19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Ermənistan MSK-dan ən son məlumat: parlamentə 4 siyasi qüvvə mandat qazanıb
Ermənistdanda 2 aprel parlament seçkilərində səslərin sayılması prosesi də Serj Sərkisyanın cızdığı plan üzrə davam edir. MSK-nın səhər saatlarında təqdim etdiyi məlumatlar elə seçki bitəndən sonra sifariş yerinə yetirən “Exit poll”un açıqladığı nəticələr demək olar ki, üst-üstə düşür.
MSK artıq 1501 seçki məntəqəsi üzrə bülletenlərin 68 faizini hessablayıb. Gözlənildiyi kimi, total saxtakarlıqlar nəticəsində hakim Respublikaçılar partiyası 49,32 faizlə liderlik edir. Özünü Serj Sərkisyan hakimiyyətinə “müxalif” adlandıran “Tsarukyan” bloku isə 27,67 faizlə parlamentə mandat qazanan ikinci siyasi qüvvədir. “Çıxış” bloku 7,39 faizlə üçüncü, Daşnaksütyun partiyası 6,74 faizlə dördüncü olmaqla parlamentə düşmək şansı qazanıblar.
İndiki nəticələrə görə, parlamentdən kənarda qalan siyasi qüvvələr aşağıdakı nəticələrə malikdir:
“Ermənistan dirçəliş” partiyası isə 3,64 faiz
“Ohanyan-Raffi-Oskanyan” bloku-2,13 faiz
“Konqres-EXP” bloku 1,57 faiz
“Azad demokratlar” partiyası – 0,86 faiz
Kommunist partiyası-0,71 faiz
Qeyd edək ki, seçkidə iştirak edən partiyalar 5 faizlik, bloklar isə 7 faizlik baryeri aşmalı idi. Bundan sonra sayılacaq bülletenlərin nəticələrə ciddi təsir edəcəyi inandırıcı deyil. Beləliklə, Qarabağ məsələsində Ermənistanı güzəştli sülhə çağıran Seyran Ohanyanın və Levon Ter-Petrosyanın rəhbərlik etdiyi bloklar bu nəticələrə əsasən mandatsız qalmış sayılır. Müxalifətin bu nəticələri həzm edib-etməyəcəyini isə demək çətindir.
İkinciliyi “təmin edən", Qagik Tsarukyan və Ovik Abramyan kimi tanınan şəxslərin (O.Abramyan erməni olqarxlarındandır-C.T.) liderliyi ilə təsis olunan “Tsarukyan bloku” hələ seçkilərdən əvvəl şanslı sayılırdı. Hətta Qagik Tsarukyanın adı növbəti prezident kimi hallandırılırdı. Üstəlik, Rusiyanın ona “stavkası” haqda iddialar var. Görünür, Sərkisyan həm də öz “ağası”nın işarəsinə əsasən Qərbə inteqrasiya tərəfdarı olan qüvvələrdənsə, Rusiyameyilli müxalifəti daha təhlükəsiz saydığı üçün 2018-ci ildə prezidenti seçəcək parlamentə buraxmaq qərarını verib. Q.Tsarukyanın adı həm də keçmiş prezident Robert Köçəryana yaxın şəxs kimi hallanır. R.Köçəryanın yalnız seçkilər başa çatandan 30 dəqiqə sonra Moskva-İrəvan reysi ilə Ermənistana qayıtması da şübhələr yaradır.