19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Vəfa Məmmədova: “Ağrıları tam keçməsə də, heç olmasa bir qədər hərəkət edə bilir”
Novruz bayramı əfvində 4 siyasi məhbus azadlığa buraxılsa da, əfv olunacağı gözlənilən REAL sədri İlqar Məmmədov bu dəfə də həbsdə qaldı. Son əfvdən sonra sabiq səhiyyə naziri Əli İnsanov, AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Seymur Həzi, vəkil Əliabbas Rüstəmov və NİDA-çı İlkin Rüstəmzadə kimi siyasilər də əfv edilmədilər.
Daha öncə də xəbər verdiyimiz kimi, həbsdə olan REAL sədri İlqar Məmmədovun səhhətində ciddi problemlər yaranıb. Onun hazırkı durumunun nə yerdə olması ilə bağlı “Yeni Müsavat”a danışan xanımı Vəfa Məmmədova bildirib ki, İ. Məmmədovun vəziyyəti bir qədər yaxşılaşıb: “Ağrıları tam keçməsə də, heç olmasa bir qədər hərəkət edə bilir. Onunla bu həftə görüşməsəm də telefonla danışmışam. Bildirdi ki, bir qədər vəziyyəti düzəlib. Aprelin 4-də İlqar bəyin yanına Beynəlxalq Qırmızı Xaç Cəmiyyətindən getməli idilər. Hələ ki bu barədə xəbərim yoxdur. Onların özlərinin həkimləri var, İlqar Məmmədovu müayinə edəcəklər. Düzdür, həkim sırf olaraq bel həkimi deyil. Ancaq hər halda, həkimdir də, gedib yoxlayar, müəyyən köməklik edər”.
İlqar Məmmədovun vəkili Cavad Cavadov “Amerikanın səsi”nə bildirib ki, martın 29-da 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşüb.
“İlqar Məmmədovun bel ağrıları nisbətən sakitləşsə də yenə də qalır. O mənimlə görüşə də gec gəldi. Çünki hərəkət etməkdə çətinlik çəkir”, deyə vəkil bildirib.
Martın 24-də İlqar Məmmədovu Ədliyyə Nazirliyinin Tibb Xidmətinin nümayəndəsi Şamil Aydəmirov və bir tibb işçisi müayinə edib və ağrıların kəskin osteoxondrozdan yarandığını bildiriblər.
Qeyd edək ki, REAL Hərəkatının rəhbəri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kasasiya şikayətini təmin etməyib. Avropa Şurası Nazirlər Komitəsi 2016-cı il 20 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.