təşkilatçılarını insanları qanundankənar hərəkətlərə təhrik etməkdə ittiham edib. Kremlin sözçüsü etiraz aksiyasını tənqid edib və aksiyada iştirak etməsi üçün gənclərə pul verildiyini deyib. Dmitri Peskov bildirib ki, Moskvadakı etiraz aksiyası zamanı həbs edilənlərin sərbəst buraxılması ilə bağlı Avropa və Amerikanın istəkləri ilə razılaşmır. «RİA-Novosti» xəbər verir ki, mətbuat katibi jurnalistlərin “baş nazir Medvedyev korrupsiya ittihamlarına cavab verməlidirmi” sualına cavab verməkdən imtina edib “Mən bu suala heç bir şərh verməyəcəm” deyə, Peskov əlavə edib.


Baş nazirin mətbuat sözçüsü Natalya Timakova isə Navalnını nəzərdə tutaraq “məhkəmədə cəzalandırılmış müxalifətçi seçkiqabağı kampaniya aparır ki, bu da mənasızdır” deyərək Medvedyevə olan konkret ittihamlara toxunmayıb. 
Rusiya xarici işlər naziri Sergey Lavrov aksiyaların dağıdılmasını pisləyən Qərbi “ikili standartda” ittiham edib. O, ad çəkməsə də Türkiyə rəsmilərinin Hollandiya, Avstriya və Almaniyada mitinqlər keçirməsinə qoyulan qadağını yada salıb. “Amma bu barədə heç kim narahat olmadı” deyə, Lavrov bildirib.

Image result for Russia protest


Qeyd edək ki, Avropa Birliyi və Amerika Rusiyadakı etiraz aksiyaları zamanı yüzlərlə adamın saxlanılmasını qınayıblar. Müxtəlif məlumatlara görə, Moskvadakı etiraz aksiyalarında 8 mindən 30 minədək adam iştirak edib. Aksiyalar üçün səbəb Navalnının fondunun baş nazir Dmitri Medvedyevin güman edilən “gizli daşınmaz əmlak imperiyası” barəsindəki araşdırması olub.


Navalnı çəkdiyi “O, sizə Dimon deyil” filmində iddia edib ki, Medvedyev Rusiyada və xaricdə qeyri-kommersiya təşkilatlarının şəbəkəsi vasitəsilə çoxsaylı dəbdəbəli daşınmaz əmlak sahibidir.


Yeri gəlmişkən, Aleksey Navalnının rəhbərliyi ilə bütün ölkədə təşkil edilən aksiyalar Qərb mediasında böyük əks-səda verib. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, aparıcı Qərb KİV-i Navalnını Rusiyada demokratik hərəkatın yeni lideri kimi təqdim etməyə başlayıblar.

Image result for Russia protest


“Uzun müddətdir ki, Rusiyada belə bir şey olmurdu”,- Almaniyanın “Frankfurter Allgemeine” qəzetinin yazarı Vladivostokdan Moskva və Sankt-Peterburqa qədər bütün Rusiyanı bürüyən aksiyaları bu cür təsvir edib.


Britaniyanın “The Guardian” qəzeti də aksiyada yüzlərlə iştirakçının Rusiyanın müxtəlif şəhərlərində həbs edildiyini yazıb. “Etiraz aksiyaları dövlət KİV-i tərəfindən görməzliyə vurulsa da, Kreml üçün təşviş doğurucu siqnal hesab edilə bilər. Hər halda, rejim ona qarşı passionar 100 min insanın etiraz etdiyini gördü” deyə, müəllif yazır.

Image result for Russia protest


Almaniyanın “Der Spiegel” qəzetinin icmalçısı Rusiyanın korrupsiyalaşmış sisteminə qarşı qorxu-ürkü bilməyən gəncliyin çıxış etdiyini yazır. “Martın 26-da Rusiya dərin yuxudan ayıldı. Yuxu tam 5 il davam etdi. Bu vaxta qədər Rusiya küçələrində siyasətin qoxusu gəlmirdi. Rusiyada yalınız Moskvanın ”düşmən Qərblə" mübarizəsi ilə bağlı uydurulan vətənpərvərlik nağılları ilə bəzədilmiş xarici siyasət danışılıb. Budur, artıq on minlərlə rusiyalı daxili problemə, korrupsiyaya qarşı etirazlarını bildirmək üçün küçələrə axışıb" deyə, məqalədə qeyd olunur.


Fransanın “Le Figaro” qəzeti də Moskvadakı aksiyaların kütləviliyinə diqqət çəkib. ABŞ-ın “politico” saytı isə Aleksey Navalnını gələcəkdə Putinin ən böyük siyasi rəqibi olaraq təsvir edib.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL