Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Elmarın qətli və ya söz azadlığının qətli.

Tarix:18-07-2018, 16:08 Baxış Sayı:262

Elmarın qətli və ya söz azadlığının qətli.

Elmarı çox tez öldürdülər. 13 il bundan əvvəl və 38 yaşında. 51 yaşı tamam olan bir adamı xatırlayarkən «mərhum» ifadəsini işlətmək, əlbəttə, kədərlidir. Amma cəmi 38 il yaşayaraq da adını bir ölkənin, eləcə də bütün dünyanın sözünün tarixinə yazmaq hər ömrün kitabına yazılmaz. Bu baxımdan, Elmarın həyatına güllə sıxanlar onun adını tarixə bərkitdilər. Bu, Elmarın ölümsüzlüyüdür. Onu öldürənlər isə- əlbəttə, onların adları bəlli olacaq, tətikçidən tutmuş, sifariş edənlərə qədər heç kim gizli qalmayacaq,- onlar da dünyanın qara tarixinə yazılıblar. Həm də, vacib deyil, onları adbaad sənədlərlə təsdiq edilmiş şəkildə bu cinayət işinin qovluğuna tikmək. Elmarın qətlinin üstü açılmayınca bu qətlin təşkilatçısının da, sifarişçisinin də bir adı var. Bu, İlham Əliyevin rejimidir. Zatən, bu qətl İlham Əliyevin şəxsi nəzarətinə alınmış bir cinayətdir. Bir çox səsli- küylü və üstü açılmayan, qara qovluqlara qoyulub prokurorluğun arxivinə atılmış qatil izləri kimi…
O zaman da, indi də, gələcəkdə də bu cür üstü açılmayan qətllərin haqqında hamı dərhal bir sual verir: «bu qətl kimə gərək idi»? Konkret olaraq, Elmar Hüseynovun öldürülməsinin kimə gərək olduğunu hesablamaq lazımdırmı? Hərçənd, bu qətlin məsuliyyətinin kimin üzərində qaldığını təkrarən qeyd etməyə dəyər və bu Əliyev rejimidir. Əliyev rejimi isə ümumi anlayış sayıla bilər. Yalnız bir halda xüsusiləşir ki, bu cür rejimlərdə qərar sahiblərinin bircə nəfər olduğunu hamı bilir.

Onun qətlindən sonra jurnalist cəsarətinin standartları öz-özünə dəyişdi. Yeni cəsarət sınırları çəkildi. Öz- özünə çəkildi, sanki. Amma o qədər də öz-özünə deyildi. Elmarın qətlindən sonrakı mərhələdə mətbuatla işləyən inzibati terror qruplaşmalarının fəaliyyəti intensivləşdirildi, daha hiyləgər və daha məkrli olmağa başladılar. Özünüsenzura kifayət etmədi. Azadlıqların boğulmasını sistemləşdirən strukturlar meydana gəldi. Şirnikləşdirən, təhdid edən, mükafatlandıran, azadlıqlardan məhrum edən şəbəkə təkmilləşdirildi.

Jurnalistlər qorxmağa başladılar. Amma əvvəlcə jurnalistlər deyil, redaktorlar qorxmağa başladılar. Cəsarətli redaktorlar, naşirlər bir- bir kirə çıxmağa başladılar. 2005-2010- cu illər Azərbaycanda redaktor- jurnalist qarşıdurmalarının ən məhsuldar dövrüdür. «Gönü suya vermiş» redaktorlar öldürülmüş Elmar Hüseynovun məzarını göz önünə alaraq bu qorxunu həzm edə bilməyən jurnalistlər üzərində briqadirlik etməyə başladılar və arxasında «dövlət» gücü dayanan sındırılmış redaktor korpusu müstəqil, cəsarətli, senzuranın tələblərini anlamaq istəməyən jurnalistika korpusu ilə savaşa girdi. Və Azərbaycanda söz azadlığı parça – parça doğranaraq öldürüldü. İndi, o, yoxdur.

Onun öldürülməsi Azərbaycanda sözün buxovlanmasının indiki rəzil mənzərəsi üçün gərək idi. Onu bu nəticəni əldə etmək üçün öldürdülər. Elmar Hüseynov öldürülən gündən etibarən Azərbaycanda mətbuat azadlığının sərhədləri hər gün, hər ay bir az daha kiçildi, xırdalandı və yox oldu. İndi ölkədə söz azadlığı yoxdur. 

Mustafayev Tərlan

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL