Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Fransada kritik prezident seçkisi

Tarix:24-04-2017, 08:22 Baxış Sayı:213

Fransada kritik prezident seçkisi

Azərbaycan üçün məqbul namizəd varmı?


Aprelin 23-də Fransada prezident seçkilərinin birinci turu keçirilib. Vətəndaşlar mayın 7-də baş tutacaq ikinci tur üçün 2 namizədin adını müəyyən etməlidir (Qəzet çapa gedənə qədər nəticələr bəlli deyildi - red). Seçkilərdə 11 prezidentliyə namizəd mübarizə aparır. Namizədlərdən hər hansı birinin 50 faizdən çox səs alması proqnozlaşdırılmır.


Sorğuların nəticələrinə əsasən ilk beş sırada qərarlaşan namizədlərdən 4-nün ikinci tura keçmək şansı var. İlk beşliyə radikal Milli Cəbhənin lideri Marine Le Pen, özünü mərkəzçi sayan “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron, mərkəz sağçı respublikaçıların namizədi Fransua Fiyon, radikal solun namizədi Jan-Lyuk Melanşon və hakimiyyətdəki Sosialist Partiyasının namizədi Benua Amon daxildir.
Hüquqşünas olan 48 yaşlı ultramillətçi M. L. Penin seçkilərdə birinci turu keçəcək iki namizəddən biri olacağına heç kəs şübhə etmir. İslam və qaçqınlara qarşı baxışları ilə fərqlənən M. L. Penin vədləri sırasında yeni qanunlar qəbul edilənə qədər Fransaya bütün qanunsuz miqrasiyanın dayandırılması var. Lakin ikinci turda onun qələbə şansı yüksək qiymətləndirilmir. Onun ikinci turda E. Makronla mübarizə aparacağı proqnozlaşdırılır.


E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq. Fransa prezidenti Fransua Ollandın maliyyə məsləhətçisi olmuş E. Makronun seçki vədləri sırasında peşə təlimi, kömürdən yenilənən enerjiyə keçid, infrastrukturun müasirləşdirilməsi layihələrinə 50 milyard dollar xərclənməsi, şirkətlərə vergi güzəştləri, 35 saatlıq həftəlik iş saatının artırılması üçün şirkətlərlə müzakirələr aparılması, işsizlik səviyyəsinin 9,7 faizdən 7 faizə endirilməsi var.


Sabiq baş nazir Fransua Fiyonun vədləri sırasında isə 0,5 milyon insanı dövlət sektorunda işdən çıxarmaq, həftəlik iş saatının müddətinin 35 saat saxlanılması, mülkiyyət vergisinin ləğv edilməsi, İraq və Suriyada döyüşlərdə iştirak edən cihadçıların Fransa vətəndaşlığından çıxarılması, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının ləğvinə səy göstərilməsi, Bəşər Əsədə İŞİD terror təşkilatını məğlub etmək üçün yardım edilməsi var. Namizədlərdən Marin Le Pen və Fransua Fiyon ermənilərin xeyirinə açıqlamaları ilə də fərqləniblər. Bu namizədlərin açıq-aşkar Azərbaycan əleyhinə olan mövqeyi onların Fransa prezidenti seçilməsinin Azərbaycanın maraqlarına zidd olduğunu ortaya qoyur. Ekspertlərə görə, Azərbaycan üçün nisbətən məqbul variant Makronun prezident seçilməsidir.


Siyasi ekspert Yeganə Hacıyeva bildirdi ki, bu seçkilərə adi Fransa prezidenti seçkiləri kimi baxmaq və ya analiz etmək doğru deyil: “Bu seçki Avropa Birliyi üçün də tarixi və dramatik prezident seçkiləridir. İlkin sorğular göstərir ki seçkidə iştirak edən 5 parlaq namizəddən Marin Le Pen və Emanuel Makronun ikinci tura keçmək şansı yüksəkdir. Bu seçkini AB üçün tarixi edən, hətta deyərdim dramatikləşdirən də məhz bu məqamdır. Belə ki, bu namizədlərdən Makron qatı Avropa Birliyi tərəfdarı, Le Pen isə AB və NATO üzvlüyünün əleyhdarlarıdırlar. İkinci turda kimin seçilmə şansını əlbəttə ilk turun nəticəsi və qlobal güclərin reaksiyası göstərəcək və mən qlobal siyasətdə Trampla başlanan adioz, avtoritar və ya millətçi radikal namizədlərin populyarlığı dalğasının Avropada davam edəcəyi qənaətindəyəm. Trampın Le Penin seçiləcəyi proqnozu doğrula bilər”.


Ekspert vurğuladı ki, Fransa Azərbaycan münasibətləri hər hansı bir siyasi və ya ictimai fiqurun fəaliyyəti ilə kölgə salınmayacaq qədər dərin və möhkəmdir: “Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Fransa və Azərbaycan münasibətlər qarşılıqlı strateji tərəfdaşlıq xarakteri daşıyır , siyasi, iqtisadi, mədəni , təhsil , kosmik texnologiyalar sahələrin inkişaf etmiş , regional təhlükəsizlik sahəsi və beynəlxalq terrorizmə qarşı mübarizədə birgə , tərəfdaş fəaliyyət mövcuddur. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Minsk Qrupunda Qarabağ konfliktinin həllində həmsədr statusunda çıxış edir. Yəni prezident seçkilərində hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, yeni prezidentin mövcud Azərbaycan-Fransa münasibətlərinə xələl gətirməsi çətin məsələdir. Amma əlbəttə namizədlər arasında Fransa Azərbaycan münasibətləri üçün daha uğurlu bir namizəd var, bu da Emanuel Makrondur. Makron ölkəmizdə siyasi və iqtisadi dairələrlə tanış bir simadır, millətçi əhval-ruhiyyədə deyil”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL