29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Ekspertlər Qorbaçovun Rusiyanı xilas təklifini dəyərləndirdilər...
SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov Rusiyanın mövcud problemlərinin həllinin yalnız dövlət idarəçilik sisteminin dəyişməsindən keçdiyini söyləyib. Bu fikirlər M. Qorbaçovun “Taym” jurnalında dərc olunan məqaləsində yer alıb. O, Rusiyanın əsas probleminin iqtisadiyyatdakı durğunluq, həyat səviyyəsinin aşağı düşməsi, kütləvi kasıblıq, korrupsiya, müəyyən şəxslərin qeyri-qanuni varlanması, təhsilin, səhiyyənin və elmin deqradasiyası olduğunu bildirib.
“Məncə, Rusiya yalnız demokratiya sayəsində uğur qazana bilər. Rusiya siyasi rəqabətə, real çoxpartiyalı sistemə, ədalətli seçkiyə hazırdır”,- deyə Qorbaçov məqaləsində bildirib. Bəd Rusiyanın idarəçilik sisteminin dəyişməsi, daha doğrusu demokratikləşməsi nə ilə nəticələnə bilər, demokratik imperiyalar mümkünmü?
Əhmədoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın hazırda demokratiyaya keçməsi mümkün də deyil: “Lakin Rusiyada islahatlar təcrübəsi var və bu, heç zaman özünü doğrultmayıb, həmişə dövlətlərin parçalanması, daxildə çox böyük toqquşmalarla xarakterizə olunub. Arzu olunan variant Rusiyanın sivil siyasət yürütməsidir. Əslində Rusiya hal-hazırda özünü hərb dövləti kimi təqdim edir. Rusiya üçün silahlı qüvvə, hərbi və ya general, məsələn, Dostoyevskidən daha əzizdir. Rusun digər xalqlarla müqayisədə çox böyük mədəniyyət tarixi var. Rusiyanın özünün və qonşularının inkişafı üçün o seçim vacibdir ki, onlar öz mədəniyyətləri ilə hərəkət etməlidirlər. Belə olarsa, istənilən xalqın rəğbətini qazana bilərlər. İndiki vəziyyətdə qonşu xalqları Rusiyadan qaçıran odur ki, onlar militarist siyasət həyata keçirirlər. Bu, rus xalqının da xarakterinə təsir edir. Bu baxımdan düşünürəm ki, Rusiya idarəçilik sistemində dəyişiklik edərsə, bir neçə ilə parçalanar. Biz də daxil olmaqla, çox böyük əziyyət çəkərik. Rusiyanın demokratiyaya keçməsi o deməkdir ki, Şimali Qafqazda istənilən təhlükə yarana bilər. Demokratik idarəçilik sistemi Rusiya üçün yaddır”.
Politoloq bildirib ki, indiki zamanda Rusiyanın öz daxili üçün də qüsurlu idarəçilik sistemi var: “Əvvəla, Rusiyada milli azlıqlara münasibət çox pisdir. Söhbət təkcə azərbaycanlılardan getmir, orada ermənilər, avarlar və digər qeyri-rus millətləri nəzarət altındadır. Hamısı ilə bağlı da Kremlin xüsusi planları var ki, hansı xalqın nümayəndəsi irəli gedərsə, onun qarşısını alırlar. Eləcə də Rusiyanın daxilində siyasi korrupsiya mövcuddur. Siyasi korrupsiya aradan qaldırılarsa, bu, daha yaxşı olar. Qorbaçovun bu cür fikir səsləndirməsinə gəlincə isə hesab edirəm ki, bu, onun öz şəxsi nüfuzunu qaldırmasına xidmət edir. Qorbaçov hal-hazırda çox böyük maliyyə sıxıntısı içərisindədir və səhhətində də problemlər var. Ona görə də görünür, çıxıb bu cür fikirlər səsləndirməklə, yenidən Qərb fondlarının diqqətini özünə cəlb etmək istəyir. Əgər Qərbin özündə demokratiya yerində sayırsa, Rusiyanın demokratiyaya keçməsi təklifi nə deməkdir? Rusiyanın dağılmasının əsas əziyyətini miqrantlar baxımından avropalılar çəkər. Ona görə də hesab edirəm ki, məsələnin qoyuluşu sırf Qorbaçavun özünün şəxsi problemləri ilə bağlı ola bilər”.
