Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Biz həqiqətə gülürük, həqiqət bizi ağlayır...

Tarix:30-11-2017, 12:18 Baxış Sayı:252

Biz həqiqətə gülürük, həqiqət bizi ağlayır...

Bu gün nə qədər sevindirici bir xəbəri aldımsa, bir o qədər də üzüldüm. Xəbər İlqar Məmmədovla bağlıdır. Bəli bu dəfəki yazım siyasi məhbuslarla bağlı olacaq. İlqar Məmmədova diqqət yönəltməyim mənim bir REAL-çı kimi deyil bir insan kimi vətəndaşlıq və jurnalist borcum olduğundan irəli gəlir.

ReAl Hərəkatının lideri İlqar Məmmədov 23-24 yanvar 2013-cü il tarixində İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. Şəhərə sakitlik bərpa edildikdən sonra gəlməsinə baxmayaraq Məmmədovu kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham ediblər və 7 il müddətinə azadlıqdan məhrum ediblər. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.Daha sonralar da AİHM-nin Azərbaycan hakimiyyətinə siyasi məhbuslar və xüsusilə İ.Məmmədovla bağlı bir çox qərar və məktubları olmuşdur. 

Çox əfsuslar olsun ki, hazırda atasından ona miras qalan hakimiyyəti İlham Əliyev layiqincə idarə edə bilmir. İdarə etməsi qalsın bir yanaç qəbul etdiyi qərarlarla Heydər Əliyevin çətinlikdə əldə etdiklərini, ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlar və birliklərdən çıxarılması təhlükəsi yaradır. Digər tərəfdən baxdıqda mövcud hakimiyyətə bu çox sərf etmiş olur. Çünki daha ona nə Avropa nəzarəti, nə də təzyiqi olacaq. Necə deyərlər “Öz əlim, öz başım”.

Bunu mən uydurmuram,sadəcə nəzərinizə Avropa İnsan Haqları Məhkəməsinin bu günlərdə verdiyi qərarı çatdırmaq istəyirəm:

Məhkəmə qeyd edir ki, İlqar Məmmədovun azadlıqdan məhrum edilməsi üçün istifadə edilən sübutlardakı bir sıra uyğunsuzluqlar yerli məhkəmələr tərəfindən nəzərə alınmayıb, halbuki bu məqamlar müdafiəçilər tərəfindən məhkəmələrin diqqətinə çatdırılıb. Xüsusən: İlqar Məmmədovun zorakılığa çağırdığını iddia edən polislər hadisədən ancaq 5 ay sonra dindiriliblər və onlardan bir nəfəri ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan təsdiq etdiyini bildirib. Video görüntülərlə bağlı: videolardan biri etirazçıların toqquşmasını göstərir, digəri isə az sayda etirazçıların olduğu sakit küçə hissəsini, İlqar Məmmədov bu görüntülərin heç birində yoxdur. Məmmədovun kütləvi iğtişaş təşkil etməsini planlaşdırdığını sübut etmək üçün istifadə edilən onun bloq yazılarında, sosial şəbəkə postlarında və Azadlıq Radiosuna verdiyi müsahibəsində zorakılığa çağırış mövcud deyil. Xüsusən ittiham tərəfinin istifadə etdiyi xəbər buraxılışlarının heç birində İlqar Məmmədovun İsmayıllıda olduğu 24 yanvar tarixində heç bir zorakılığı olmadığı aydın görünür.

Beləliklə, Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə hüququ) nəzərdə tutulan hüquqlarının pozulduğunu müəyyən edib və 10.000 avro kompensasiya kəsib. Bununla da, İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin 2014-cü ildə çıxardığı birinci qərarı bir az da möhkəmləndirilib. İlqar Məmmədov azadlığa buraxılmalıdır!

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər. Bu, Azərbaycana bir növ xəbərdarlıqdır.

AŞ-nın 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.

İndi isə bizə qalır nəticəni gözləmək.7 il bir insanın həyatını məhv etmək üçün heç də az müddət deyil. Bu yaxınlarda İ. Məmmədova həbsdə verilən işgəncələrlə bağlı məqalə oxudum. Onun mənbəyinin təyin olunmamasını nəzərə alaraq sizlərlə bölüşə bilməyəcəm.

Son zamanlar REAL-ın partiyalaşma qərarı niyəsə mövcud hakimiyyəti ciddi narahat etməyə başlayıb. Bu özünü həm dəfələrlə müraciət olunmasına baxmayaraq REAL-a Qurultay keçirilməsi üçün yer, həmçinin partiyalaşmaya yaxın bir zamanda İ.Məmmədovu mümkün qədər məlumatlardan təcrid etmə və daha az görüşlər verilməsində özünü göstərir. Hətta regionlarda REAL-ın fəallarına və onların ailə üzvlərinə təzyiqlərin artığı haqda məlumat əldə edilmişdir. Əslində bu həbs İ.Məmmədovun deyil onun simasında hakimiyyətdə boşluqları görən, azad müxalifət, azad xalq, azad söz şüarı ilə çıxış edən hər bir şəxsin həbsidir. Bu Əliyev siyasətinin əsas ana xəttidir. Xalqı problem içində boğaraq, həbsə ataraq, təqib edərək azad düşünməyə məhdudiyyət yaratmaq.

Blogger Mehman Hüseynov nazirlərin, dövlət məmurlarının özbaşınalıqlarını, qanunsuz əldə etdiyi mülklərini, əmlakları haqqda məlumatı xalqa çatdırdığı üçün CM-nin 147.2-ci maddəsilə (böhtan) təqsirli bilinib 2 il azadlıqdan məhrum edilməsi azad sözün boğulmasına bariz nümunədir.

Bütün bunlar bir şeyi deməyə imkan verir ki, İlqar Məmmədovun həbsdə qalmasının yeganə səbəbi İlham Əliyevin onu rəqib görməsi, Mehman kimilərinin həbs və təqib olunması isə yaltaq, saxta azad sözçülər və simasız müxalifət yaratmasıdir. Bununla da İlham Əiyev Azərbaycan müxalifətinin necə aciz, aşağı səviyyəli və özü dediyi kimi “iflic” olduğunu göstərməklə yanaşı YAP-nın aliliyini ortaya qoyur.

Sonda Məhəmməd Hadinin başlıq kimi istifadə etdiyi fikrini yenidən qeyd etmək istəyirəm

Biz həqiqətə gülürük, həqiqət bizi ağlayır. (M.Hadi)

Kamil Məmişov

http://www.echr.coe.int/Pages/home.aspx?p=home

http://www.menschenrechte.ac.at/orig/14_3/Mammadov.pdf

https://www.indexoncensorship.org/2017/05/azerbaijan-time-justice-ilgar-mammadov/

http://www.humanrightseurope.org/2017/11/azerbaijan-court-set-for-judgement-in-new-ilgar-mammadov-human-rights-complaint/

https://hudoc.echr.coe.int/eng-press#{"itemid":["003-4767289-5801220"]}

 

https://www.amnesty.org/en/countries/europe-and-central-asia/azerbaijan/report-azerbaijan/

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL