Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Rafiq Manaflı
İlham Əliyev dünyanın ən kef çəkməli məkanlarında düşmənlə, Sarkisyanla görüşür, mırtlaşır, zarafatlaşır, danışır, gülür – adam hesab edir Sarkisyanı.
Qayıdıb gəlir evə, burada bir müşavirədüzəldir və sifətini bozardıb o insanları ki, Sarkisyan heç onların ayağının tozu ola bilməz, onları nifrətlə antimilli qrup, ünsür və sair bu kimi ağlına və ağzına gələn epitetlərlə təhqir edir.
O insanları ki, canı, qanı ilə müstəqil dövlət qurub, karyerist, səbatsız daxili düşmənlərin bu dövlət üçün yaratdığı çətin günlərdə “bu dövləti qoruyacaq” deyə, yaramaz ümidlərlə onun atasına təhvil verib kənara çəkiliblər.
İndi oturub fikirləşirsən, kimdir İlham Əliyev və onun rejimi üçün düşmən? Torpağımızı işğal edən, xalqımıza yağı kəsilən, bacarsaydı, allah qanad versəydi türkün dam-daşını başına uçurmağa hazır olan Serj Sarkisyan, yoxsa min əzab-əziyyətlə, daxili manqurdların tənələrindən, təhqirlərin keçərək Azərbaycanı bir işğalçıdan qoparıb müstəqil edən və sonra, təəssüf ki, digər işğalçının əvvəlkindən dəağır zülümlərinə tuş gələn millət fədailəri?
Və əsas da odur ki, düşmən sandığını adam sanmayasan. Qarşılıqlı münasibət görməyəcəksənmi?
Pul insanın gözünü qızdırmasın. Qızdırdımı, sağına, soluna, ətrafına münasibətini özünə layiq bircə kəlmə ilə ifadə edəcək: “Ağıllısansa niyə kasıbsan?” Və bu münasibət hakimiyyətin varlandırdığı bütün məmurlar ordusu üçün xarakterikdir.
Qəbul edirəm, pulunuz çoxdur, amma doğurdanmı özünüzü varlı hesab edirsiniz? “Qazanmışam” deyə o pullar sizdə daxili bir rahatlıq yaradırmı? Qazanmamısınız axı o pulları. Sizin o boyda pulu qazanmağa ağlınız harada idi. Talamısınız bu dövləti, düşmən malı kimi. Ağlınız da çatmayıb ki, heç olmasa talayanda yüksək texnologiyaların, müasir avadanlıqların və digər iqtisadiyyatı irəli aparacaq vasitələrin ölkəmizdə tətbiqindən yararlanasız. Daşa, çınqıla, quma sovurub talamısınız bu ölkəni. Elə bu yaxınlarda “Süddeutsche Zeitung” 16 min sənəd-sübutla 2,9 milyardı əlinizdətutub oğru adınızı üstünüzə qoymadımı? Tarix boyu bütün banditlərin ayağının altında yanan torpağın istisini hiss etmirsinizmi? Siz bu ölkəni hansı günə qoymusunuz ki, bizə həqarət edəsiniz. Oğru, talançı kimi bütün dünyanın həqarət hədəfi ola-ola.
Bu ölkə islahatlar keçirməklə normal, stabil inkişaf yoluna qədəm qoya bılər. Ölkəçıxışı müşkül olan uzunmüddətli xaosa da yuvarlana bilər. Hər ikisinin mənbəyi sizsiz. Ya bu xalqdan, bu millətdən olduğunuzu sübut edib normal seçki keçirəcək, sonra da gedib bacardığınız işin qulpundan yapışacaqsız, ya da…
Bu artıq “siz-biz” olmaq müstəvisindən çıxıb. Bu artıq xalqın, millətin taleyi müstəvisidir.
Bunu sadəcə dərk edəcək qədər ağlınızın olması arzusu ilə.