Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
“Bolşevik İnqilabının 100-cü ildönümü haqda düşünərkən, xatırlamağımız gərəkli olardı ki, bu dövr cəhənnəm olub – 100 il sürən inqilab, zülm, aclıq, kütləvi qırğın, soyqırım və tarixdə misli görünməmiş terror,” Artur Herman “milli Icmal” dərgisində yazır.
100 il öncə Vladimir Lenin Rusiyada respublika idarə üsulunu devirəndə az adamın ağlına gələrdi ki, növbəti illərdə nəhəng bir ölkə öz əhalisinin üçdə birini aclıq, müharibə və kütləvi mühacirət nəticəsində itirəcək.
Müvəqqəti Hökuməti Petroqradda qərargahlanan narazı əsgərlər və Kronştatda donanma bazasındakı matrosların köməyi ilə devirdikdən bir gün sonra – 8 noyabrda Lenin Xalq Komissarları Şurası adlanan yeni hökumət yaratdı. Əslində, bu, xalqın geniş təbəqələrini təmsil edən idarəçi qurum yox, Lenin və onun bolşevik silahdaşlarından ibarət bir dəstə idi.
“Az qala bir güllə də atılmamışdı – Rusiya paytaxtında bolşeviklərin çevrilişində ölən adamların sayı bir maşına da yerləşməzdi,” deyə Artur Herman 7 noyabr gecəsi Petroqradda baş verənləri təsvir edir. “Ancaq həmin gündən bu günədək Leninin irsi tarixdə ən ölümcül siyasi sistemin əsasını qoyacaqdı.”
Vladimir Lenin və onun varisi İosif Stalinin hakimiyyəti dönəmində milyonlarla adam repressiya, sürgün, və kütləvi aclığın qurbanına çevrildi. Saysız-hesabsız ailələr və hətta bütöv millətlər – Krım tatarları, Ahıska türkləri, çeçenlər – pərən-pərən salındı. Volqa almanları, Kareliya finləri, livtalılar, latışlar, estonlar, rumınlar, polşalılar, koreyalılar, kalmıklar, balkarlar sırf etnik mənsubiyyətinə görə hədəf alınraraq sürgün edilənlərin sırasında idilər.
Buz bağlamış Sibir çöllərinə sürgün edilib ölüm düşərgələrində dünyasını dəyişən “anti-sovet ünsürlər” arasında on minlərlə Azərbaycan türkü də var idi. 1920-ci ildə bolşeviklərin işğalından 1939-cu ilədək Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak etmiş çoxları ya güllələnmiş ya da ailəliklə vətəndən sərt təbiətli tundra məkanına və Orta Asiyanın ucqar nöqtələrinə deportasiya olunmuşdu. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Ömər Faiq Nemanzadə, Salman Mümtaz kimi xalqın dəyərli övladları “xalq düşməni” damğası altında məhv edildilər.
Hermanın sözlərinə görə, Leninin qurduğu kommunist quruluşu dünyanın dörd küncünə yayıldıqca Çin, Kamboca, Kuba və Efiopiya kimi ölkələrdə repressiv totalitar rejim yaradılmasına yol açdı. Ciddi mədəniyyət fərqlərinə baxmayaraq, kommunizm bərqərar olduğu bütün məkanlarda yüksək dərəcədə oxşar nəticələr verdi.
Mərkəzləşdirilmiş repressiv dövlət apparatı, hamının riayət etməli olduğu vahid siyasi xətt, cəmiyyəti total nəzarət altına almış hökumət, özəl mülkiyyət hüquqlarının yoxluğu, ifrat səfalət və xronik qıtlıq az qala bütün kommunist ölkələrində müşahidə edilə biləcək cizgilər idi. Kommunist Partiyasının cəmiyyət üzərində ali mövqeyini təsbit edən ideologiya siyasi rəqabət ideyasını büsbütün rədd edir, istənilən alternativ düşüncəyə və onun daşıyıcısına düşmən münasibət sərgiləyirdi. Bu növ rejimlərdə hətta “cinayətkar” anlayışı da fərqli meyarlarla ölüçülürdü.
Belə bir şəraitdə cəmiyyətin böyük kəsimi cəza apparatının məngənəsində, yaxud aclıqdan tələf olmağa məhkum idi. Sağ qalanları isə qəddar polis rejiminin dəmir yumruğu altında psixoloji vahimə və material səfalət dolu bir həyat gözləyirdi.
“Hələ söhbət kommunizmin Vyetnam, Koreya, Malayziya, Yunanıstan, Nikaraqua, El Salvador, Anqola və Rusiyanın özündə bərqərar olmaması uğrunda həyatlarından keçən adamlardan getmir,” Herman yazır.
Az qala yarım əsr dünya əhalisi kommunizmin başlıca dayağı sayılan Sovet İttifaqı ilə nüvə müharibəsinin qorxusu ilə yaşayacaqdı. “Həmin onilliklərdə yaşamış adamlar Sovet İttifaqının 1991-ci ildə süquta uğrayacağını ağıllarına belə gətirməzdilər.”
Müəllifin sözlərinə görə, mövcud hər şeyi dağıtmağı qarşısına məqsəd qoymuş Vladimir Lenin inanırdı ki, belə etməklə o, daha yaxşı gələcək quracaq.
Bu gün İŞİD və əl-Qaida kimi terror qruplarının Leninin “totalitarizmin nihilizmlə qarışdığı terror və zorakılıq” amalına bənzər təfəkkürdən qidalandıqlarını qeyd edən Artur Herman təhlükənin sovuşmadığını xatırladır.
“Lenin və onun davamçıları sivilizasiyaya müharibə elan etdilər. Həmin müharibə müxtəlif yerlərdə və müxtəlif vasitələrlə hələ də davam edir.”