Politoloq Əhəd Məmmədli isə hesab edir ki, rusların fikrincə, indiki məqamda Putinə ehtiyac var, çünki o, ölkəni dağılmadan xilas edib: “20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində çeçen müharibələri əsnasında Şimali Qafqazın bütövlüklə Rusiyanın tərkibindən çıxmaq təhlükəsi vardı. Putin isə müvəqqəti də olsa bu təhlükənin qarşısını aldı. Rusiyanın tarixinə nəzər salarsaq görərik ki, 1917-ci ildə inqilablar nəticəsində rus imperiyası dağıldı. Vladimir Lenin sonradan bu imperiyanı başqa adla qorudu və daha sonra Stalin sərhədləri bir qədər də genişləndirdi. İkinci küçə inqilabı isə Rusiyanın tarixində 1991-ci ildə baş verdi. Boris Yeltsin ortaya çıxaraq, Rusiyanın SSRİ tərkibindən çıxmasına nail oldu. Sərhədləri daralsa da, Rusiya yenə də imperiya sütununu saxlaya bildi. İndi ruslar hesab edirlər ki, üçüncü dəfə də bu cür küçə inqilabları baş verərsə, dövlətləri dağıla bilər və bu dəfə onu başqa adla saxlamaq çətin olar. Çünki istəsək də, istəməsək də Rusiya dünyada yeganə imperiyadır. Bir dövlətdə ki, 20-yə yaxın muxtar respublika, vilayət var, bu, artıq böyük göstəricidir. Yenə Rusiyanın tarixinə nəzər salsaq görərik ki, İvan Qroznıdan bəri Rusiyanın demokratiya, azadlıq dövrü sırf olaraq 1991-ci ildən 2001-ci illərə qədər olub. Yəni bu, Yeltsinin hakimiyyəti dövrünə aiddir. Yeltsinin şəxsinə qarşı çox neqativ fikirlər ola bilər. Ancaq bu adam həqiqətən də Rusiyaya demokratiya gətirdi. SSRİ dağılsa da, Rusiya Federasiyasında çox yüksək səviyyədə demokratiya var idi. Rusiyanın hər zaman iki çıxışı olub, ya imperiya olaraq qalmaq, ya da azad, inkişaf etmiş dövlət kimi olmaq. Ruslar milləti hər zaman birincini, böyük olmağı seçiblər. Buna da böyük rus şovinizmi deyirlər ki, bu, hər bir rusun təfəkküründə var. Onlar hər zaman deyirlər ki, qoy iqtisadi böhran olsun, ancaq Krım yenidən bizə qayıtsın. Tarix boyu da təfəkkür bu cür olub”.
Politoloq bildirib ki, Türkiyə və Rusiyanın Azərbaycana da bilavasitə təsirləri var: “Bu iki ölkədəki daxili proseslər Azərbaycana da təsir göstərir. Yuxarıdakı tarixi faktlardan da görünür ki, Rusiyada inqilab olan zaman illərlə ölkəni idarə edən sistem, dövlət dağılır. Şəxsi fikrimdir ki, Rusiya, gec-tez dağılmalıdır və bunu Putin də gözəl bilir. Medveyev özü də prezident olan zaman müsahibələrini birində bildirmişdi ki, Rusiyanın dağılma təhlükəsi var. İndiki Putin rejimi hakimiyyətdən inqilab yolu ilə devrilərsə, dünya siyasətində Rusiya Federasiyası adlı dövlət olmayacaq”.