29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Aprelin 22-dən 27-dək Lənkəranda “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” mövzusunda dördüncü beynəlxalq konfrans keçiriləcək. 1918-1919-cu illərdə Lənkəranda yerli əhali erməni cəlladları tərəfindən soyqırımına məruz qalıb.
Bundan əvvəl Qubada və Şamaxıda keçirilmiş konfranslarda olduğu kimi, bu konfransın təşkilatçısı da Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutudur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ermənistan Azərbaycanda keçiriləcək nüfuzlu elmi forum haqqında məlumata özünəməxsus təhrikçi ruhda reaksiya verib. Ermənistan KİV-ləri mənbəyi bilinməyən, həqiqətdə isə sadəcə mövcud olmayan, primitiv erməni təbliğatının virtual “səyləri” nəticəsində “üzə çıxmış” “Talış ağsaqqalları şurası” adından bəyanat yayıblar. Bu cızma-qarada erməni təbliğatçıları növbəti dəfə dəridən-qabıqdan çıxaraq tarixdə azərbaycanlıların və digər türk-müsəlman xalqlarının soyqırımının olmadığını sübut etməyə çalışırlar. Lakin onların cəhdləri hədərdir və rüsvayçı şəkildə puç olacaq. Buna səbəb 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarına, yüzlərlə günahsız insanların yalnız etnik mənsubiyyətinə görə öldürülməsinə dair təkzibolunmaz, çoxsaylı tarixi sənədlərə əsaslanan faktlardır. Soyqırımının təşkilatçıları, ideoloqları və bilavasitə icraçıları Bakı Sovetinin rəhbəri Stepan Şaumyan və onun erməni millətçiləri Tatevos Əmiryan, Stepan Lalayan, Hamazasp Srvantstyan, Georgi Korqanov, Baqdasar Avakyan, Anastas Mikoyan və başqaları kimi əlaltıları idi.
Bakı Sovetinin daşnak-bolşevik rəhbərliyinin Azərbaycan xalqına qarşı cinayətkar siyasətini Azərbaycanın əzəli torpaqları olan İrəvan və onun ətrafında yaradılmış Erməni (Ararat) Respublikası davam etdirib. Andranik, Dro, Njdenin başçılığı altında erməni silahlı birləşmələri Naxçıvan, Zəngəzur, Qarabağ, habelə Urmiya, Xoy və Salmas regionlarında azərbaycanlı əhalini kütləvi məhv ediblər.
Bütün bunlar tarixi faktlardır və erməni təbliğatı onları təkzib edə bilməz. Bu da faktdır ki, erməni təbliğatı əlləri azərbaycanlıların - Xocalı şəhərinin dinc sakinlərinin, o cümlədən uşaqlar, qadınlar və qocaların qanına batmış Serj Sarkisyan başda olmaqla Ermənistan Respublikasının rəhbərliyi tərəfindən törədilən hərbi cinayətləri tarixdən silib atmaq iqtidarında deyil. Bu təkzibolunmaz faktlar beynəlxalq ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb edir. Erməni təbliğat maşını azərbaycanlılara qarşı soyqırımı cinayətinin dünya birliyi tərəfindən gec-tez tanınacağından ehtiyatlanaraq iyrənc yalanlara, o cümlədən “Talış ağsaqqalları şurası” adından yalanlara əl atır.
Erməni tərəfinin xüsusi narahatlığına səbəb onun cinayətkar əməlini ifşa edən beynəlxalq forumlardır. Onların sırasına AMEA-nın Tarix İnstitutu tərəfindən hər il Rusiya, Almaniya, Fransa, Türkiyə, Gürcüstan, İran, Polşa, Bolqarıstan, Albaniya, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən nüfuzlu alimlərin iştirakı ilə keçirilən konfranslar da daxildir. Bu tədbirlərdə erməni millətçiləri tərəfindən Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və digər regionların türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı aktlarının üstü açılır. Diqqətəlayiqdir ki, Lənkəranda keçiriləcək beynəlxalq konfransda azərbaycanlı alimlərlə yanaşı, xarici ölkələrdən 56 tanınmış alimin məruzəsi dinləniləcək.
Azərbaycanda yaşayan xalqlar arasına nifaq salınmasına yönələn erməni təbliğatının əbəs cəhdlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan qədimdən bəri müxtəlif sivilizasiya və mədəniyyətlər arasında körpü olub. Müxtəlif xalqların və konfessiyaların nümayəndələri əsrlərboyu burada dinc yanaşı yaşayırlar. Bu gün Azərbaycan dünya birliyi tərəfindən tolerantlıq, dini dözümlük və multikulturalizm nümunəsi kimi tanınır. Buna görə də ermənilərin Azərbaycanda yaşayan xalqları bir-birinin üstünə qaldırmaq cəhdləri heç bir perspektivə malik deyil. Həmçinin erməni saxtakarlarının Azərbaycanda yaşayan milli azlıqları onların Azərbaycan-türk çoxluğu tərəfindən təqibə məruz qalmasına inandırmaq cəhdi də əbəsdir. Ölkəmizdə yaşayan ləzgilər, talışlar, yəhudilər və başqaları “böyük Ermənistan” cinayətkar ideologiyasının daşıyıcıları tərəfindən gördükləri zorakılıq, vəhşilik və qəddarlıq haqqında məlumatı öz tarixi yaddaşında qoruyub saxlayırlar. Erməni qatillərinin cinayətlərini hamı, o cümlədən talış ağsaqqalları yaxşı xatırlayırlar. Onlar Lənkəranda tarixçilərin beynəlxalq forumunda öz xatirələrini bölüşməyə hazırdırlar.
Azərbaycanda bütün xalqlar – Azərbaycan türkləri, talışlar, ləzgilər, avarlar, yəhudilər, ruslar və başqaları bir ailədir. Bütün azərbaycanlıların vahid məqsədi isə doğma Azərbaycanın beşdəbir hissəsini erməni işğalından xilas etməkdir.
Erməni təşviqat-təbliğat maşınının digər ölkələrdə millətlərarası münasibətlərdən danışmaması daha yaxşı olardı. Çünki monoetnik dövlət olan Ermənistan Respublikasının əhalisi, demək olar, yüz faiz ermənilərdən ibarətdir. Azərbaycanın indi Ermənistan Respublikasının ərazisini təşkil edən İrəvan, Göyçə, Zəngəzur bölgələrindən yerli əhali - azərbaycanlılar, habelə digər xalqların nümayəndələri tamamilə çıxarılıb.
Beləliklə, təcavüzkar Ermənistan Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirməsi barədə ittihamları öz üzərindən atmağa nə qədər cəhd etsə də, buna nail ola bilməyəcək. Ermənistan KİV-lərinin ünvansız “Talış ağsaqqalları şurasının” uydurulmuş bəyanatı kimi ucuz təbliğatçı hoqqaları da tarixi həqiqəti boğmaq və silmək iqtidarında deyil.