19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Ərdoğanla Trampın 15 may görüşündə anlaşma mümkün olacaqmı?
Mayın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşün necə nəticələnəcəyi indidən dünyanın diqqətindədir. Qeyd edək ki, xeyli vaxtdır Türkiyə ilə ABŞ arasında iki məsələdə - Suriyada YPG və FETÖ məsələsində anlaşma əldə etmək müşkül məsələyə çevrilib. 15 may görüşündə bu məsələlərdə anlaşma mümkün olacaqmı?
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Ərdoğan-Tramp görüşü çox mürəkkəb görüş olacaq. Çünki artıq ABŞ İŞİD məsələsində strategiyasını müəyyənləşdirib: “ABŞ Suriyadakı kürd hərbi qruplaşması YPG-yə 300 milyon dollarlıq silah yardımı edib. ABŞ hərbçilərinin kürd peşmərgələri ilə birgə İŞİD-ə qarşı döyüş aparmasının bünövrəsi hələ Barak Obama dövründə qoyulub. Bu barədə Məsud Bərzani ilə qarşılıqlı razılaşma əldə edilmişdi. 300 milyon dollarlıq silahın verilməsi də bu məqsədlərə xidmət edir.
Tramp görüşdə Türkiyəyə yönəlik bəzi ümumi isti mesajlar, ifadələr səsləndirəcək. Ancaq konkret məsələlərdə Türkiyə ilə razılıq əldə edilib-edilməməsi ciddi sual işarəsi altındadır. Mürəkkəb bir görüşün olacağı əvvəldən bəllidir. Məsələlər o qədər gərgindir ki, Ərdoğan məcbur olub MİT-in rəhbərini, baş qərargah rəisini və müdafiə nazirini qabaqcadan danışıqların zəminini hazırlamaq üçün Vaşinqtona göndərdi. Trampın özü mürəkkəb bir adam deyil. Amma Trampın komandasında kifayət qədər quzğun təbiətli adamlar var ki, onlar Türkiyə ilə məsələləri yürütməyə o qədər də həvəs göstərmirlər. Belə bir ovqat içərisində praqmatik danışıqların aparılması, anlaşmalar əldə edilməsi çox çətindir".
Politoloq vurğuladı ki, FETÖ məsələsində anlaşma əldə etmək isə əminliklə söyləmək olar ki, mümkün olmayacaq: “Çünki ABŞ dəfələrlə bəyan edib ki, Fətullah Gülən məsələsi siyasi məsələ deyil, siyasilər səviyyəsində müzakirə edilməməlidir, bu məsələ məhkəmə məsələsidir, məhkəməyə də sübutlar, faktlar təqdim edilməlidir. Böyük ehtimalla, prezident Ərdoğan Trampla görüşdə Fətullah Gülənin təhvil verilməsi məsələsini qoysa, ABŞ-ın əvvəlki mövqeyini Tramp təkrarlayacaq”.
Q.Hüseynli qeyd etdi ki, Vaşinqton Türkiyənin son zamanlar Rusiya ilə yaxınlaşmasından narazıdır və bir çox məsələlərlə bağlı anlaşma əldə etməyə bu məqam da mənfi təsirini göstərəcək: “Hər bir halda biz yaxın vaxtlarda Suriya məsələsində yeni bir həmlənin başlandığının şah7idi olacağıq. Hər şey ilk növbədə ABŞ və onun müttəfiqlərinin arzu və istəklərinə uyğun həyata keçiriləcək. Hətta Rusiyanın özünün də bu məsələdə mövqeyini qoruyub saxlaya biləcəyi ciddi sual işarəsi altındadı