Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Sərəncamların bərbad etdiyi iqtisadiyyat

Tarix:22-05-2017, 08:37 Baxış Sayı:226

Sərəncamların bərbad etdiyi iqtisadiyyat

Yaxud, hökumətin “öz yolu” hara aparır?

Azərbaycan hakimiyyətinin həqiqətən də öz yolu var. Təəssüflər olsun ki, bu “yol” palçıqlı, çirkablı, tikanlı yoldur. Məhz buna görə də bu yolda uğur qazanmaq, mənzil başına çatmaq mümkün olmur. Daha dəqiq ifadə etsək, hakimiyyətin yolu yolsuzluqdan ibarətdi. Məsələn, bu yolda qanunlar işləmir, dünya təcrübəsindən istifadə olunmur, real addımlar atılmır.
Bəzən sual meydana çıxır ki, bu qədər sərəncamın, fərmanın, yeni yaradılan qurumların niyə effekti olmur. Sərəncamla, fərmanla inkişaf mümkün olsaydı, Azərbaycan dünyanın bir nömərli ölkəsi olardı. Çünki, bizim prezidentdən çox sərəncam imzalayan, fərman verən yoxdur. Bəzən xəbər tuturuq ki, ölkə başçısı eyni vaxtda 20, 30, 40 sərəncam imzalayıb.
Deməli, siyasi iradə, real istək olmadığı təqdirdə, bütün sərəncam və fərmanlar imitasiyadır və nəticə də bunu sübut edir.
Ölkə başçısı gah pambıqçılıqla , gah tütünçülüklə, gah yerli avtomobil istehsalıyla, gah da fındıqçılıqla bağlı sərəncamlar imzalayır. Son olaraq isə ölkə başçısı 2017-ci il 19 may tarixli “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sanki, bu sahələrin inkişafı bir imzadan, 5-10 cümləlik qulağa xoş gələn sözdən asılıdır.
Reallıq isə bunu göstərir ki, qanunların işləmədiyi ölkədə, bütün sərəncamlar ölüdür. İqtisadiyyatın inkişafı üçün azad bazar olmalıdır, inhisarçılıq aradan qaldırılmalıdır, sahibkarlara şərait yaradılmalıdır. İqtisadi inkişafı sərəncamlar deyil. tələb-təklif münasibətləri müəyyənləşdirir. Məsələn, bu gün dünya bazarında 1 milyon ton pambıq alıcısını tapa bilmirsə, hamıya məcburi pambıq əkdirmək absurd qərardı. Yaxud, sahibkarın sərmayəsinə zəmanət yoxdursa, iri məmurlar xırda sahibkarı asanlıqla tələyə sala bilirsə, xaricdəki iş adamlarını ölkəyə səsləmək gülünc görününr.
Ona görə də ilk növbədə qanunlar işləməlidir, hər hansı sahənin inkişaf etdirilməsinin əsasları ortaya qoyulmalı, bunun üçün ölkənin potensialı nəzərə aınmalı, mənfəət və zərər ölçülməlidir və.s
Sabah ölkə başçısı Yupiterdə göydələn tikməklə bağlı da sərəncam verə bilər. Hansısa süni peykimiz buna görə 5000 kilometr yol da qət edər. Amma nəticə olmayacaq, amma bu sərəncam gülməli görünəcək. İndiki halda şahidi olduğunuz saysız-hesabsız sərəncam və fərmanlar da eyni qaydada həyata keçirilir. Heç bir sərəncama görə məsuliyyət daşınmır, bu sərəncamın necə icra olunacağı, ilk nəticəsini nə vaxt verəcəyi müəyyən edilmir. Təkcə manatla bağlı aparılan işlərin nəticəsi göstərir ki, hökumət heç bir iş görmür. Sadəcə olaraq ayda bir dəfə “manat nəzərətdədi” açıqlaması verilir. Manat isə ümumiyyətlə ipə-sapa yatmaq fikrində deyil. Eyni mənzərəni ölkəmizdə keçirilən idman yarışlarında da görürük. Bu yarışların hamısı birmənalı şəkildə bücəyə zərər vurur. Milyard xərcləyib, milyon qazanmaqla məşğul olurlar. İllərlə ölkənin adını bütün hesabatlarda “qara siyahı”ya salıb, bu rüsvayçılığı bir yarışla ört- basdır etmək istəyirlər. Amma dünyanın yaddaşında həmin mötəbər tədbirlər deyil, 100-dən artıq siyasi məhbus qalır.
Xülasə, demək istəyirik ki, bundan sonra gündə 100 sərəncam da imzalansa, nəticə olmayacaq. Sərəncamlar tənəzzülün ömrünü qısaltmağa deyil, səriştəsizliyin ömrünü uzatmağa xidmət edir. İctimai fikirdə “hökumət işləyir”, “filan sahənin inkişafına pul ayrıldı” təbliğatını möhkəmləndirmək istəyirlər.
İqtisadi qanunları gözardı edib, hüququ ayq altına salıb, səhvlərdən nəticə çıxarmadıqdan sonra, bütün cəhdlər gözdən pərdə asmaqdır.
Ölkə qanunlarla yox, sərəncamlarla idarə olunursa, tənəzzülün barmaq silkələməsi təbii haldır. Qanunlarla yox, sərəncamlarla idarə olunan iqtisadiyyat böhrana məhkumdur.

Tural Milli

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL