Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Tramp niyə sürətlə dəyişir? – İki hədəf

Tarix:12-04-2017, 12:58 Baxış Sayı:221

Tramp niyə sürətlə dəyişir? – İki hədəf

Elxan Şahinoğlu: “Amerikadakı siyasi sistem prezidentə təkbaşına hərəkət etmək imkanı vermir”


ABŞ-ın yeni dövlət başçısı Donald Trampın siyasətində sürətlə dəyişikliklərin getdiyinin şahidi olmaqdayıq. Onun timsalında bu ilin yanvarındakı inauqurasiya mərasimindən sonra tam fərqli bir şəxsi görməkdəyik. Belə ki, prezident olduğu aylar ərzində onun seçki təbliğatı dövründəki vədləri açıq şəkildə pozduğunu müşahidə edirik.


Trampın qalibiyyətində mühüm rol oynamış vədlərindən biri - heç bir dövlətin daxili işlərinə qarışmayacağı, amerikalı əsgərlərin başqa bir dövlətin ərazisində mənasız müharibələrdə həyatlarını itirməyəcəyi ilə bağlı idisə, artıq Ağ Evin yeni sahibinin dediklərinin əksinə şahidlik etməkdəyik.


Rusiya ilə münasibətlərdə də Trampın mövqeyində mühüm dəyişikliklər baş verməkdədr. Əksəriyyət onun qalib gələcəyi təqdirdə ABŞ-Rusiya münasibətlərində yumşalma olacağını düşünürdü. Hətta o qələbə çalandan sonra seçkinin nəticələrində Rusiya amilinin əsas rol oynadığı vurğulanırdı.


Lakin Suriyadakı son hadisələr deyilənlərin tam əksini üzə çıxardı. D.Tramp Rusiyanın böyük səylə müdafiə etdiyi Suriya rəhbəri Bəşər Əsədin hərbi bazalarına güclü hava zərbələri endirməklə Kremli “dəfn etdi”. Artıq iş o yerə çatıb ki, D.Trampı 2000-2008-ci illərdə ölkəyə rəhbərlik etmiş Corc Buşa bənzədirlər.


D.Trampdakı dəyişikliklərlə bağlı ən müxtəlif mülahizələr var. Amerikanın dövlətçilik siyasəti oturuşmuş bir sistem olduğundan onun bunu dəyişmək iqtidarında olmadığı və bunun üçün də ABŞ-ın ənənəvi siyasətindən kənara çıxa bilmədiyi qeyd olunur. Dünyanın supergücünün “dərin dövlət” deyilən sisteminin burada mühüm rol oynadığı, Trampın siyasətini əvvəlcədən müəyyən etdiyi vurğulanır.


Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Amerikadakı sistem prezidentə təkbaşına hərəkət etməyə imkan vermir: “ABŞ-da oturuşmuş siyasi sistem var. Prezident nə qədər güclü olsa da, siyasi sistemin öz oyun qaydaları mövcuddur. Bu baxımdan, Tramp Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi, onlarla ”beyin mərkəzi" və elə öz müşavirlərinin qeydlərini və hesabatlarını qulaqardına vura bilməz. İki misal göstərmək olar. Tramp seçkidən öncə deyirdi ki, hakimiyyətə gələn kimi keçmiş prezident Barak Obamanın tətbiq etdiyi tibbi sığorta sistemini ortadan qaldıracaq və fərqli sığorta sistemi tətbiq edəcək. Hələ ki bu məsələ Konqresdə ilişib qalıb və irərliləyiş yoxdur. Və ya Tramp seçkidən əvvəl Çinin ünvanına kəskin tənqidlər səsləndirir və Rusiyanı tərifləyirdi. Donald Tramp prezident seçiləndən sonra bunun tam tərsini həyata keçirir, yəni Çinlə yaxınlaşır, bu dövlətin kommunist lideri ilə Amerikada çox məhsuldar ikitərəfli görüş keçirib, Rusiyanı isə kəskin tənqid edir. Trampın “Meksika ilə sərhəddə divar tikəcəm” şüarından da xəbər yoxdur. Bütün bunlar ona görə baş verir ki, Amerikadakı sistem prezidentə təkbaşına hərəkət etmək imkanı vermir. Əslində belə bir sistem Amerikada demokratiyanın və fikir müxtəlifliyinin gücünü göstərir. Yəni sistem bir adama təkbaşına qərar verməyə əngəldir. Həmin qərar bütün oyunçularla razılaşdırılmalıdır. Əks halda, prezident həmin siyasi sistemə məğlub olar".


Politoloq Rusiyanın Tramp ümidlərinin üstündən xətt çəkildiyini düşünür: “Rusiya Trampa böyük ümidlər bəsləyirdi. Hətta Kremlə yaxın siyasətçi Vladimir Jirinovski Trampa dəstəyini gizlətmir, o prezident seçiləndə hətta Dövlət Dumasında qonaqlıq vermişdi. Kremlin özü də çalışırdı ki, Amerikada Hillari Klinton prezident seçilməsin, Ağ Ev Trampa qismət olsun. Ancaq indi vəziyyət tam fərqlidir. Kreml Bəşər Əsədə verdiyi dəstəyə görə Trampla körpüləri yandırmaq üzrədir. Tramp Krımın işğalını bəlkə də unutmağa hazır idi, ancaq Suriyada istifadə olunan kimyəvi silah Trampı hövsələdən çıxartdı və o, raketləri Suriya ərazisinə tuşladı. Nəticədə Vaşinqton-Moskva münasibətləri daha da soyudu. Yeganə çıxış yolu Kremlin Suriya siyasətinə dəyişiklik etməsidir. Bu baş verməyincə, iki böyük dövlət arasında yaxınlaşma problematikdir. Donald Trampın ölkə daxilində reytinqi yüksək deyil. Çünki vəd verdiyi islahatları hələ sürətləndirə bilmir. Buna baxmayaraq, kimyəvi silahın istifadəsinə görə Amerikanın Əsədin hərbi bazasını bombalaması Trampın reytinqini bir qədər artırıb. Bu raket zərbəsi ilə Tramp iki məqsədinə çatıb. Birincisi, Tramp bununla Kremlə yaxın olmadığını göstərdi. Çünki bu zərbəyə qədər Amerika siyasi elitasında və cəmiyyətində ”Tramp Kremlin adamıdır" şayiəsi yayılırdı. Tramp raket zərbəsi ilə bu “imicdən” yaxa qurtardı. İkincisi, Tramp zəif prezident olmadığını və bu mənada keçmiş Ağ Ev sahibi Barak Obamadan fərqləndiyini göstərdi. Obama çox deyirdi ki, Əsəd rejimi xalqına qarşı kimyəvi silahdan istifadə etsə, bu, onun üçün “qırmızı cizgi” olacaq və bu halda o, Dəməşqi cəzalandıracaq. Ancaq Əsəd rejimi kimyəvi silahdan istifadə edərək minlərlə insanın qətlinin baiskarı oldu və Obama vədini yerinə yetirmədi. Tramp isə raket zərbəsi ilə dediyi sözə sahib olduğunu sübut etdi. Suriyaya raket zərbəsi Trampa özünəinamın artırılması baxımından çox lazım idi. Tramp gələcək aylarda da fəal xarici siyasət yürütməyə çalışacaq".

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL