19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Türkiyədə çərşənbə günü onlarla müxalifətçi saxlanıb. Görünən odur ki, prezident Recep Tayyip Erdoğanın səlahiyyətlərini gücləndirən referendumun qanuniliyini şübhə altına alanlara təzyiqlər güclənir. Həbslər haqda «The New York Times» qəzeti yazır.
Bazar günü – aprelin 16-da keçirilmiş referendumda konstitusiya dəyişikliklərinə səsverməyə gələnlərin 51.4 faizi «hə», 48.6 faiz «yox» deyib.
Ölkənin ayrı-ayrı yerlərində etirazçılar səsvermənin saxtalaşdırıldığını iddia edirlər. Çərşənbə günü azı 38 nəfərin saxlandığı bildirilir. Ancaq həbslərə baxmayaraq, etirazlar da davam etməkdədir.
«BOYUN ƏYMƏYƏNLƏR TAPILACAQ»
«Son beş ildə onlar Türkiyəni qorxu imperiyasına çevirməyə çalışıblar. Amma onlara boyun əyməyəcək insanlar həmişə tapılacaq», – İstanbulda etiraza qatılan 27 yaşlı televiziya prodüseri Serhat qəzetə deyib.
Məqalədə son aylar Türkiyədə siyasi səbəblərlə on minlərlə adam saxlanmasına baxmayaraq, bu həbslərin referendumdan sonra ilk siyasi həbslər olduğu vurğulanır.
«Polis saxlananlara deyib ki, onlar camaatı «hə» düşərgəsinə qarşı yönləndirməkdə suçlanırlar», – saxlananlardan birinin vəkili Deniz Demirdöğen deyib.
Aprelin 18-də referendumun nəticəsindən məhkəməyə şikayət vermiş tanınmış siyasi fəal Abdurrahman Atalay-ı da tutublar. Qardaşı oğlu Can Atalay qəzetə telefon müsahibəsində deyib ki, polis Atalay-ı «referendumun nəticəsinə şübhəylə yanaşmaqla əhali arasında nifrət yaratmaq»da suçlayır.
«MÜTƏŞƏKKİL OĞURLUQ»
Müəllif yazır ki, bu həbslər referendumdan sonra Türkiyənin avtoritarizm yolunda sürətlə irəliləməsi sarıdan qorxuları artırır. Erdoğan və tərəfdarları bu qələbənin ölkəyə sabitlik və çiçəklənmə gətirəcəyini deyirlər. Amma tənqidçilər onu hakimiyyəti əlində cəmləşdirməkdə suçlayırlar.
Türkiyədə ötən ilin iyulunda çevriliş cəhdindən sonra 45 minədək insan çevrilişi planlaşdırmaqda şübhəli bilinərək saxlanıb. 150-dən çox media qrupu, 1500 vətəndaş cəmiyyəti təşkilatı bağlanıb, 130 minədək adam işini itirib. Referendum öncəsi Erdoğana qarşı çıxanlar fiziki qorxudulmayla üzləşib, yürüş keçirmək, xəbər mediasına çıxmaqda məhdudiyyətlər görüb.
Çərşənbə günü Türkiyənin seçki komissiyası referendumun nəticələrinin ləğvinə dair müxalifətin çağırışını rədd edib. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Bülent Tezcan bu qərarı tənqid edərək, «bunu mütəşəkkil seçki saxtakarlığı, səslərin mütəşəkkil oğurlanması adlandırırıq» deyib.
Müxalifət təkcə İstanbulda qutulara 200 min möhürsüz bülletenin qanunsuz atıldığını iddia edir.