29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Milli Şuranın sədri Cəmil Həsənli ölkə başçısı İlham Əliyevin Saatlıda pambıqçılıqla bağlı keçirdiyi müşavirədə səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib. C.Həsənlinin feysbuk səhifəsində yazdığını təqdim edirik:
İlham Əliyevin Saatlıda pambıqçılıq müşavirəsindəki çıxışına baxanda ölkənin niyə bu vəziyyətə düşdüyünə təəcüblənmirsən. Hər şeyi qoyaq bir kənara, ölkəyə rəhbərlik edən bir şəxsin kənd təsərrüfatı ilə bağlı mülahizələri son dərəcə səthidir. O, deyir ki, “Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür.” Bir qədər sonra isə əlvaə edir ki, “keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir.” Əgər belədirsə, on minləri qoyaq bir tərəfə (on minlər ifadəsi üçün ən azı iki onluq olmalıdır), götürək ən az rəqəmi, on min insanı. İqtisadi cəhətdən yanaşılsa əgər bu sahədə 10 min adam çalışıb 90 min ton pambıq istehsal edibsə bu il ərzində adam başına 9 kg. pambıq deməkdir.
Hər bir istehsal sahəsi öz iqtisadi səmərəliliyinə görə dəyərləndirilməlidir. Əgər kampaniya xarakteri almış pambıq əkininə nə qədər subsidiya verildiyi açıqlansa, bu məhsulun hər kiloqramın ölkəyə neçəyə başa gəldiyin daha aydın təsəvvür etmək olar. Ölkə başçısının müşavirədə elan etdiyi bu ilin ilk aylarında dovlət sektorunda 40 min iş yerinin açılması, qeyri-neft sektorunun 5, kənd təsərrüfatının yanvar-fevral aylarında 3 faiz artmasına da elə bu 9 kg. pambıq meyarı ilə yanaşılmalıdır. Çünki dövlət sektorunda 40 min yeni iş yerlərinin açılması iqtisadiyyat üçün inkişaf yox, əlavə yükdür. Bir də bu rəqəmləri deyəndə yanvar-fevral aylarında kənd təsərrüfatında inkişafa necə nail olmağın sirrini cənab Əliyev kommersiya sirri kimi açmayıb. Bunların özlərinin verdiyi rəqəmləri təhlil etdikdə məlum olur ki, 2016-cı ildə ölkədə Ümumi Daxili Məhsulun həcmi daha 15 milyard dollar azalaraq 37,5 milyard dollara düşüb. Bu azalmanın isə yarıdan çoxu qeyri-neft sektorunun payına düşür. Yalnız, 2016-cı ildə qeyri-neft sektorundakı itkilərin həcmi 12 milyard dollar olub ki, bu da 33 faizə bərabərdir.
Ötən il ölkə iqtisadiyyatına qoyulan invistisyaların həcmi daha 6 milyard dollar azalıb. Bu azalmanın da 58 faizi kənd təsərrüfatının, 47 faizi də qeyri-neft sənayesinin payına düşür. İndi cənab Əliyev kənd təsərrüfatı üçün ən əlverişsiz aylar olan yanvar-fevral aylarında bu 3 faiz artıma necə və nəyin hesabına nail olub? Yalnız onu xatırlatmaq kifayətdir ki, ölkənin bank sektoru 2016-cı ilin maliyyə-təsərrüfat fəaliyyətini 1,7 milyard manat məbləğində zərərlə başa vurub. Təkcə dekabr ayında bu zərərin həcmi 400 milyon manata bərabər olub. Yalnız 2016-cı ildə 2015-ci ilə nisbətə manat orta hesabla 55%-dən çox dəyər itirib. Ölkənin istehlak bazarı 2016-cı il ərzində nə az, nə çox 9 milyard dollar həcmində kiçilib. Əhalinin gəlirləri əgər 2015-ci ildə 10 milyard dollar məbləğində azalmışdısa, 2016-cı ilin yekunları daha acınacaqlı mənzərəni ortaya qoyub və məlum olub ki, ötən il əhali daha 12 milyard dollar itki verməli olub. 2016-cı ildə orta aylıq əmək haqqı daha 144 dollar azalaraq 313 dollara düşüb, halbuki 2014-cü ildə bu göstərici 566 dollar olub.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə 2016-cı ildə xarici ticarət dövriyyəsi 4,3 milyard dollar azalıb. Əhalinin və biznes dairələrinin bank əsarətinə salınması 2016-cı il ərzində bankları iflas təhlükəsi ilə üzləşdirib. Borc öhdəlikləri kəskin şəkildə böyüyərək təhlükəli həddi 36 milyard manata yüksəlib. Debitor borc məbləği isə 18 milyard manata qalxıb. Ümumi tutumuna görə 2016-cı ildə dövlət büdcəsi 2015-ci ilin büdcəsindən 6 milyard, 2014-cü ilin büdcəsindən isə 13 milyard dollar az olub. Ölkə iqtisadiyyatının hansı fəlakətli hala düşdüyünə şəhadətlik edən bu rəqəmləri siyahısını artırmaq da olar. Cənab Əliyev ölkəni məhz, niyə və hansı yolla bu günə saldığının izahatını vermək əvəzinə, 2017-ci ilin qış vaxtına düşən yanvar – fevral aylarında kənd təsərrüfatında 3 faiz artıma nail olmasından fərəhlə danışır.
Və ən nəhayət: cənab Əliyev daha böyük iddialarla bəyan edir ki, Azərbaycanda ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. “Biz bu gün bir nümunə göstəririk – ölkəni necə idarə etmək lazımdır”. Görünür, bu idarəçiliyin nəticəsində ölkənin 23 ildir işğal altında olan ərazilər düşmən tapdağından azad edilib, amma Azərbaycan xalqının bundan xəbəri yoxdur. Görünür, cənab Əliyev 8 milyard dollar vəsaiti Avropa oyunları kimi mənasız tədbirlərə xərcləyib, milyon yarım pensiyaçıya orta hesabla ayda 108 dollar ətrafında pensiya verməklə dünyaya nümunə göstərir.
Son ayların məhkəmlərdə ölkənin aparıca nazirlliklərində korrupsiya kassalarının yaradılması, dövlət satınalma və xidmətlərin qiymətinin yarıba-yarı şişirdilməsi, xaricdən alınan dəmir yol avadanlığının öz qiymətindən 5 dəfə artıq sənədləşdirilməsi büdcə talançılığı da dünya üçün pis nümunə deyil. Ölkəni davamlı siyasi məhbus düşərgəsinə çevirmək, gənclərin və siyasi əleydarların narkotika ittihamı ilə şərlədib tutdurulması, multukulturalizm haqqında təntənəli bəyanatlar verib ölkə dindarlarının kütləvi şəkildə saxta ittihamlar əsasında mühakimə etdirilməsi də dünya üçün tolerantlıq nümunəsi sayıla bilər. Bəlkə, cənab Əliyev ölkənin ən gəlirli sahələrini öz ailə üzvləri, yaxın qohumları və ətrafına verməyin nümunəsini bütün dünyaya yaymaq istəyir ki, başqa ölkələr də yubanmadan öz xanımlarını birinci vitse–prezident təyin edib ailə-klan hakimiyyəti yaratmağın, vərəsəlik şəcərəsi üzrə monarxiyaya yol açmağın nümunəsini cənab Əliyevdən öyrənsinlər? Axı, bu da bir nümunədir.