19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
İqbal Ağazadə: “Yarışların böyük əksəriyyəti iş saatlarıma təsadüf edir”; Tural Abbaslı: “İdmançılarımızın performansı barədə məlumatlanıram”;Əli Əliyev: “Milli idmanın inkişafının tərəfdarıyam”
Azərbaycanda keçirilən İslam Həmrəylik Oyunları artıq 5 gündür davam edir. Ölkə ictimaiyyətinin yarışa böyük maraq sərgilədiyi göz önündədir. Bunu mətbuat və sosial şəbəkələrdə açıq şəkildə görmək mümkündür. Oyunlara yönəlik tənqidi fikirlər səsləndirən kiçik qruplar da var. Tənqidlər əsasən müxalifət camiəsi daxilindən səslənir.
Amma bununla belə, demokratik düşərgənin də İslam Oyunlarına dəstəyi kifayət qədər yüksəkdir.
Ölkənin tanınmış siyasətçilərinin yarışı necə izləmələri ilə maraqlandıq.
Ümid Partiyasının sədri İqbal Ağazadə İslam Oyunlarını mediadan izlədiyini qeyd etdi: “Yarışı televiziya ekranından da izləmək imkanım olmur. Çünki böyük əksəriyyəti iş saatlarıma təsadüf edir. Amma Azərbaycanın hansı sahələr üzrə medallar aldığını izləyirəm. Yarışın sonlarına qədər də getmək planım yoxdur. Güman edirəm ki, mümkünsüzdür. İstənilən halda idmançının əsas vəzifəsi yüksək medallar uğrunda mübarizə aparmaq, bu yerləri tutmaqdır. İdmançı da bunun üçün çalışır”.

AĞ Partiya başqanı Tural Abbaslı yarışları canlı izləmədiyini söylədi: “İslam Oyunları çərçivəsində keçirilən heç bir yarışı hələ ki canlı izləməmişəm. Sözün düzü, buna nə xüsusi vaxtım, nə də həvəsim var. Ancaq xəbərlərdən və sosial şəbəkələrdən ümumi şəkildə idmançılarımızın performansı barədə məlumatlanıram. İndiki ağır iqtisadi vəziyyətimizdə bu qədər məsrəf edib yarış təşkil ediriksə, təbii ki, heç olmasa hansısa medalların qazanılması yaxşıdır. Bunun əksi necə olardı? Təsəvvür edin, belə ağır şəraitdə milyonlar xərcləyib yarış təşkil edirsən və heç bir nəticə göstərmirsən.Yəni müqayisə etsək, belə olması nisbətən yaxşıdır”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev yarışa maraq göstərmədiyini bildirdi: “Hesab edirəm ki, hökumət iqtisadiyyatımızın ağır durumda olduğu indiki vaxtda belə tədbirləri təşkil etməkdən imtina etməlidir. İstənilən milliyə başqa ölkələrin idmançılarının transferini də düzgün saymıram. Daha çox milli idmanın inkişafının tərəfdarıyam. Uşaq idmanını inkişaf etdirmək daha məqsədəuyğun olardı, nəinki böyük pullar hesabına digər dövlətlərin idmançılarını transfer etmək. Belə bir təcrübənin olması normaldır, amma çox da inkişaf etməyən idman sahələrinə olsa daha yaxşıdır. Məsələn, Azərbaycan Güləş Federasiyasının məşqçi heyəti və idmançılarının siyahısı qarşıma çıxmışdı, bir nəfər belə yerli şəxs yox idi, əsasən Dağıstan idmançıları və məşqçiləri idilər. Ağırlıqqaldırma idmanına əsasən Bolqarıstandan transferlər edirik. Belə nümunələr yarışa marağı öldürür”.
Tural Milli