Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Əli Kərimli: “Bütün demokratik təsisatlar məhv edilir ki, İlham Əliyev istədiyini etsin”

Tarix:12-04-2017, 11:27 Baxış Sayı:221

Əli Kərimli: “Bütün demokratik təsisatlar məhv edilir ki, İlham Əliyev istədiyini etsin”

AXCP sədri Əli Kərimli Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov Bakıya səfərinə və Azərbaycanın dövlət başçısı İlham Əliyevlə 2 saatlıq görüşünə münasibət bildirib. Ə.Kərimli bu barədə facebook səhifəsində status paylaşıb. Statusda deyilir: “Bu ki söhbət yox, tam bir fəlakətdir. Bilirsiniz, İlham Əliyev Vladimir Solovyovla 2 saatlıq söhbətdə nə qədər ciddi səhvlər edib, xalqımızı necə aşağılayıb? Solovyov deyir ki, bütün söhbət boyu İlham Əliyev Ermənistan liderləri haqda bircə kəlmə də neqativ söz işlətməyib. Ancaq xalqımızı ciddi şəkildə aşağılayıb.

Solovyov İlham Əliyevdən 1000-dən çox adamın həbsi barədə də soruşub. İlham Əliyev ona belə cavab verib: “Bizim belə ölkəmiz var ki, əgər sərt olmasaq, hər tərəfdə saqqallılar dolaşmağa başlayacaq. Buralar Liviyaya çevriləcək”. Burada ən çox diqqət edilməli ifadə budur: “Bizim belə ölkəmiz var ki…”. Gördünüz ölkəyə rəhbərlik edən şəxs bu xalq haqqında necə düşünür, bu xalqı nə qədər səviyyəsiz sayır?

Ümumiyyətlə, Solovyovun dedikləri rəsmən təkzib edilməyəcəksə (hәrçәnd, şəxsən mən bunu gözləmirəm dә), bu, söhbət yox, skandaldır, İlham Əliyevin özünüifşasıdır. Solovyov deyir ki, İlham Əliyev bir şəxsin yalnız 2 dəfə prezident seçilə biləcəyinə qoyulmuş limiti götürmək üçün Konstitusiyanı dəyişdirəndə də (2009 mart), həyat yoldaşını 1-ci vitse-prezident təyin edəndə də əsas məqsədi bu ölkənin Avropa olmadığını, bizim onlar (yәni, demokratik cәmiyyәtlәr) kimi olmadığımızı nümayiş etdirmәk olub. Təqribən onu çatdırıb ki, bura Avropa olmadığından o da istədiyini edə bilər və edir.

Solovyovun dediyinə görə, bütün söhbət boyu erməni liderlər haqda nəzakətlə danışan İlham Əliyev müxalifəti də xaricdən maliyyələşməkdə ittiham edib. Deyib ki, xaricdən gələn maliyyə kanallarına nəzarət edən kimi müxalifət zəifləyib, marginallaşıb. Təbii ki, bu söhbət də yalandır. Azərbaycanda hansı müxalifətçinin xaricdən maliyyələşməsi haqda bircə fakt var? Müxalifəti zəiflədiblәrsә, niyə ölkədə bu gün də 150 nəfərdən artıq siyasi məhbus var? Niyə məsələn, elə həmin Ermənistanda olduğu kimi Azərbaycanda da müxalifətin şəhərin mərkəzində mitinq və yürüşlər keçirməsindən qorxurlar? Niyə cәsarәr edib, müxalifətin hətta qapalı stadionda belə öz mitinqini bazar günü, maneəsiz keçirməsinə imkan vermirlәr?..

Beynəlxalq münasibətlərdən diplomu olan İlham Əliyev Solovyovla 2 saatlıq söhbətdə “balanslaşdırılmış” dediklәri xarici siyasətlәrini dә büküb atıb zibil qutusuna. Necə səmimi olubsa, ABŞ-ı sevmədiyini dərhal Putinin dostuna çatdırıb. ABŞ-ın Azərbaycanı zəif və kasıb görmək istədiyindən danışıb, korrupsiya araşdırmalarından şikayətlənib, üstəlik, məhz Putinə arxayın olduğunu, Putinin heç vaxt satmayacağına inandığını ifadə edib. Gördünüz, Rusiyanın Ermənistana bağışladığı milyardlarla dollarlıq silahlar, Ermənistanı rəsmən öz hərbi himayəsinə alması, bizim torpaqları işğal etməsi və işğalda saxlaması belə, İlham Əliyevi ABŞ-dan qaynaqlanan korrupsiya araşdırmaları qədər incitməyib.

İstənilən yarımdemokratik dövlətdə ölkә başçısının xarici jurnalistlə belə bir söhbəti onun istefası ilə nəticələnərdi. Bizdə isə… Bizdə elə ona görə bütün demokratik təsisatlar məhv edilir ki, İlham Əliyev istədiyini etsin, istədiyini də danışsın. Bəli, rejim bu ölkədə nəinki müxalifətin, hətta xalqın da varlığını çoxdan hesabdan silib. Ancaq siz bugünkü susqunluğuna baxmayın, mən xalqımın bütün bunları bir yerə yazdığına və zamanı gələndə bütün bunlara görə məsuliyyət tələb edəcəyinə inanıram”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL