Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Siyasi fəallara qarşı qəddar münasibət nədən irəli gəlir?

Tarix:3-05-2017, 11:48 Baxış Sayı:171

Siyasi fəallara qarşı qəddar münasibət nədən irəli gəlir?

“Mehman Qələndərovun qətlinin arxasında duran ən başlıca səbəb həbsindən bir müddət əvvəl Bayram Məmmədov və Qiyas İbrahimova dəstək olaraq Heydər Əliyevin heykəlinin qarşısında təkadamlıq aksiya keçirməsi və şüarlar səsləndirməsi oldu.” Bunu aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında bildirildiyinə görə intihar edən Mehman Qələndərovun ölümü ilə bağlı Amerikanın Səsinə müsahibə verən NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Ülvi Həsənli bildirib.

Onun sözlərinə əsasən, həbs olunandan sonra Mehman polis bölməsində çox ciddi işgəncələrə məruz qalıb və orada ona deyiblər ki, məhz “ümummilli liderə qarşı aksiya keçirib, etiraz bildirdiyi üçün həbsxanadan sağ çıxmayacaq”. Eləcə də buna bənzər sözlər Heydər Əliyevin heykəlinə şüar yazdığı üçün bir ilə yaxındır həbsdə olan Bayram Məmmədova da bildirilib.

Hal-hazırda həbsxanada işgəncələrə məruz qaldığı iddia olunan siyasi məhbus İlkin Rüstəmzadənin vəziyyəti ilə də bağlı Amerikanın Səsinə məlumat verən Ülvi Həsənli bildirib ki, bir müddət əvvəl beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən ciddi rezonansın ardınca onun həkim müayinəsindən keçirilməsinə nail olundu və xəstəliyi rəsmi olaraq təsdiqini tapdı.

Lakin bundan sonra İlkin Rüstəmzadənin müalicəsi ilə bağlı nə Penitensiar xidmət, nə də digər hökümət orqanları tərəfindən heç bir addım atılmayıb. Bununla yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları bir neçə dəfə onunla görüşərək, sağlamlığındakı problemlərdən sui-istifadə edib, hökümətlə hər hansı bir formada əməkdaşlıq etməyə razı salmağa çalışıblar.

Ona bildiriblər ki, əməkdaşlıq etmədiyi halda ona heç bir tibbi yardım göstərilməyəcək və onun da həbsxanada öləcəyi tərzində hədə-qorxu gəliblər.

NİDA-nın idarə heyətinin üzvü beynəlxalq təşkilatları hakimiyyətə qarşı ”yumşaq” olmaqda günahlandırıb. “Azərbaycanın həm işgəncələrlə, həm insan hüquqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısındakı ciddi öhdəliklərini pozmasına baxmayaraq, bu təşkilatlar tərəfindən demək olar ki, heç bir təzyiqlə üzləşmirlər. Həmin təşkilatlarla görüşlərimiz zamanı biz də onlara öz iradlarımızı bildiririk”.

Ülvi Həsənli hökümətin son dövrlərdəki qadağa və repressiyaların səbəbini 2 il öncə ölkədə başlayan iqtisadi böhrana görə yaranmaqda olan sosial-iqtisadi etirazların qarşısını almaq üçün qabaqlayıcı tədbir adlandırıb. “Bir sıra azad media qurumlarının sıxışdırılması da məhz artıq yüksəlməkdə olan etiraz dalğasını yatızdırmaq məqsədi güdür”,deyə o əlavə edib.

Gələcəklə bağlı ümidlini ifadə edən Ülvi Həsənli, bu qədər sərt tədbirlərə baxmayaraq, hakimiyyətin öz məqsədinə nail ola bilməyəcəyini düşündüyünü bildirib. “Çünki ölkədə vətəndaş cəmiyyətinin ayaqda qalması üçün çalışan insanlar, təşkilatlar hələ də mövcuddur. Həmçinin həbsdən çıxan siyasi məhbuslar da azadlığa çıxdıqdan sonra öz yollarından dönməyiblər, ağır şərait altında belə olsa öz fəaliyyətlərinə davam edirlər”, deyə o bildirib.

Vətəndaş Hərəkatı Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Mehman Qələndərovun ölümü ilə bağlı Amerikanın Səsinə müsahibəsində deyib ki, dostları ilə telefon danışığında Mehman polislərin ona “sənin burdan meyidin çıxacaq” dediklərini bildiribmiş.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL