29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Zəlimxan Məmmədli: “Gürcüstan erməni soyqırımı”nı tanımaq iqtidarında deyil"; Elman Nəsirov: “Niyyətlərinin reallaşması əmsalı sıfıra bərabərdir”
Gürcüstanın Axalkalaki bələdiyyəsi, erməni icması və ictimai təşkilatları Gürcüstan rəhbərliyinə müraciət edərək qondarma “erməni soyqırımı”nı tanımağı xahiş ediblər. “Report”un Gürcüstan bürosu xəbər verir ki, müraciətdə 1915-1923-cü illərdə Osmanlı tərəfindən ermənilərə qarşı “soyqırımı” həyata keçirildiyi iddia olunur və onun Gürcüstan hökuməti tərəfindən tanınmasının vacibliyi vurğulanır.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli hesab edir ki, ermənilər “Böyük Ermənistan” xülyalarına uyğun şəkildə fəaliyyətlərini davam etdirir: “Onların ”Böyük Ermənistan" xülyalarının içərisinə Gürcüstanın əhəmiyyətli bir hissəsi də daxildir. Çox şükürlər olsun ki, Gürcüstanda bunu dərk edənlərin sayı günbəgün artmaqdadır. Xüsusilə, ziyalılar içərisində bu daha çoxdur. Artıq gürcü soyadları ilə problemlər yaratmaq kimi hallar aradan qalxıb. İndiyə qədər Gürcüstanda müxtəlif təbəqələrdən olan ermənilər gürcü soyadları ilə Azərbaycan-Gürcüstan arasındakı münasibətləri korlamaq üçün müxtəlif addımlar atırdılar. İndiki müraciət də bunların tərkib hissəsidir. Onlar öz maraqlarına uyğun şəkildə bunun doğru olduğunu düşünürlər. Biz nə etməliyik? Gürcüstan hər hansı bir formada “erməni soyqırımı”nı tanımaq iqtidarında deyil. Sadəcə, onların ortaya atdıqları məsələ ictimai rəyə hesablanıb. Hər zaman deyirəm ki, Azərbaycanın ən yaxın müttəfiqi Gürcüstan sayılır. Enerji təminatı ilə bağlı verilən dəstək ortadadır, eyni zamanda, hər iki ölkəni bir-biri ilə bağlayan tarixi ənənələr var. Düşünürəm ki, ölkəmiz milli maraqlarını müdafiə etməyi Gürcüstandan daha çox istəməyə haqqı var. Görünür, Gürcüstanın bölgədə milli maraqları olduğu üçün körpüləri yandırmaq istəmir. Amma istənilən halda Azərbaycanın ən yaxın müttəfiqi olaraq, Türkiyə və Gürcüstan hər zaman yanımızda olmalıdırlar. Təkcə azərbaycanlı millət vəkili deyil, bir gürcü millət vəkili Azərbaycanın milli maraqları ilə bağlı bir məsələni Gürcüstan parlamentində dilə gətirsə, bu siyasi divident olaraq, hər iki ölkə arasındakı münasibətləri daha da yaxşılaşdırar. Bu müraciət sadəcə xal toplamaq üçün ortaya atılmış bir şeydir və keçməsi mümkünsüzdür".
Deputat Elman Nəsirov bildirdi ki, ermənilərin sıx yaşadıqları hər yerdə “yerə basdırılmış minalar” var: “Bunu bütün dövlətlər tərk etməli, bundan irəli gələn qabaqlayıcı addımlar atmalıdırlar. İndiki hadisə isə onu göstərir ki, ermənilər bu addımı atmaqla əslində iki məsələyə nail olmaq istəyirlər. Birincisi, ”qondarma erməni soyqırımı"nın növbəti bir dövlətdə tanınmasına nail olmaq, ikincisi isə, həmin dövlətlə Azərbaycan və Türkiyənin münasibətlərinə böyük zərbə vurmaqdır. Amma hesab edirəm ki, bu məsələdə Gürcüstan dövlətinin birmənalı mövqeyi olacaq. Gürcüstan hökuməti yaxşı dərk edir ki, ölkəmizlə münasibətləri strateji xarakter daşıyır, məhz Azərbaycan sayəsində Gürcüstan üzləşdiyi bir çox problemlərin altından çıxa bilib. Həm maliyyə, həm də qaz problemlərində Azərbaycan müstəsna rol oynayıb. Bundan savayı Gürcüstan yaxşı dərk edir ki, Bakı-Tiflis-Ceyhan neft kəmərinin ərazilərindən keçməsi onlara çox böyük xeyir gətirir. Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Gürcüstandan keçməsi çox maliyyə gəliri deməkdir. Bundan əlavə, bu il Bakı-Tiflis-Qars dəmir yolu kəməri də işə düşəcək. Bu da Gürcüstan üçün növbəti böyük gəlir mənbəyi deməkdir. Bütün bunlar Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq fonunda reallaşıb. Heç şübhəsiz ki, rəsmi Tbilisi bunun fərqindədir. İvanişvili Gürcüstanın baş naziri olarkən Gürcüstan-Azərbaycan münasibətlərinə yenidən baxılması, eyni zamanda, çox mühüm nəqliyyat dəhlizləri ilə bağlı məsələlərin yenidən araşdırılması kimi məqamları ortaya gətirdi. Bu da hər iki ölkə arasında müəyyən soyuqluq yaratdı. Lakin o bir müddətdən sonra Bakıya səfər etdikdən, baş nazirlik postunun bütün yükü çiyinlərinə düşdükdən sonra mövqeyini tamamilə dəyişdi. Dedi ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir, bu dövlətlə strateji tərəfdaşlıqdan ölkəsi məmnundur. Bu reallıqlar hər kəsə bəllidir. Ermənilərin niyyətləri bu münasibətlərə zərbə endirməkdir. Bu da bulanıq suda balıq tutmaqdan başqa bir şey deyil. Onların bu niyyətlərinin reallaşması əmsalı sıfıra bərabərdir. Gürcüstan yaxşı dərk edir ki, Azərbaycan və Türkiyə ilə yaxın münasibətlər onun təhlükəsizliyi ilə bağlı çox vacibdir. Eyni zamanda, ermənilərin niyyətlərini də yaxşı görürlər. Onu da bilirlər ki, ilk andaca ermənilər Gürcüstanın parçalanması ilə bağlı istənilən addımı atarlar. Bütün qeyd etdiklərimizdən sonra o nəticəyə gəlmək olar ki, ermənilərin növbəti hoqqabazlıqları heç bir nəticə verməyəcək".