Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Şüşəli bazarın dustaqları

Tarix:5-12-2017, 15:08 Baxış Sayı:280

Şüşəli bazarın dustaqları

Polis polkovniki Hacı Məmmədov 2005-ci ildə yaxalanandan sonra uzun illər MTN-in türməsində, qanunsuz saxlanılmışdı. Ona görə ki, məhbus Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə təhvil verilməliydi. Lakin Hacının dustaqlar arasında nəsə danışacağından, bəlkə də yuxuda sayıqlamasından və müəyyən adlar çəkəcəyindən belə qorxurdular. O üzdən, heç kim bu uzun illərdə MTN şefi Eldar müəllimdən “gözün üstündə qaşın var, türməndə dustağın var” deyə soruşmadı. Cəmiyyət də çox üstünə getmədi, çünki bizdə dövlətin dustaqla istənilən formada davranışına cəmiyyət haqq qazandırır. Fikirləşirik bundan bizə nə. Qanun dövlətindir, pozanı da özü bilər neyləyər.

Sözgəlişi, elə dünən saytlarda Beynəlxalq Bankın müdiri olmuş Cahangir müəllim haqda xəbərlər dolaşırdı. Yazmışdılar o boyda pulun yiyəsi indi türmədə tualet növbəsinə dayanır. Guya biz bu yolla Cahangir müəllimi aşağılayırdıq. Guya beləcə ondan heyfimizi çıxırdıq - devalvasiyanın, oğurlanan milyardların, kredit çətinliklərimizin və sairə belənçik suçların ağrısını bu yolla azaldırdıq. Halbuki, normal cəmiyyətdə normal jurnalist penitensiar-türmə idarəsinə sual verməli idi ki, nə üçün dustaqlar tualet üçün növbəyə dururlar, niyə orada normal insani şərtlərlə sanitar qovşaqları yaradılmayıbdır və sairə. Hərçənd, ədalət naminə jurnalistləri də çox qınamağın mənası yoxdur: onlar bu sualı versələr türmə idarəsi elə and-aman içəcək, türmələrdə elə tualetlər yaradıldığını söyləyəcək ki, az qala qızıl unitazlar varmış. Sən də qalacaqsan belə pis, idiot durumunda. Kimə nə sübut etmək olar? Adamları oğurluq başında yaxalayırsan, deyirlər mühafizə eləməyə götürürəm. İctimai nəzarətdən söz açmışkən, bugünlərdə deputatxanada ordu teması açılanda bir yapist deputat elə bu cür də demişdi ki, orduya ictimai nəzarət vəziyyəti korlayar, qoy elə ona ancaq komandanlıq nəzarət eləsin.

Qayıdaq Hacı müəllimin qüssəli əhvalatına. Onun MTN ləğv ediləndən sonra intiharını təsadüf saymaq olarmı? Bəlkə o da artıq necə deyərlər, “krışasız” qalmışdı? Necə deyərlər, mafiya şahidləri sevmir. Ancaq Hacı müəllim təkcə şahid deyildi. Həm də icraçı olmuşdu. İndi isə bir anda qurbana çevrildi. Əsl dadaizm üslubunda kollaj düzəltməli ssenaridir. Elə Hacı müəllim özü də bu üslubda rəsmlər çəkdiyini söyləyərdi. Bir vaxtlar o, rəsmləri QHT rəhbəri Elçin Behbudova hədiyyə edərdi. Elçin müəllim də MTN-in başında ildırımlar çaxanda qəfil öldü. Yazının bu məqamında Hacı Məmmədovun məhkəməsi zamanı səsləndirdiyi o məşhur fikirləri də xatırladım: “Mən osminoqun yalnız bir qoluyam. Qalan qollar azadlıqdadır”. Hərçənd istəsə sarmaşıq, qırxayaq, nə bilim, təsbeh dənəsi-zad tipli milli obrazlardan, bənzətmələrdən də istifadə edə bilərdi. Ancaq savadlı, mədəni adam başqa şeydir. Dadaizm-dən xəbərdar neçə polis polkovniki tanıyırsınız ki? Adamın mədəniyyəti girov saxladığı, ərindən milyonlarla dollar istədiyi qadına 8 mart Beynəlxalq Qadınlar Günündə qızılgül buketi hədiyyə aparmağa məcbur qoymuşdu, bəs necə... Həmin qadın Zamirə Hacıyeva olmuşdu. İndi tualet növbəsinə dayanan adamın xanımı. Deyilənə görə, xanım cəmi-cümü 18 milyon dolları dükan-bazarda əridibmiş. Bir ildə. Halbuki yetim Hacı bunun cəmi 10 faizinə tamah salmışdı. Necə deyərlər, qəribə həyatdır, həyat qəribə.

Simvolların ağzı açılmışkən... Hacı müəllimdən cəmi bir gün qabaq Bakıda başqa məşhur şəxsin intihar elədiyi açıqlandı. Dedilər bu adam paytaxtın “Şüşəli bazar” adlı obyektinin yiyəsi olubmuş. Şüşəli bazar... Necə maraqlı addır. Sanki respublika adıdır. Şüşə Bazar Respublikası. ŞBR. Afrikada, Okeaniyada-zadda var axı belə adlar. Yaşıl Burun Adaları, Birgə Dayanan Səkkizlər (Tuvalu), Papuasların Yeni Qvineyası...

Şüşə evdə yaşayırsansa, gərək ora-bura daş atmayasan. Bu aforizm də hamımız üçündür.

 Zamin Hacı

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL