19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Cəmil Həsənli
İlham Əliyev mayın 10-da etdiyi çıxışında dedi ki, “bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar”. Əgər ən müqəddəs dəyər ərazisi işğal altında olan ölkənin hakimiyyətinin korrupsiyaya qurşanması, torpaqları düşmən tapdağında olan məmləkətin sərvətlərinin hakim elita tərəfindən ofşor hesablara daşınması, ölkənin gəlirli sahələrinin öz ailə üzvlərinə verilməsindən ibarətdirsə, biz belə “dəyərdən” uzaq adamlarıq. Ən müqəddəs dəyərlərdən söhbət gedirsə, beynəlxalq korrupsiya araşdırmaları nəticəsində aşkarlandı ki, hakim ailəyə yaxınlığı deyilən yalnız bir şirkət bir təqvim ilində ölkədən bir milyard dollar vəsait çıxarıb və əlavə olaraq ödəmə qabiliyyətini “itirdiyi” üçün 31 milyon manat həcmində vergidən də “azad” edilib. Elə həmin şirkət vasitəsi ilə Azərbaycanda siyasi məhbus qətnaməsinin AŞPA-da qarşısını almaq məqsədilə İtaliyalı deputat Luka Valentaya verilən iri həcmli rüşvətin bu “ən müqəddəs dəyərlər” məsələsinə dəxli var, ya yoxdur? Gizli hazırlanan devalvasiya nəticəsində hakim ailəyə məxsus bankın gizli dövlət tədbirindən qazanması və banklarda 5-3 min qaragünlük pulu olan vətəndaşların bir gecədə var-yoxdan çıxmasının da yəqin bu “müqəddəs dəyərlərə” aidiyyəti yoxdur. Avstriyada manat kəsib on milyonlarla Avro “şapkanı” ofşor hesablara yönəldirlər, 19 milyon dollar dəyəri olan dəmir yol cihazların qiymətindən 5 dəfə artığa sənədləşdirib 85 milyon dolları gizli hesablara yerləşdirir və sonra da gəlib “ən müqəddəs dəyərlərdən” danışırlar.