Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Mətbuat Şuramızın sədri, hörmətli Əflatun müəllim Hindistandan rəsmi səfərdən qayıdıbdır. Orada dünya mətbuat şuralarının nəsə iclası keçirilmişdir. Əflatun müəllim Hindistan təcrübəsini də fürsət ikən öyrənib gətirmişdir. İndən belə bizdə jurnalistika hind üslubunda olacaqdır. Bu üsluba əsasən hər jurnalistin mütləq əkiz qardaşı tapılacaqdır. Özü də bu uşaqların doğulma anında göy guruldayıb, şimşək çaxmalıdır.
İkincisi, jurnalistlərin mismar üzərində gəzməsi, ağızlarından alov püskürtməsi, qələmi bir qulağından soxub gözündən çıxartması, kobra ilanı üçün zurna çalmaq, rayonda yaşayan fillərlə (oxu: məmurlar və onların balaları) dostluq münasibətləri qurmaq qaydaları üzrə kurslar təşkil ediləcəkdir. Kurslara yazılmaq istəyənlər indidən Mətbuat Şurasının baş ofisinə, Rəhim müəllimə müraciət etsinlər. Nəhayət, jurnalist sözə baxmayıb öldürülsə, onun meyitinin Kür çayında sal üzərində yandırılması ayini tətbiq ediləcək, bu zaman ya “Dəli Kür”, ya da “Sənin suların niyə bulanıqdır, Qanq” kinosundan saundtrek efirə veriləcəkdir.
Bütün bu müsbət dünya təcrübələrini bizə bəxş elədiyi üçün Əflatun müəllimə reket, paket, raket, maket, jaket... jurnalistikası adından dərin minnətdarlığımızı çatdırıb keçək gündəmin aktual temasına. Milli Məclisdə dövlət büdcəsinin müzakirələri gedir.
Açığı, mən bilmirəm orda nəyi müzakirə edirlər, sənə yuxarıdan kağız gəlib, düyməni bas, çıx get da bə. Demokratiyadan, müzakirədən, şura prinsipindən, canım sənə desin, insan hüquqlarından hələ dünyada kimsəyə xeyir gəlməyibdir. Bizə dəmir əl lazımdır. Hakimiyyətin sarsılmazlığı vacibdir. Qədim çinli müdrik Konfutsi bu temada yaxşı deyibdir: “Hökmdar küləkdir, xalq isə otdur. Hökmdar hara əssə, xalq ora tərəf əyilməlidir”. Məhz bu müdrik siyasətin sayəsində hazırda dünyada hara baxsan, hansı bazara girsən Çin malı çıxır.
Bu gün Ermənistanın boşalması haqda hələ yazmamışam? Elədirsə xəbəriniz olsun, ermənilər öz yarıtmaz hakimiyyətləri üzündən ölkədən baş götürüb qaçırlar.
Qayıdaq büdcə müzakirələrinə. Orada hər bir deputat öz seçicilərinə yaxın saydığı problemi qaldırıb hökumətdən pul istəyibdir. Biri deyir, kəndimizə qaz gəlmir, o birisi məktəbin remontunu xahiş edir, üçüncüsü kərə yağını ucuzlaşdırmaq üçün vəsait istəyir... Lap ağını çıxarıblar. Mən hökumətin yerində olsam, belə üsyankar parlamenti dərhal buraxaram, təzəsini düzəldərəm. Heyf deyildi köhnə vaxtlar... O zamanlar deputatlar özləri seçicilərə ət, yağ, qənd paylayırdılar, yol çəkir, kəndlərə qaz buraxırdılar. İndi isə hətta bir deputat pambıq rayonuna kanal çəkilməsini tələb edibdir! Dəhşətdir. Elə deputat yoldaşlar özləri külüng götürüb yarım günlüyə o ərazidə çalışsalar kanal nədir, lap süni dəniz düzəltmək olardı. Maşallah, ayaq altı qazmağı lazım olanda elə qəşəng bacarırlar...Tənbəllik edirlər. Hamısı hökumətdən pul istəməyə öyrəşibdir.
Yenə yaxşı ki, hökumət nümayəndələrinə də orada az-maz, ordan-burdan, hətərən-pətərən, dərədən-təpədən söz verilibdir, ürəyimizə su səpiblər, yoxsa gələn ilki büdcə sarıdan çox narahat olmuşduq. Mərkəzi Bankın sədri Elman müəllim saçından üç tel ayırıb sazı sinəsinə basmış, demişdir: “Gələn il manat sabit olacaqdır, ancaq xaricdə valyuta bazarında gərək hansısa şok olmasın”. Hərçənd, uca millətimiz Elman müəllimi hər zaman tərsinə başa düşməyə öyrənibdir. Təcrübə də var. Haçan desə, devalvasiya olmayacaq, olubdur. Bir dəfə avqustda isti proqnozu verdi, qar yağmışdı.
Eyni zamanda başa düşmürük, xarici valyutaların şokunun bizim manata nə istisi-soyuğu vardır. Axı biz regionun lider dövləti, planetin isə avanqardıyıq. Axı həmişə xarici böhranlar bizdən yan keçir, iqtisadiyyatımız isə durmadan inkişafdadır.
Ola bilsin Əflatun müəllim Hindistandan qayıdanda darvazanı çox açıq qoyubdur, xarici təsirlər ölkəmizə doluşubdur. (Yazının bu yerində bir kobra gəldi müəllifi dişlədi, son qəminiz olsun - Redaksiya).
Zamin Hacı