19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Prezident Ərdoğanın Avropa Birliyinə ünvanlanmış çıxışına Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piridən cavab gəlib. Piri yeni bir səhifə açılmasının gündəmdə olmadığını bildirib. Piri Almaniyanın Xarici işlər nazirinə cavab olaraq “Qabriel Türkiyə ilə üzvlük müzakirələrinin kəsilməsinə müqavimət göstərməklə Avropa Birliyinin inandırıcılığını təhlükəyə salır” deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə və Avropa Birliyi (AB) əlaqələrinə toxunaraq demişdi: “Almaniyada baş verənlərə baxırıq. Fəlakətdir. PKK-ya hər cür dəstək verilir. Yaxşı bunlar niyə verilir? Güclənən Türkiyənin önünü kəsmək üçün verilir. İndi də ” bundan sonra nə edəcəyik?” deyirlər. Bu günə qədər nə etdiyiniz ortada. Bu günə qədər açmadığınız səhifələri açmaqdan başqa çarəniz yoxdur. Bunu açsanız əla, açmadığınız halda sizə gülə-gülə. Türkiyə bunların qulu deyil. Verdiyiniz sözləri tutacaqsınız. Ondan sonra masaya oturar, danışarıq. Əks halda sizinlə görüşəcək bir şeyimiz qalmadı.”
Ərdoğanın sözlərinə cavab verən Kati Piri “Türkiyə həqiqətən üzvlüklə maraqlansaydı, Ankaranın bunu göstərməsi lazım idi” deyib. Piri Avropa Birliyinin üzvlük məsələsində heç bir ölkənin şantajına boyun əyməyəcəyini, bunun Türkiyə üçün də etibarlı olduğunu bildirib. O, “AB-yə girmək istəyən, meyarları yerinə yetirmək məcburiyyətindədir, amma Türkiyədə bunu heç görə bilmirəm” söyləyib və müzakirələrin kəsilməsinin gərək olduğunu vurğulayıb.
Almaniyanın Xarici işlər naziri Siqmar Qabrieli də tənqid edən Piri onun Ankara siyasətini dəyişdirməli olduğunu deyib.
“Qabriel Türkiyə ilə üzvlük müzakirələrinin kəsilməsinə müqavimət göstərməklə Avropa Birliyinin inandırıcılığını təhlükəyə salır və Türk vətəndaşlarının konstitusiya islahatına “xeyr” deyən yarısının görüşünü heçə sayır” vurğulayıb.
Piri Qabrielə xitabən “insan hüquqları pozuntularına səsini çıxarmayan, Avropa əleyhdarlarının da çörəyinə yağ sürtər” deyib.