29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Pənah Hüseyn təmasların azalmasının səbəbini açıqladı
Azərbaycandakı diplomatik korpus təmsilçiləri, ABŞ və digər bəzi ölkələrin səfirlərinin müxalifət partiyalarının liderləri ilə görüşləri əvvəllər vaxtaşırı keçirilirdi. Son zamanlar isə bu cür görüşlərə demək olar ki, rast gəlinmir. Hansısa ümumi tədbirlərdəki görüşləri çıxsaq, sanki təmaslar tamamilə kəsilib.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu barədə açıqlamasında bildirdi ki, son zamanlar diplomatik korpus təmsilçiləri ilə müxalifət liderlərinin görüşlərinə həqiqətən də əvvəllər olduğu kimi vaxtaşırı rast gəlinmir. Bu cür görüşlərdə təşəbbüs hər iki tərəfdən olmalıdır: “Bizim tərəfimizdən belə təşəbbüslər olmayıb. Qarşı tərəfdən də olmayıb”. Pənah Hüseyn bu cür görüşlərin son zamanlar nadir hallarda olmasının bir neçə səbəbinin ola biləcəyini dedi: “Son illərdə Azərbaycan iqtidarı diplomatik korpus və beynəlxalq təşkilat təmsilçilərinin müxalifətlə təmas qurmasına, əlaqələr yaratmasına həssas yanaşır və hətta təzyiq göstərir. Əvvəllər müşahidə olunan vaxtaşırı görüşlərin son zamanlar olmaması bununla bağlı ola bilər. Bütövlükdə ölkədə qapalılıq artıb. Bu, özünü sözügedən sahədə də göstərir. Yerli təşkilatların xarici təşkilatlar və səfirliklərlə əlaqələr qurmasına mümkün qədər mane olmaq xətti yürüdülür, görüşlərin qarşısını almağa çalışılır”.
Bununla belə, AXP sədri vurğuladı ki, nə qədər maneələr olsa da diplomatik korpusla artıq ümumiyyətlə heç bir görüşün olmadığını söyləmək də düz olmazdı: “Vaxtaşırı olmasa da hərdən görüşlər olur, görüşənlər var. Müəyyən siyasi təşkilatların rəhbərliyinin görüşləri haqqında arada informasiyalara rast gəlmək olur. Yəni diplomatik korpusla heç bir əlaqənin olmadığını söyləmək də olmaz.
Hazırda müəyyən təcridolunma meylləri müşahidə olunur. Bu da özünü keçirilən görüşlərin intensivliyinin azalmasında göstərir. Hesab edirəm ki, bu vəziyyət müəyyən bir keçid dövrüdür. Demokratiya, onun tərkib hissəsi olan insan hüquqları ilə bağlı ümumiyyətlə son dövrlərdə dünyada, əsasən də keçmiş SSRİ məkanında ciddi geriləmələr müşahidə olunur".