Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Keçən il prezidentin övladları banklardan 82 milyon dollar gəlir götürüb.
Əvvəlki məqaləmi xatırlatmaq istərdim ki, məhz 2016-cı ili Azərbaycan xalqı üçün repressiya ili adlandırmışdım. Eyni zamanda qeyd olunan il Azərbaycan bankları üçün borclanma, müflis olma, bağlanma ilə yadda qaldı. Yalnız bu proseslər nədənsə bəzi banklardan yan keçdi. Bəziləri isə prezident İlham Əliyevin övladlarının nəzarət etdiyi banklardır. Əliyevlər 2016-cı ildə bu banklardan 82 milyon ABŞ dollarından çox gəlir götürdükləri vaxt ümumilikdə isə Azərbaycanın bank sektoru 960 milyon dollar ziyan edərək müflisləşib.
Sadəcə diqqətinizi aşağıdakı məlumata yönəltmək istərdim:
İyulda ailə “VTB Bank”-dakı 49 faizlik səhmlərindən 31 milyon dollar qazanıb
Leyla və Arzu Əliyevalar isə gəlirli – “Kapital Bank”, “Paşa Bank” və “Xalq Bank”a nəzarət edirlər. Nəzərinizə çatdırım ki, Leyla Əliyeva ölkədəki bir neçə investisiya şirkətinə sahibdir, hansı ki, qanun bir şəxsin birdən artıq investisiya şirkətinə sahibliyini qadağan edir. Bu qadağa da məlum səbəblərə görə Əliyevlərdən yan keçib.
“Moody’s Investor Service” “Kapital Bank”ın son illər üzrə reytinqini açıqlayıb. Hesabatda bildirilir ki, bank riskləri “korporativ müştərilərə, dövlət işçilərinə, büdcə alıcılarına və digər ödəmə qabiliyyətli müştərilərə kredit verməklə azaldır”. Başqa sözlə, “Kapital Bank” büdcəyə yaxın, təhlükəsiz müştərilərlə işləyir.
Ailənin nəzarətində olan “AtaBank” da 2016-cı ildə çətinliklərlə üzləşib. Buna baxmayaraq, “Xəzər İnkişaf Bankı” ilə birləşərək qısa müddətdə öz maaliyyə durumunu düzəldib. Bankın hesabatında deyilir ki, sazişdən sonra “AtaBank”ın 67 milyon dollardan çox nizamnamə kapitalı olacaq.
Arzu Əliyeva artıq “Bank Silk Way”-də 29.08 faiz səhmlərin sahibi olaraq qeyd edilmir. Şirkətin sahibi yaxınlarda “Silk Way Airlines” üçün 1 milyard dollarlıq təyyarələr sifariş verən AZAL prezidentinin həyat yoldaşı Zərifə Həmzəyevadır.
Bankların analizi göstərir ki, bu sahədə baş verən fəlakətlərin səbəbkarı Azərbaycan Beynəlxalq Bankıdır (ABB). ABB mayda dövlət büdcəsindən 8 milyard dollara yaxın maliyyə dəstəyi alıb. Beləliklə, müflis elan edilməkdən yaxa qurtarıb. Eyni zamanda, ABB xarici kreditorlara olan 3.5 milyon dollardan çox borcunun restrukturizasiyası ilə bağlı məhkəməyə müraciət edib və müsbət cavab alıb.
Bu qədər gəlirlərin və ölkədə olan birtərəfli qanunların köməkliyi ilə ailə biznesini genişləndirən Əliyevlər ailəsi müflis olmuş banklarda əmanətlərini itirmiş insanların hallarına acımaması öz qabağındadır. Bundan başqa dövriyyəsi yuxarı olan şirkətləri öz bankları ilə işləməyə məcbur edərək asanlıqla onların maaliyyə hesablarını analiz edib, ilk imkanda bizneslərini əllərindən alırlar. Ən maraqlısı da odur ki, onlar əldə etdikləri şirkətlərin yalnız gəlirlərinə və mallarına sahib çıxırlar. Borcları isə banklarda olan əmanətlər kimi batır...
Kamil Məmişov
https://www.occrp.org/index.php/en/ccwatch/cc-watch-indepth/1666-azerbaijans-czech-enclave