Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Türkiyədə "Evet" qalib gəldi, qardaş ölkə yeni dönəmə girdi

Tarix:17-04-2017, 08:54 Baxış Sayı:155

Türkiyədə "Evet" qalib gəldi, qardaş ölkə yeni dönəmə girdi

Konstitusiya dəyişikliyi ilə bağlı ilkin məlumatlar Bakı vaxtilə saat 22-də açıqlanıb; bülletenlərin 98  faizinin sayılmasından sonra seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib

Aprelin 16-da Türkiyədə konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilib.

“Yeni Müsavat” milliyet.com-a istinadən verdiyi məlumatına görə, ölkənin əksər bölgələrində səsvermə yerli vaxtla 08.00 başlayıb, saat 17.00-da başa çatıb. Türkiyənin şərqində və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb, 16.00-da bitib. Məlumdur ki, ölkə xaricində yaşayan türk vətəndaşları artıq səs veriblər. Həmin səslərin nəticəsi ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanıb. Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib. Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub.
Türkiyə Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulurdu. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.(materialın hazırlanmasında APA, axar.az, lent.az, strateq.az saytlarının xəbərlərindən də istifadə olunub). 
Referendumu izləmək üçün 500 xarici KİV təmsilçisi Türkiyəyə gəlib. Bundan başqa, Türkiyədə fəaliyyət göstərən xarici və yerli media nümayəndələri də referendumu işıqlandırmaq üçün qeydiyyatdan keçiblər.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birgə səs verib. Onun yanında kürəkəni Türkiyənin enerji və təbii qaynaqları naziri Berat Albayrak, oğlu Bilal və onun həyat yoldaşı da olub. Dövlət başçısı İstanbul şəhərində Üsküdar məhəlləsindəki Safet Cabi orta məktəbindəki seçki məntəqəsində seçimini etdikdən sonra açıqlama verib.

Image result for Binali Yıldırım sandık


“Bu referendum sıradan bir səsvermə deyil. Respublika tarixində parlamentli sistemlə bağlı bir neçə səsverməmiz olub. Lakin bu səsvermə yeni idarəçilik sistemi ilə bağlı dəyişiklik seçimidir. Mən inanıram ki, xalqımız yeni sıçrayışın, daha güclü inkişafın yolunu açmağa qərar verəcək. Nəticələri şəxsən izləyəcəyəm. Hava şəraiti göstərir ki, seçkilərdə iştirak faizi çox yüksək olacaq” deyə, Ərdoğan bildirib. Türkiyə prezidenti səsini nəvəsi ilə birlikdə qutuya atıb.


Türkiyə baş naziri Binəli Yıldırım İzmir şəhərində səs verib. “Vətəndaşlıq borcumu yerinə yetirdim. İndi də işimizə-gücümüzə baxacağıq. Vətəndaşlar dinc şəkildə seçimlərini edirlər. Çıxan nəticə nə olursa-olsun, başımızın tacıdır. Millətimizin verdiyi qərar ən gözəl qərardır” deyə, baş nazir bildirib.

Hülya Avşar'ın kızı Zehra'nın ilk oy şaşkınlığı


CHP lideri Kamal Kılıçdaroğlu həyat yoldaşı Selvi Kılıçdaroğlu və oğlu Kərəm Kılıçdaroğlu ilə birlikdə Ankarada səs veriblər. Səsvermədən sonra jurnalistlərə açıqlama verən CHP lideri “son dərəcə gözəl bir kampanya apardıq. Bütün vətəndaşlarımızı qucaqladıq, heç kimə özgə kimi baxmadıq. Bu gün Türkiyənin taleyini həll edirik. İnşallah, xeyirli sonunc çıxar”deyə, bildirib. 
MHP başqanı Dövlət Baxçalı Anıttəpədə səs verib. O da vətəndaşlıq görəvinin yerini yetirdiyini, bu referendumun Türkiyə tarixində yeni bir səhifə açdığını söyləyib.


Türkiyənin tanınmış adamları da vətəndaşlıq mövqelərini bildirib. Məşhur türkiyəli müğənni Tarkan İstanbulun Sarıyer səmtindəki seçki məntəqəsində növbəsini gözlədikdən sonra kabinəyə daxil olaraq seçimini edib. Daha sonra bülleteni qutuya atan Tarkan “xeyirli olsun” deyib.


Tarkan jurnalistlərin də suallarını qısa cavablandırıb: “Vətəndaşlıq vəzifəmi yerinə yetirdim. Səsimi verdim, gedirəm”. Tanınmış futbolçu Əmrə Belözoğlu da səsvermədə iştirak edib. O da “vətəndaşlıq vəzifəmi yerinə yetirdim” deməklə kifayətlənib.


Məşhur türkiyəli yumorist, stəndapçı Cem Yılmaz referendumla bağlı Tvitter hesabında paylaşım edib.


Aktyor paylaşımında “Yaşasın cümhuriyyət” ifadəsini işlədib. Bu isə məşhur simanın seçimini üzə çıxarıb.


İlk olaraq Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyərbəkir, Elazığ, Ərzincan, Ərzurum, Gaziantəp, Girəsun, Gümüşxanə, Hakkari, Qars, Malatya, Qəhramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tuncəli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdahan, İqdır ve Kilisdə seçki sandıqları qapanıb. Radiolara və bütün televiziyalara seçki saatı bitənədək-Bakı vaxtı ilə saat 19-dək seçkilərlərlə bağlı xəbər, proqnoz və şərh yasaq edilib. Yalnız saat 21-dən sonar Yüksək Seçim Kurulunun rəsmi məlumatları yayımlanacaq, bütün yayımlar yalnız axşam saat 22-dən sonar sərbəst yayıma keçə biliblər. 
Referendumda qanlı hadisələr də olub. Türkiyənin Van vilayətində hakim Ədalət və İnkişaf partiyasının Muradiyyə rayonu üzrə rəhbəri İbrahim Vanlının avtomobili PKK terrorçuları tərəfindən atəşə tutulub. İ.Vanlıya zərər dəyməsə də, hadisə nəticəsində onun digər avtomobildə olan qardaşı oğlu Adnan Vanlı ölüb, daha bir nəfər yaralanıb.


Diyarbəkir vilayətində də silahlı insident baş verib. Yabanardı kənd məktəbində təşkil edilmiş seçki məntəqəsinin qarşısında qohum olduğu bildirilən iki ailə arasında dava-dalaş düşüb. Bu zaman hər iki tərəf silahdan istifadə edib və səbəbi hələlik məlum olmayan atışma zamanı 68 yaşlı Abdulrezzak Yıldız və 32 yaşlı Şeyhmus Yıldız qətlə yetirilib. İdris Yıldız isə xəstəxanaya yerləşdirilib.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL