29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Neftin ucuzlaşmasından dolayı ötən il Azərbaycanda ərzağın bahalanmasına etiraz aksiyaları keçirildi. Amma polis təzyiqləri və sovet dönəmini yada salan mülkigeyimli polislər etiraz hərəkatını boğub. «Reuters» xəbər agentliyinin müxbiri Azərbaycanda ötənilki etiraz aksiyalarına qatılmış vətəndaşlarla söhbətləşib.
«Kim həyatının qalan hissəsini həbsdə keçirmək istəyər?», – Özbək adlı taksi sürücüsü Qubada unun bahalanmasına etiraz etdiyinə görə bir aylıq həbs cəzası çəkdiyini deyib.
«BELƏ HÖKUMƏTİ DƏSTƏKLƏMƏK…»
Ötən ilin yanvarındakı etirazları polis su şırnağı, dəyənək və gözyaşardıcı qazla dağıdıb. «Reuters» yazır ki, etirazların belə sərt dağıdılması Azərbaycanla əməkdaşlıq edən Avropa Birliyi və AB firmalarına potensial problem yaradır. Əməkdaşlıqda məqsəd 2020-ci ilədək Azərbaycan qazını Avropa bazarlarına daşıyacaq kəmərlərin çəkilməsidir.
«AB bu layihəni Avropanın Rusiyadan enerji asılılığını azaltmaqdan ötrü istəyir. Ancaq dinc etirazçıları təqib edən, ona qarşı çıxanları həbsə atdıran hökuməti dəstəkləyən kimi də görünmək istəmir», – məqalədə deyilir.
Müxbir Quba, Siyəzən və Şabranda etirazçılarla söhbətlərdən belə qənaətə gəlib ki, hökumətin onlarla rəftarı siyasətçiləri narahat etməlidir. Həmin şəxslər kütləvi saxlanmalardan və həbslərdən, dövlət idarələrindəki cəzalardan, polisin daha uzunmüddətli cəzalarla hədələməsindən söz açıblar.
Siyəzəndə Arun adlı tələbə orada 50-dək adamın saxlandığını söyləyib. Onun sözlərinə görə, çoxlarına bir aylıq cəza kəsilib, bəziləri içəridə 6 ay saxlanıb, bəziləri döyülüb.
ŞİRKƏTLƏR ŞƏRH VERMİR
Trans-Adriatik Kəməri (TAP) firması Azərbaycandan qazı İtaliyanın cənubuna nəql edəcək infrastrukturu quracaq. Şirkətin İtaliyadakı ofisindən etirazların yatırılmasıyla bağlı şərh verməyiblər. Həmin layihədə 20 faizin sahibi, İtaliyanın «Snam» enerji şirkəti, eləcə də İtaliyanın Sənaye Nazirliyi açıqlama verməkdən imtina edib.
«Reuters» yazır ki, həmin etirazlardan sonra prezident İlham Əliyev hakimiyyətini möhkəmləndirməyə başlayıb, konstitusiyaya dəyişikliklər edərək, prezidentlik müddətini 5 ildən 7 ilə qaldırıb, həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib.
Diplomatik mənbələr baş nazir Artur Rasizadənin yerinə də yaxın adamını təyin edəcəyini deyirlər. Müstəqil təhlilçi Leyla Əliyeva deyir ki, o, hakim ailəyə yaxın şəxslə əvəzlənəcək.
Əliyevin tərəfdarları onun ölkəyə sabitlik, müasirləşmə, Avropayla sıx əlaqələr gətirdiyini bildirirlər. Amma insan haqları fəalları hökuməti opponentlərini susdurmaqda suçlayırlar.
«Reuters» bir daha ötənilki etirazlara qayıdaraq yazır ki, 38 min əhalisi olan Quba şəhərində 30 nəfər bir aylığa saxlanıb. İndi Qubanın küçələrində əlavə polis qüvvələri gözə dəymir. Ancaq sakinlərin deməsinə görə, əhali arasında ən kiçik mübahisələr belə dərhal polis tərəfindən yatızdırılır və tərəflər cəzalanır.
Agentlik ölkədə bir sovet təcrübəsinin də tətbiq olunduğunu yazır – könüllülər ictimai polisə çevriliblər. Onlar, əslində, polisə xırda pozuntuların həllində kömək göstərməlidirlər. Di gəl, bəzi sakinlər deyiblər ki, bu şəxslərin işi-gücü polisi hər hansı narazılıq işartısından xəbərdar etməkdir.
Mer-meyvə satan Ehtiram da ötən il saxlanmışdı. O, qiymətlərin bahalığından, gömrükdə rüşvətin çiçəklənməsindən gileylənir. Deyir, mülkigeyimli polislər camaatın qorxusunu daha da artırıb. «Bilirik ki, ətrafda bizə göz qoyan, qulaq asan, daha sonra polisə xəbər verənlər var», – o söyləyir.
Agentlik qanunla həmin şəxslərin uniforma geyinməli olmasına diqqət çəkir. Amma nümayişçilər bu könüllülərin mülki geyimdə gəzdiyini, onları müəyyənləşdirməyin çətin olduğunu vurğulayırlar.
«Bu qurumun yaradılmasında məqsəd ölkədə hərbi-polis rejimini gücləndirmək idi», – müxalif Müsavat Partiyasının sədri Arif Hacılı deyir.